Kürü nə qurudur? – İqlim, israf yoxsa... -FOTOFAKT

Kür çayında əhəmiyyətli dərəcədə quruma gedir, Azərbaycanın ən böyük çayı indi ən kiçik çaylarından birinə çevrilib. Mövcud vəziyyət çayın Salyan rayonundan keçən hissəsində açıq-aşkar müşahidə edilir. Çay boyunca uzunsov torpaq zolaqları əmələ gəlib. Bəzi yerlərdə çay yatağının sahilləri tamamilə açıqda qalıb. Kür indi Kürdən çox, həyətyanı nazik su kanalına bənzəyir.

Əvvəllər mövsümi olaraq yayda Kürün səviyyəsi bir qədər enirdi, amma son illərdə azalma təkcə mövsümlə əlaqədar deyil, artıq sistemli problemdir. Kürqırağı rayonlarda, aran zonalarında çaydan böyük həcmdə su götürülür. Çaykənarı yaşayış massivlərində demək olar ki, əksər evlərdə çaya su motoru qoyulub. Çaydan özbaşına su götürülmələr də suyun azalmasına təsir edə bilər.  

Bundan başqa, bəzi yerlərdə çay yatağı palçıqla dolduğu üçün axını zəifləyib. Yəni Kürü kürümək lazımdır ki, yatağı genişlənsin.  

Ekoloq İradə Həsənovanın Bizim Media-ya açıqlamasına görə, nəzərə alsaq ki, Kür çayının mənbəyi Türkiyə və Gürcüstan ərazisindədir və bu ölkələrdə də sudan kifayət qədər istifadə olunur, nəticədə çayın suyunun Azərbaycan ərazisinə az miqdarda çatdığı anlaşılandır:
 

“Azərbaycan çaylarının 70 %-i trans çaylardan ibarətdir. 30%-i isə Azərbaycanın öz daxili çaylarıdır. Bunlardan biri də Kür çayıdır ki, o da əsasən Türkiyə və Gürcüctandan qidalanır. Hər bir ölkədə də çayın qarşısını alaraq su anbarları yaradılıb. Hətta Türkiyədə Su Elektrik Stansiyasının tikilməsi üçün Kür çayının qarşısı kəsilib. Çay gəlib bizə çatana qədər səviyyəsi aşağı düşür”. 


Ekoloqun sözlərinə görə, ümumiyyətlə quruma təkcə Kürə aid deyil, digər göl və çaylarda da yağıntının az düşməsi ilə əlaqədar suyun azalması müşahidə olunur. Həmçinin Arazın da səviyyəsinin azalması Kürün suyunun çəkilməsinə təsir edir. Aran bölgələrində ən çox istifadə edilən su Araz çayındandır. Araz həm də sərhəd çayıdır. İran tərəfi də bu çaydan istifadə etdiyi üçün çayın üzərində böyük su anbarı tikib. Ermənistanda da bu trans çaylardan kənd təsərrüfatının suvarılmasında istifadə edilir.  Kür çayına birləşən Araz çayında su azaldığı üçün Kürdə də qurumaya səbəb olur.

Əgər bu quruma prosesi davam edərsə, suvarma və ekosistem üçün ciddi risklər yarana bilərmi?

Regional Su Meliorasiya Xidmətinin baş məsləhətçisi Sarvan Ağayev Bizim Media-ya bildirib ki, Kür çayında suyun səviyyəsinin aşağı düşməsinin ən əsas səbəbi hazırda havaların normadan artıq isti keçməsi və Kür çayına tökülən dağ çaylarında suların azalmasıdır. Bu çaylarda da azalma mövsümi xarakter daşıyır.

Mütəxəssisin sözlərinə görə, hazırda Mingəçevir su anbarından Kür çayına saniyədə 250 kubmetr su ötürülür.  Bu, bir neçə aydır ki, bu qaydada davam edir. Hazırda çayın Mingəçevir su anbarından aşağı hissələrində yerləşən rayonların əkin sahələrinin suvarma suyu ilə təmin olunması işləri aparılır. Kür çayında suyun səviyyəsinin aşağı düşməməsi üçün hələ bir neçə ay bundan əvvəl Mingəçevir su anbarından buraxılan suyun həcmi artırılıb və bu qaydada da davam etdirilir.




Şəfiqə Şəfa, Bizim Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! Bakıda narkopriton aşkarlandı: 5 nəfər saxlanıldı – FOTO/VİDEO

SON DƏQİQƏ! Bakıda narkopriton aşkarlandı: 5 nəfər saxlanıldı – FOTO/VİDEO

Almaniya miqrantların sayına görə Aİ-də liderdir

Almaniya miqrantların sayına görə Aİ-də liderdir

Dövlət borcunun həcmi AÇIQLANDI

Dövlət borcunun həcmi AÇIQLANDI

Musa Alməmmədov vəfat etdi – FOTO

Musa Alməmmədov vəfat etdi – FOTO

Sol zolaq niyə boş qalmalıdır? – ekspert izah edir

Sol zolaq niyə boş qalmalıdır? – ekspert izah edir

Əli Əsədovdan AÇIQLAMA – FOTO

Əli Əsədovdan AÇIQLAMA – FOTO

İlham Əliyev və Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər

İlham Əliyev və Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər

Britaniyada QEYRİ-ADİ QADAĞA – Bu şəxslər ömür boyu siqaret ala bilməyəcək

Britaniyada QEYRİ-ADİ QADAĞA – Bu şəxslər ömür boyu siqaret ala bilməyəcək

Azərbaycan və Latviya arasında sənədlər İMZALANDI

Azərbaycan və Latviya arasında sənədlər İMZALANDI

Bu şəxslər təkrar mənzil tələb edə bilməz - Ali Məhkəmədən QƏRAR

Bu şəxslər təkrar mənzil tələb edə bilməz - Ali Məhkəmədən QƏRAR

İcmal büdcənin gəlirləri və xərcləri - MƏBLƏĞ

İcmal büdcənin gəlirləri və xərcləri - MƏBLƏĞ

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü - FOTO

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü - FOTO

Bu futbolçu “Qarabağ”a KEÇƏCƏK

Bu futbolçu “Qarabağ”a KEÇƏCƏK

Yaponiya maviyə büründü – FOTO

Yaponiya maviyə büründü – FOTO

"Birtaksi" xidməti ilə bağlı yayılan xəbərlərə “Kapital Bank”ın sədrindən CAVAB

"Birtaksi" xidməti ilə bağlı yayılan xəbərlərə “Kapital Bank”ın sədrindən CAVAB

Nurlana Orucova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Nurlana Orucova yüksək vəzifəyə TƏYİN EDİLDİ

YAP-dan MSK üzvlüyünə bu şəxslər namizəd oldu – ADLAR

YAP-dan MSK üzvlüyünə bu şəxslər namizəd oldu – ADLAR

Kürdə suyun səviyyəsi KƏSKİN ARTDI – Daşqın təhlükəsi...

Kürdə suyun səviyyəsi KƏSKİN ARTDI – Daşqın təhlükəsi...

Bu bank kartları arasında pul köçürmələrində KOMİSSİYA TUTULMUR

Bu bank kartları arasında pul köçürmələrində KOMİSSİYA TUTULMUR

"Nişanımda hər şeyi öz pulumla almışam, oğlan evi isə HEÇ NƏ"

"Nişanımda hər şeyi öz pulumla almışam, oğlan evi isə HEÇ NƏ"

Dələduzluq halları ilə bağlı “Kapital Bank” nümayəndəsindən AÇIQLAMA

Dələduzluq halları ilə bağlı “Kapital Bank” nümayəndəsindən AÇIQLAMA

Alyona Əliyevadan paylaşım - FOTO

Alyona Əliyevadan paylaşım - FOTO

“ASAN xidmət” UNESCAP sessiyasında diqqət mərkəzində

“ASAN xidmət” UNESCAP sessiyasında diqqət mərkəzində

Solovyovun təhqirlərinə Melonidən SƏRT CAVAB – FOTO

Solovyovun təhqirlərinə Melonidən SƏRT CAVAB – FOTO

End of content

No more pages to load

RADİO