Azərbaycan-Fransız Universitetinə qəbul imtahanı keçirildi- FOTO/VİDEO

Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanı keçirilib.

Bizim.Media xəbər verir ki, 2025-2026-cı tədris ilində UFAZ-da 5 ixtisas üzrə ümumilikdə 190 tələbənin qəbul olması nəzərdə tutulur.

Tələbələr dövlət sifarişi əsasında təhsil alacaqlar.

UFAZ-a qəbul üçün keçirilən imtahanlarda iştirak etmək üçün abituriyentin Dövlət İmtahan Mərkəzinin (DİM) I ixtisas qrupu üzrə təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanlarında minimum balı 450 olmalıdır.

Univeristetdən bildirilib ki, bu il 450–dən artıq bal toplamış 627 abituriyent UFAZ-a qəbul imtahanı üçün onlayn qeydiyyatdan keçib. Onlardan 130 nəfər abituriyentin balı isə 600-dən yüksəkdir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov və digər nümayəndələr imtahan prosesini müşahidə ediblər.


İki saat yarım davam edən imtahanda abituriyentlər ümumi təhsil pilləsindəki tədris dillərinə uyğun (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən on test sualını cavablandırıblar, ingilis dilində qrammatik çalışma və esse yazıblar.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov Bizim.Media-ya açıqlamasında bildirib ki, UFAZ-a onuncu dəfədir ki, qəbul imtahanları keçirilir:


“Bu dövr ərzində UFAZ-da təhsil alan tələbələr həm bakalavr, həm magistr səviyyəsində istər ölkəmizdə, istərsə də xaricdə əmək bazarının tələblərinə uyğun olaraq çox yüksək qiymətləndirilirlər. Onların bir qismi öz fəaliyyətlərini elmi istiqamətdə davam etdirirlər.

Proqramdan məzun olanlar neft-qaz sənayesində beynəlxalq şirkətlərdə, eyni zamanda, qeyri-neft sənayesinə aid olan ölkəmiz üçün prioritet sayılan sahələrdə də öz fəaliyyətlərini davam etdirirlər”.

Rektor qeyd edib ki, hər il müraciət edənlərin sayı artır:

“Bu il bakalavr səviyyəsi üzrə 5 ixtisas üzrə qəbul aparılmaqdadır. 627 nəfər bu ixtisaslara müraciət edib. Bu, keçən ilki nəticələrlə müqayisədə böyük irəliləyişdir. Kəmiyyətlə yanaşı müraciət edənlərin giriş balları da çox yüksəkdir. Təqribən 130 nəfər 600-dən çox bal toplayan abituriyent imtahanda iştirak edir, həmçinin, 650-dən çox bal toplayanlar da var. Bu isə onu deməyə əsas verir ki, ildən-ilə UFAZ-a daxil olan tələbələrin keyfiyyət göstəriciləri çoxalmaqdadır. Bu da bizə imkan yaradır ki, daha yaxşı mütəxəssislər yetişdirə bilək”.

O, tədrisin bir hissəsinin Strasburqda aparıldığını da qeyd edib:


“Tədrisin məzmunu Strasburq universiteti tərəfindən təqdim olunur. Eyni zamanda, bizim müəllimlərin iştirakı ilə optimallaşdırılır. Tələbələr tədris dövründə Strasburq universitetində tədrisin bir hissəsini, xüsusilə, tədqiqatla bağlı hissəini keçirlər. Bu da təcrübə, mühit dəyişikliyi, beynəlmiləşmə baxımından çox böyük imkanlar yaradır”.

Qeyd edək ki, UFAZ-da bütün ixtisaslarda bakalavriat səviyyəsi üzrə tədris ingilis dilində aparılır. Dörd illik tədris müddətinin sonunda UFAZ məzunları iki dövlət diplomu (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Strasburq Universiteti və ya Ren Universiteti) əldə edəcəklər.
















Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xalq artisti oğlu ilə - FOTO

Xalq artisti oğlu ilə - FOTO

Doğrama taxtalarını əsla yuyucu tozla yumayın - SƏBƏB

Doğrama taxtalarını əsla yuyucu tozla yumayın - SƏBƏB

Əraqçı: "İran uranın zənginləşdirilməsini dayandırıb"

Əraqçı: "İran uranın zənginləşdirilməsini dayandırıb"

Bu ölkədə mis mədəni çökdü - Onlarla insan öldü

Bu ölkədə mis mədəni çökdü - Onlarla insan öldü

Çin vətəndaşlarına səsləndi: Yaponiyaya səyahət etməyin!

Çin vətəndaşlarına səsləndi: Yaponiyaya səyahət etməyin!

Pokrovsk ələ keçirilsə, Zelenskini təhlükə gözləyir

Pokrovsk ələ keçirilsə, Zelenskini təhlükə gözləyir

Toyda müğənni ona verilən pulu GÖTÜRMƏDİ: Elə hərəkət etdi ki... - VİDEO

Toyda müğənni ona verilən pulu GÖTÜRMƏDİ: Elə hərəkət etdi ki... - VİDEO

Bu şəxslər xurma yeməməlidir

Bu şəxslər xurma yeməməlidir

Telefonun bu gizli parametri batareyanın ömrünü 3 dəfə uzadırmış

Telefonun bu gizli parametri batareyanın ömrünü 3 dəfə uzadırmış

Hamilə qadın qarın boşluğu açılmadan əməliyyat olundu - Dünyada ilk dəfə

Hamilə qadın qarın boşluğu açılmadan əməliyyat olundu - Dünyada ilk dəfə

ABŞ Venesuela istiqamətinə ən böyük hərbi gəmisini GÖNDƏRDİ

ABŞ Venesuela istiqamətinə ən böyük hərbi gəmisini GÖNDƏRDİ

Hakan Çalhanoğlu Türkiyə millisinin heyətindən çıxarıldı

Hakan Çalhanoğlu Türkiyə millisinin heyətindən çıxarıldı

Rihannanı belə görməmisiniz - FOTO

Rihannanı belə görməmisiniz - FOTO

İngiltərədən qələbə, Ukrayna pley-offda - VİDEO

İngiltərədən qələbə, Ukrayna pley-offda - VİDEO

Cey Di Vensin korteji qəzaya düşdü

Cey Di Vensin korteji qəzaya düşdü

Azərbaycan millisi Fransaya uduzdu

Azərbaycan millisi Fransaya uduzdu

Cüdoçumuz Xorvatiyadakı turnirdə qızıl medal qazandı

Cüdoçumuz Xorvatiyadakı turnirdə qızıl medal qazandı

Moskvadan şok açıqlama: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”

Moskvadan şok açıqlama: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”

Nizami rayonunda su borusu partladı - VİDEO

Nizami rayonunda su borusu partladı - VİDEO

Şahruddin Məhəmmədəliyev Fransa millisi ilə oyunda zədələndi

Şahruddin Məhəmmədəliyev Fransa millisi ilə oyunda zədələndi

Orban: "Macarıstanın təhlükəsizliyi Berlin, Moskva və Ankaradan asılıdır"

Orban: "Macarıstanın təhlükəsizliyi Berlin, Moskva və Ankaradan asılıdır"

“Lukoil”də ancaq nağd ödəniş alınır - Onlayn ödənişə qadağa qoyuldu

“Lukoil”də ancaq nağd ödəniş alınır - Onlayn ödənişə qadağa qoyuldu

Tovuzda qidadan zəhərlənənlər evə buraxıldı

Tovuzda qidadan zəhərlənənlər evə buraxıldı

Ağcabədi qəzasında xəsarət alan şəxsin SON DURUMU

Ağcabədi qəzasında xəsarət alan şəxsin SON DURUMU

End of content

No more pages to load

RADİO