Ev almaq istəyənlərin DİQQƏTİNƏ!

Xəbər verdiyimiz kimi 100 minə yaxın vətəndaş mülkiyyət hüququna yiyələnəcək. Bu Prezident İlham Əliyev tərəfindən iyulun 16-da imzalanan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nda dəyişikliklər edilməsi barədə" Fərmanının icrası hesabına baş tutacaq.

Təbii ki, 100 minə yaxın sənədsiz tikiliyə dövlət reyestrindən çıxarış verilməsi daşınmaz əmlak bazarında böyük canlanma yaradacaq.

Bəs, bu vəziyyət evlərin qiymətinə necə təsir edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak üzrə ekspert Ramin Osmanlı deyib ki, söhbət müəyyən ilkin hüququ sənədi olan tikililərin sənədləşdirilməsindən gedir:
 

“100 min rəqəmi ilə bağlı da müəyyən fikir ayrılıqları mövcuddur. Çünki ortada rəsmi statistika yoxdur. Bu müvafiq icra orqanı tərəfindən səsləndirilən bir rəqəmdir. Bununla belə ilkin olaraq nəzərə almalıyıq ki, bu proses hansı mərhələdə həyata keçiriləcək. Əgər həqiqətən də bir il müddətində 100 minə yaxın tikili qeydiyyata alınarsa bu ilk növbədə alqışalayiq bir hadisə olacaq. Eyni zamanda daşınmaz əmlak bazarında ən azından ipoteka predmeti kimi fərdi yaşayış evlərinin sayını artıra bilər. Bu ipotekaya cəlb olunan əmlakların ən azından həcmini artıracaq ki, bu da qiymətlərə öz təsirini göstərəcək. Amma hesab etmirəm ki, bu qərar daşınmaz əmlak bazarında fundamental qiymət dəyişikliyinə gətirib çıxara bilsin”.



Müsahibimiz hesab edir ki, Respublika Prezidentinin imzaladığı 439 saylı fərman “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” qanunun 8-ci maddəsinə əlavə olunan dəyişikliklərin edilməsini nəzərdə tutur:
 

“2015-ci ildən bu yana həmin fərmanın icrası istiqamətində qanunvericilikdə bir neçə dəyişiklik edilib. Eyni zamanda həmin fərmanın icrası ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” qanuna bir neçə dəfə əlavələr olunub. Amma görünən odur ki, həmin əlavələrlə biz özbaşına tikililərin tam olaraq sənədləşdirilməsi prosesini başa çatdıra bilmirik. Həmçinin bu prosesin də qarşısını ala bilməmişik.


Özbaşına tikililərin sayı günbəgün artır. Hesab edirəm ki, bu sahədə amnistiya olsa, bütövlükdə bütün özbaşına tikililərin sənədləşdirilməsi prosesi başa çatdırılacaq, eyni zamanda özbaşına tikililərin meydana gəlməsi ilə bağlı proses tam məhdudlaşdırılacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

End of content

No more pages to load

RADİO