Kürü nə qurudur? – İqlim, israf yoxsa... -FOTOFAKT

Kür çayında əhəmiyyətli dərəcədə quruma gedir, Azərbaycanın ən böyük çayı indi ən kiçik çaylarından birinə çevrilib. Mövcud vəziyyət çayın Salyan rayonundan keçən hissəsində açıq-aşkar müşahidə edilir. Çay boyunca uzunsov torpaq zolaqları əmələ gəlib. Bəzi yerlərdə çay yatağının sahilləri tamamilə açıqda qalıb. Kür indi Kürdən çox, həyətyanı nazik su kanalına bənzəyir.

Əvvəllər mövsümi olaraq yayda Kürün səviyyəsi bir qədər enirdi, amma son illərdə azalma təkcə mövsümlə əlaqədar deyil, artıq sistemli problemdir. Kürqırağı rayonlarda, aran zonalarında çaydan böyük həcmdə su götürülür. Çaykənarı yaşayış massivlərində demək olar ki, əksər evlərdə çaya su motoru qoyulub. Çaydan özbaşına su götürülmələr də suyun azalmasına təsir edə bilər.  

Bundan başqa, bəzi yerlərdə çay yatağı palçıqla dolduğu üçün axını zəifləyib. Yəni Kürü kürümək lazımdır ki, yatağı genişlənsin.  

Ekoloq İradə Həsənovanın Bizim Media-ya açıqlamasına görə, nəzərə alsaq ki, Kür çayının mənbəyi Türkiyə və Gürcüstan ərazisindədir və bu ölkələrdə də sudan kifayət qədər istifadə olunur, nəticədə çayın suyunun Azərbaycan ərazisinə az miqdarda çatdığı anlaşılandır:
 

“Azərbaycan çaylarının 70 %-i trans çaylardan ibarətdir. 30%-i isə Azərbaycanın öz daxili çaylarıdır. Bunlardan biri də Kür çayıdır ki, o da əsasən Türkiyə və Gürcüctandan qidalanır. Hər bir ölkədə də çayın qarşısını alaraq su anbarları yaradılıb. Hətta Türkiyədə Su Elektrik Stansiyasının tikilməsi üçün Kür çayının qarşısı kəsilib. Çay gəlib bizə çatana qədər səviyyəsi aşağı düşür”. 


Ekoloqun sözlərinə görə, ümumiyyətlə quruma təkcə Kürə aid deyil, digər göl və çaylarda da yağıntının az düşməsi ilə əlaqədar suyun azalması müşahidə olunur. Həmçinin Arazın da səviyyəsinin azalması Kürün suyunun çəkilməsinə təsir edir. Aran bölgələrində ən çox istifadə edilən su Araz çayındandır. Araz həm də sərhəd çayıdır. İran tərəfi də bu çaydan istifadə etdiyi üçün çayın üzərində böyük su anbarı tikib. Ermənistanda da bu trans çaylardan kənd təsərrüfatının suvarılmasında istifadə edilir.  Kür çayına birləşən Araz çayında su azaldığı üçün Kürdə də qurumaya səbəb olur.

Əgər bu quruma prosesi davam edərsə, suvarma və ekosistem üçün ciddi risklər yarana bilərmi?

Regional Su Meliorasiya Xidmətinin baş məsləhətçisi Sarvan Ağayev Bizim Media-ya bildirib ki, Kür çayında suyun səviyyəsinin aşağı düşməsinin ən əsas səbəbi hazırda havaların normadan artıq isti keçməsi və Kür çayına tökülən dağ çaylarında suların azalmasıdır. Bu çaylarda da azalma mövsümi xarakter daşıyır.

Mütəxəssisin sözlərinə görə, hazırda Mingəçevir su anbarından Kür çayına saniyədə 250 kubmetr su ötürülür.  Bu, bir neçə aydır ki, bu qaydada davam edir. Hazırda çayın Mingəçevir su anbarından aşağı hissələrində yerləşən rayonların əkin sahələrinin suvarma suyu ilə təmin olunması işləri aparılır. Kür çayında suyun səviyyəsinin aşağı düşməməsi üçün hələ bir neçə ay bundan əvvəl Mingəçevir su anbarından buraxılan suyun həcmi artırılıb və bu qaydada da davam etdirilir.




Şəfiqə Şəfa, Bizim Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkədə mis mədəni çökdü - Onlarla insan öldü

Bu ölkədə mis mədəni çökdü - Onlarla insan öldü

Çin vətəndaşlarına səsləndi: Yaponiyaya səyahət etməyin!

Çin vətəndaşlarına səsləndi: Yaponiyaya səyahət etməyin!

Pokrovsk ələ keçirilsə, Zelenskini təhlükə gözləyir

Pokrovsk ələ keçirilsə, Zelenskini təhlükə gözləyir

Toyda müğənni ona verilən pulu GÖTÜRMƏDİ: Elə hərəkət etdi ki... - VİDEO

Toyda müğənni ona verilən pulu GÖTÜRMƏDİ: Elə hərəkət etdi ki... - VİDEO

Bu şəxslər xurma yeməməlidir

Bu şəxslər xurma yeməməlidir

Telefonun bu gizli parametri batareyanın ömrünü 3 dəfə uzadırmış

Telefonun bu gizli parametri batareyanın ömrünü 3 dəfə uzadırmış

Hamilə qadın qarın boşluğu açılmadan əməliyyat olundu - Dünyada ilk dəfə

Hamilə qadın qarın boşluğu açılmadan əməliyyat olundu - Dünyada ilk dəfə

ABŞ Venesuela istiqamətinə ən böyük hərbi gəmisini GÖNDƏRDİ

ABŞ Venesuela istiqamətinə ən böyük hərbi gəmisini GÖNDƏRDİ

Hakan Çalhanoğlu Türkiyə millisinin heyətindən çıxarıldı

Hakan Çalhanoğlu Türkiyə millisinin heyətindən çıxarıldı

Rihannanı belə görməmisiniz - FOTO

Rihannanı belə görməmisiniz - FOTO

İngiltərədən qələbə, Ukrayna pley-offda - VİDEO

İngiltərədən qələbə, Ukrayna pley-offda - VİDEO

Cey Di Vensin korteji qəzaya düşdü

Cey Di Vensin korteji qəzaya düşdü

Azərbaycan millisi Fransaya uduzdu

Azərbaycan millisi Fransaya uduzdu

Cüdoçumuz Xorvatiyadakı turnirdə qızıl medal qazandı

Cüdoçumuz Xorvatiyadakı turnirdə qızıl medal qazandı

Moskvadan şok açıqlama: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”

Moskvadan şok açıqlama: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”

Nizami rayonunda su borusu partladı - VİDEO

Nizami rayonunda su borusu partladı - VİDEO

Şahruddin Məhəmmədəliyev Fransa millisi ilə oyunda zədələndi

Şahruddin Məhəmmədəliyev Fransa millisi ilə oyunda zədələndi

Orban: "Macarıstanın təhlükəsizliyi Berlin, Moskva və Ankaradan asılıdır"

Orban: "Macarıstanın təhlükəsizliyi Berlin, Moskva və Ankaradan asılıdır"

“Lukoil”də ancaq nağd ödəniş alınır - Onlayn ödənişə qadağa qoyuldu

“Lukoil”də ancaq nağd ödəniş alınır - Onlayn ödənişə qadağa qoyuldu

Tovuzda qidadan zəhərlənənlər evə buraxıldı

Tovuzda qidadan zəhərlənənlər evə buraxıldı

Ağcabədi qəzasında xəsarət alan şəxsin SON DURUMU

Ağcabədi qəzasında xəsarət alan şəxsin SON DURUMU

İlham Əliyev Özbəkistan səfərindən paylaşım etdi - VİDEO

İlham Əliyev Özbəkistan səfərindən paylaşım etdi - VİDEO

Azərbaycan-Fransa matçı başladı - VİDEO

Azərbaycan-Fransa matçı başladı - VİDEO

Samuxda ağır qəza: 15 yaşlı piyada xəstəxanalıq oldu

Samuxda ağır qəza: 15 yaşlı piyada xəstəxanalıq oldu

End of content

No more pages to load

RADİO