Tiktoker “Roşka” yenidən HAKİM QARŞISINDA - FOTO

“Roşka” ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə növbəti məhkəməsi prosesi başlayıb.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Rövşən Süleymanov ifadə verib.

Təqsirləndirilən şəxs ifadəsində 3 dəfə intihara cəhd etdiyini bildirib:
 

"Uşaqlıqdan musiqiyə həvəsim olub. Bəli, TikTok-da qeyri-etik paylaşımlar, yayınlar etmişəm, Bunu danmıram, amma bu məsələyə görə özümü təqsirli bilmirəm. Mənim günahım yoxdur. Ümumilikdə 30 tiktoker saxlanılıb, onlardan yalnız mən azadlığa buraxılmamışam. Onlar mənim dostlarım, qardaşlarımdır. Hamımız eyni maddə ilə ittiham olunmuşuq.


Xahiş edirəm bu məsələdə bərabərlik təmin olunsun. Evin tək uşağıyam, heç bir dayağım yoxdur. Dövlətimi özümə dayaq bilirəm. Bəli, məni evdə gözləyən ailəm yoxdur, amma məni sevən insanlar var. Xahiş edirəm, işimə ətraflı və ədalətli şəkildə baxılsın. Sizin ədalətə güvənirəm. Mənim dövlətdən başqa heç kimim yoxdur. Xahiş edirəm məni ev dustaqlığına buraxın".

Təqsirləndirilən şəxsin müdafiəçisi Muradlı Mircəlal müvvəkilinin ev dustağlığına buraxılmasını xahiş edib.

Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti ilə razılaşıb. Vəsatət təmin olunmayıb.

Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
 

Nəsimi rayonu Məhkəməsininin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Xatırladaq ki, Rövşən Süleymanzadə daha öncə də 45 günlük inzibati həbs edilib. (lent.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qələmşah Dostuyev vəzifəsindən AZAD EDİLDİ

Qələmşah Dostuyev vəzifəsindən AZAD EDİLDİ

Suma Azərbaycanda hansı kluba KEÇƏCƏK?

Suma Azərbaycanda hansı kluba KEÇƏCƏK?

Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları AŞKARLADI – RƏSMİ

Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları AŞKARLADI – RƏSMİ

25 gündən sonra Quba-Alpan-Susay-Xınalıq yolu açıldı - ÖZƏL

25 gündən sonra Quba-Alpan-Susay-Xınalıq yolu açıldı - ÖZƏL

Rusiya vətəndaşına Bakıda HÖKM OXUNDU - Qumar saytları ilə insanları aldadıb

Rusiya vətəndaşına Bakıda HÖKM OXUNDU - Qumar saytları ilə insanları aldadıb

Sərnişinlərin DİQQƏTİNƏ! Bu istiqamətlər üzrə əlavə avtobuslar xəttə buraxıldı

Sərnişinlərin DİQQƏTİNƏ! Bu istiqamətlər üzrə əlavə avtobuslar xəttə buraxıldı

Süni intellekt vasitəsilə “insan yaratdı” və xeyli pul qazandı

Süni intellekt vasitəsilə “insan yaratdı” və xeyli pul qazandı

Rusiyadan Macarıstana neft nəqli bərpa olundu

Rusiyadan Macarıstana neft nəqli bərpa olundu

Azərbaycan XİN-dən İsrailə TƏBRİK – FOTO

Azərbaycan XİN-dən İsrailə TƏBRİK – FOTO

NATO baş katibi ilə Ərdoğan arasında QAPALI GÖRÜŞ

NATO baş katibi ilə Ərdoğan arasında QAPALI GÖRÜŞ

ABŞ NATO-da İran müharibəsini dəstəkləməyən ölkələrin “qara siyahısını” hazırladı

ABŞ NATO-da İran müharibəsini dəstəkləməyən ölkələrin “qara siyahısını” hazırladı

Dünyanın ən bahalı evini bu şəxs ALDI

Dünyanın ən bahalı evini bu şəxs ALDI

Macarıstan vetonu geri götürdü: Aİ Ukraynaya 90 milyard avroluq krediti təsdiqlədi

Macarıstan vetonu geri götürdü: Aİ Ukraynaya 90 milyard avroluq krediti təsdiqlədi

Prezidentlər Azərbaycan-Latviya biznes-forumunda – FOTO

Prezidentlər Azərbaycan-Latviya biznes-forumunda – FOTO

Sənətsevərlər İçərişəhərdə bir araya GƏLDİ – Tahir Şıxəliyevin fərdi sərgisindən VİDEOREPORTAJ

Sənətsevərlər İçərişəhərdə bir araya GƏLDİ – Tahir Şıxəliyevin fərdi sərgisindən VİDEOREPORTAJ

Bu gün saat 21:00-dan su kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Bu gün saat 21:00-dan su kəsiləcək – BU ƏRAZİLƏRDƏ

İran ABŞ-la danışıqlara başlamaq üçün şərtlərini açıqladı

İran ABŞ-la danışıqlara başlamaq üçün şərtlərini açıqladı

TƏBİB-də vəzifəsindən azad edilən şəxslərin SİYAHISI

TƏBİB-də vəzifəsindən azad edilən şəxslərin SİYAHISI

SON DƏQİQƏ: Abşeron məktəblərində yuxarı sinif şagirdlərinin çantaları yoxlanılır

SON DƏQİQƏ: Abşeron məktəblərində yuxarı sinif şagirdlərinin çantaları yoxlanılır

Latviya Prezidenti İlham Əliyevə təşəkkür etdi - FOTO

Latviya Prezidenti İlham Əliyevə təşəkkür etdi - FOTO

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Mişel Obama etiraf etdi: Barak Obama ilə münasibəti əvvəlcə yersiz hesab edirdim

Mişel Obama etiraf etdi: Barak Obama ilə münasibəti əvvəlcə yersiz hesab edirdim

İsrailin Bakıdakı səfirliyi: Azərbaycanla dostluğun daha da güclənəcəyinə ümid edirik - FOTO

İsrailin Bakıdakı səfirliyi: Azərbaycanla dostluğun daha da güclənəcəyinə ümid edirik - FOTO

Sürücülərin DİQQƏTİNƏ! Bu yol bir həftə bağlı olacaq

Sürücülərin DİQQƏTİNƏ! Bu yol bir həftə bağlı olacaq

End of content

No more pages to load

RADİO