Ən çox aşkarlanan maliyyə pozuntuları AÇIQLANDI

Bu ilin ilk yarısında həyata keçirdiyi audit tədbirləri zamanı aşkarlanan və ən çox təkrarlanan maliyyə pozuntuları açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Hesablama Palatası (HP) məlumat yayıb.

Məlumata görə, ən çox rast gəlinən pozuntular aşağıdakılardır:

1. Fəaliyyətin təmin edilməsi məqsədilə tələb olunan vəsaitlərin məbləğ və istiqamətinin düzgün proqnozlaşdırılmaması nəticəsində icra prosesində dövlət vəsaitinin təsdiq olunmuş təyinatının dəyişdirilməsi;

2. Qurumun hüquqi aktlarla müəyyən edilmiş funksional fəaliyyətinə aid olmayan istiqamətlərdə vəsaitlərin xərc edilməsi və ya funksional fəaliyyətinin bir qisminin başqa quruma ötürülməsi ilə dövlət vəsaitinin funksional təyinatının dəyişdirilməsi və əlavə tələbatın formalaşdırılması;

3. Hüquqi aktlarla müəyyən edilmiş nəqliyyat vasitələrinin say həddinə və yanacaq xərcinin normasına, beynəlxalq tədbirlərin keçirilməsi zamanı yemək, hədiyyə və s., habelə iştirakçı sayı ilə bağlı məhdudiyyətlərə riayət olunmaması fonunda artıq xərclərə yol verilməsi;

4. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununun tələbləri gözlənilməyərək ilkin satınalma planının hazırlanması, təsdiq edilməsi və dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsinin təmin edilməməsi və ya icra prosesində satınalma planına əməl edilməməsi;

5. Tender komissiyalarının fəaliyyətində yol verilmiş nöqsanların satınalmalarda hesabatlılıq və şəffaflıq prinsipləri ilə bağlı tələblərə riayət edilməməsinə, eləcə də rəqabət mühitinin təmin olunması ilə bağlı fəaliyyətin məhdudlaşmasına şərait yaratması;

6. Tələbatın düzgün formalaşdırılmaması nəticəsində satınalma müqavilələrinin bir hissəsinin icra olunmaması və ya bağlanmış müqavilələrin icra səviyyəsinin aşağı olması;

7. Dövlət investisiyalarının idarəedilməsi üzrə qiymətqoymanın resurs metodunun tətbiq olunması ilə əlaqədar normativ hüquqi aktlarla müəyyənləşdirilmiş bəzi normaların düzgün tətbiq edilməməsi;

8. Tikintisi başa çatmış və istismara hazır olan obyektlərin istismara qəbulunun ləngiməsi nəticəsində mühasibat uçotunda aktivlərin dəyərinin düzgün təsnifləşdirilməməsi.

Bildirilib ki, Hesablama Palatasının apardığı təhlillər cari ilin 6 ayında müvafiq dövlət qurumları tərəfindən fiskal intizamın gücləndirilməsi məqsədilə addımların atıldığını, xərclərin icra səviyyəsinin nisbətən yüksəldildiyini, xərclər üzrə qabaqcadan ödəniş məbləğlərinə nəzarət mexanizmlərinin artırıldığını, vəsaitlərin idarəedilməsi üzrə yeni yanaşmaların tətbiq edildiyini göstərir.

Lakin əvvəlki ildə olduğu kimi, dövlət vəsaitlərinin icra səviyyəsinə (mənimsənilməsinə) təsir edən başlıca alətlərdən olan dövlət satınalmaları üzrə təkmilləşdirilməli məqamlar mövcuddur.

Bu məqamlar dövlət satınalmaları ilə bağlı qanunvericiliklə əhatə olunan 4 predmetlərin konkretləşdirilməsini, satınalma prosedurlarının sadələşdirilməsini, nəzarət mexanizmlərinin təkmilləşdirilməsini, dövlət satınalmalarının büdcə göstəriciləri ilə əlaqələndirilməsinin artırılmasını və s. istiqamətləri əhatə edir ki, Hesablama Palatası tərəfindən bu istiqamətdə təkliflər paketi aidiyyəti üzrə təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

End of content

No more pages to load

RADİO