Taxıl idxalında KƏSKİN ARTIM – Qiymətlərlə bağlı MÜHÜM PROQNOZ

Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 602 min 255 ton buğda idxal edilib.

Məlumata görə, bu miqdarda buğdanın idxalına 130,661 milyon ABŞ dolları vəsait xərclənib.

Buğda idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 216 min 233 ton və ya 56%, dəyər ifadəsi ilə isə 45,482 milyon ABŞ dolları, yaxud da 53,4% artıb.

2024-cü ilin birinci yarısında Azərbaycana xarici ölkələrdən 386 min 22 ton miqdarında, 85,179 milyon ABŞ dolları dəyərində buğda idxal edilmişdi.

Hesabat dövründə ölkəyə idxal edilmiş buğda ümumi idxalın 1,13%-ini təşki edib.

Bəs ilk 6 ayda taxıl idxalının 50 faiz artmasının səbəbi nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, son 6 ayda taxılın idxalının artması o demək deyil ki, il ərzində taxıl idxalı çoxalacaq:

“Bu göstərici bir tərəfdən Taxıl Ehtiyatı Fondunun tələbatının artması ilə bağlıdır. Digər tərəfdən ötən ilin yay-payız aylarında ərzaqlıq buğdanın qiyməti indikinə nisbətən bir qədər baha oldu. Bu səbəbdən həmin dövrdə ölkəmizə buğda idxalı azaldı. İlin sonunda bəlli oldu ki, 2024-cü ildə dünyada taxıl istehsalı əvvəlki dövrlə müqayisədə çox olub. Nəticədə 2025-ci ilin əvvəlində taxılın qiyməti xeyli aşağı düşdü. Bu səbəbdən bu ilin birinci yarısında taxıl idxalı artdı”.

Müsahibimiz qeyd edib ki, il ərzində ölkəmizə 1,2-1,3 milyon ton taxıl idxal edilir:

“Bu qədər taxılın nə zaman idxal edilməsini isə sahibkarlar özləri müəyyən edir. Təbii ki, belə vəziyyətdə ölkənin taxıl ehtiyatının səviyyəsi də gözlənilir. Qeyd edək ki, əvvəlki 2 ildə taxıl idxalı əsasən yay-payız aylarında reallaşırdı. Lakin ötən ilin müvafiq dövründə dünya birjalarında taxılın qiyməti bahalaşdığına görə bu ənənə pozuldu və idxal azaldı.


Bu ilin birinci yarısında taxılın dünya bazarındakı qiyməti aşağı düşdüyündən idxalın həcmi kəskin artdı. Yəqin ki, ilin ikinci yarısında taxıl idxalı azalacaq. Yəni idxaldakı kəskin artım şəraitə uyğun olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

End of content

No more pages to load

RADİO