Bu şəxslərə ayda 200 manat ödəniləcək – Azərbaycanda ilk yaşanır

Bakı Slavyan Universiteti (BSU) oğlan tələbələr üçün müəllimlik ixtisaslarında xüsusi təqaüd proqramı elan edib. Belə ki, “İbtidai sinif müəllimliyi” və “Xarici dil müəllimliyi” ixtisaslarına qəbul olunan və 450-dən yüksək bal toplayan oğlanlara ayda 200 AZN təqaüd veriləcək.

Bu təşəbbüs digər universitetlərdə də tətbiq oluna bilərmi? Ümumilikdə kişilərin müəllimlik peşəsinə cəlb olunması üçün ölkə üzrə belə güzəşt və qərarların verilməsi mümkündürmü?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, universitetin bu təşəbbüsü həm təhsil sahəsində innovativ yanaşma, həm də gender balansının bərpası baxımından əhəmiyyətli və vaxtında atılmış nümunəvi addımdır:

“450-dən yuxarı bal toplayan oğlan abituriyentlərə ayda 200 manat həcmində təqaüd verilməsi həm motivasiyaedici rol oynayır, həm də cəmiyyətə ciddi mesaj ötürür: müəllimlik peşəsi cinsə görə seçilən deyil, əhəmiyyətinə görə dəyər verilən peşə olmalıdır. Bu təşəbbüs təkcə Bakı Slavyan Universitetinin deyil, ümumilikdə ölkə təhsilinin strateji baxışını ortaya qoyur. BSU bu addımı ilə ali təhsil müəssisələri arasında fərqləndi və belə təşəbbüs şübhəsiz ki, dövlətin təhsilə verdiyi diqqət və qayğının bariz nümunəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müəllim nüfuzunun artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və müəllimlərin sosial statusunun möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir. Prezidentin “Təhsilsiz cəmiyyət ola bilməz” yanaşması real islahatlara çevrilir və bu cür təşviqlər də məhz o siyasi iradənin davamı kimi dəyərləndirilməlidir”.

Təhsil eksperti son illərdə ölkədə müəllimlərin sertifikasiyası, əməkhaqqının artırılması, təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi kimi tədbirlərin həyata keçirildiyini qeyd edib:

“Lakin bu tədbirlərə əlavə olaraq, məhz kişi müəllimlərin sayının artırılması istiqamətində konkret təşviqlərə ehtiyac var idi. Bakı Slavyan Universitetinin təşəbbüsü bu boşluğu görərək, onu öz səlahiyyət və imkanları çərçivəsində doldurmağa çalışıb. Bu, təkcə təqaüd deyil, həm də peşəyə dəyər verilməsinin simvoludur. Statistik məlumatlara görə, hazırda ümumtəhsil məktəblərində çalışan müəllimlərin cəmi 17-18 faizi kişilərdir. İbtidai sinif müəllimləri arasında həmin rəqəm bəzən 3-5 faizə qədər enir. Bu isə təkcə gender balansının pozulması deyil, həm də şagirdlərin sosial-psixoloji inkişafında kişi nümunəsinin çatışmaması kimi ciddi nəticələr doğurur.

Bunu dəyişmək üçün yalnız təbliğat yox, real iqtisadi və sosial təşviq mexanizmləri tələb olunur. Bakı Slavyan Universiteti bu ehtiyacı görərək, təqaüd formasında konkret və təsirli addım atıb. Mövcud təcrübə digər ali təhsil müəssisələri üçün də nümunə olmalı və dövlət tərəfindən sistemli dəstəyə çevrilməlidir”.

Kamran Əsədov deyib ki, bu cür təşviq mexanizmləri yalnız bir universitetlə məhdudlaşmamalı, Elm və Təhsil Nazirliyi tərəfindən ölkə üzrə proqramlaşdırılmış şəkildə genişləndirilməlidir:

“Məsələn:

1. Pedaqoji ixtisaslara qəbul olan oğlan tələbələr üçün dövlət büdcəsi hesabına əlavə təqaüdlər;

2. Müəllim kimi çalışan kişilər üçün ipoteka güzəştləri, vergi azadolmaları;

3. Kənd məktəblərində işləyən kişi müəllimlər üçün aylıq əlavə ödənişlər;

4. Pedaqoji ixtisaslara qəbul zamanı gender balansı nəzərə alınaraq əlavə kvotaların tətbiqi.

Bu cür tədbirlər nəticəsində müəllimlik ixtisası gənc kişilər üçün də cəlbedici və gələcəkli bir peşəyə çevrilə bilər. Əgər məsələ sistemli şəkildə həll olunmazsa, yaxın illərdə müəllim peşəsi yalnız bir cinsin daşıdığı sosial yükə çevriləcək və məktəblərdə təhsil prosesində balanssızlıq daha da dərinləşəcək”.

Müsahibimiz yekun olaraq onu da qeyd edib ki, Bakı Slavyan Universitetinin bu təşəbbüsü sadəcə maliyyə dəstəyi deyil, həm də strateji düşüncənin məhsuludur:

“Bu təşəbbüs cəmiyyətə, ailələrə və gənclərə göstərir ki, müəllimlik peşəsi kişilər üçün də dəyərli və vacibdir. Prezident İlham Əliyevin təhsilə göstərdiyi ardıcıl və məqsədyönlü diqqət sayəsində artıq ali məktəblər də təşəbbüs göstərərək konkret və sosial cəhətdən faydalı proqramlar reallaşdırmağa başlayır. Bu, təkcə bir universitetin uğuru deyil, təhsilin gələcəyi naminə mühüm dönüş nöqtəsidir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkədə mis mədəni çökdü - Onlarla insan öldü

Bu ölkədə mis mədəni çökdü - Onlarla insan öldü

Çin vətəndaşlarına səsləndi: Yaponiyaya səyahət etməyin!

Çin vətəndaşlarına səsləndi: Yaponiyaya səyahət etməyin!

Pokrovsk ələ keçirilsə, Zelenskini təhlükə gözləyir

Pokrovsk ələ keçirilsə, Zelenskini təhlükə gözləyir

Toyda müğənni ona verilən pulu GÖTÜRMƏDİ: Elə hərəkət etdi ki... - VİDEO

Toyda müğənni ona verilən pulu GÖTÜRMƏDİ: Elə hərəkət etdi ki... - VİDEO

Bu şəxslər xurma yeməməlidir

Bu şəxslər xurma yeməməlidir

Telefonun bu gizli parametri batareyanın ömrünü 3 dəfə uzadırmış

Telefonun bu gizli parametri batareyanın ömrünü 3 dəfə uzadırmış

Hamilə qadın qarın boşluğu açılmadan əməliyyat olundu - Dünyada ilk dəfə

Hamilə qadın qarın boşluğu açılmadan əməliyyat olundu - Dünyada ilk dəfə

ABŞ Venesuela istiqamətinə ən böyük hərbi gəmisini GÖNDƏRDİ

ABŞ Venesuela istiqamətinə ən böyük hərbi gəmisini GÖNDƏRDİ

Hakan Çalhanoğlu Türkiyə millisinin heyətindən çıxarıldı

Hakan Çalhanoğlu Türkiyə millisinin heyətindən çıxarıldı

Rihannanı belə görməmisiniz - FOTO

Rihannanı belə görməmisiniz - FOTO

İngiltərədən qələbə, Ukrayna pley-offda - VİDEO

İngiltərədən qələbə, Ukrayna pley-offda - VİDEO

Cey Di Vensin korteji qəzaya düşdü

Cey Di Vensin korteji qəzaya düşdü

Azərbaycan millisi Fransaya uduzdu

Azərbaycan millisi Fransaya uduzdu

Cüdoçumuz Xorvatiyadakı turnirdə qızıl medal qazandı

Cüdoçumuz Xorvatiyadakı turnirdə qızıl medal qazandı

Moskvadan şok açıqlama: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”

Moskvadan şok açıqlama: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”

Nizami rayonunda su borusu partladı - VİDEO

Nizami rayonunda su borusu partladı - VİDEO

Şahruddin Məhəmmədəliyev Fransa millisi ilə oyunda zədələndi

Şahruddin Məhəmmədəliyev Fransa millisi ilə oyunda zədələndi

Orban: "Macarıstanın təhlükəsizliyi Berlin, Moskva və Ankaradan asılıdır"

Orban: "Macarıstanın təhlükəsizliyi Berlin, Moskva və Ankaradan asılıdır"

“Lukoil”də ancaq nağd ödəniş alınır - Onlayn ödənişə qadağa qoyuldu

“Lukoil”də ancaq nağd ödəniş alınır - Onlayn ödənişə qadağa qoyuldu

Tovuzda qidadan zəhərlənənlər evə buraxıldı

Tovuzda qidadan zəhərlənənlər evə buraxıldı

Ağcabədi qəzasında xəsarət alan şəxsin SON DURUMU

Ağcabədi qəzasında xəsarət alan şəxsin SON DURUMU

İlham Əliyev Özbəkistan səfərindən paylaşım etdi - VİDEO

İlham Əliyev Özbəkistan səfərindən paylaşım etdi - VİDEO

Azərbaycan-Fransa matçı başladı - VİDEO

Azərbaycan-Fransa matçı başladı - VİDEO

Samuxda ağır qəza: 15 yaşlı piyada xəstəxanalıq oldu

Samuxda ağır qəza: 15 yaşlı piyada xəstəxanalıq oldu

End of content

No more pages to load

RADİO