"Bir otaqda 40 nəfərlə qalıram – 3 manat verib "stoyanka"da yatırıq" – REPORTAJ

Günün günorta çağı... “8-ci kilometr bazarı” yenə də səs-küylü, çığırtılıdır. Kimsə alır, kimsə satır, kimsə yük daşıyır. Bu bazarda min cür həyat dolanır, min nəfəs bir yerdə çəkilir.

Günəş yuxarıdan amansızca döşəyir – asfalt nəfəs kəsir, hava dayanıb sanki.

O isə bu tozlu, qarmaqarışıq bazarda bir kölgəyə sığınıb, arabasının kənarında oturub müştəri gözləyir.
 

Adı Hikmətdir. Soyadı Quliyev. 46 yaşı var. Əslən Cəlilabaddandır, amma artıq illərdir ki, Bakının daşına, tozuna qarışıb. Həyatı da özü kimi təkər üstündə dolanır.


“Mənim üçün istinin, soyuğun fərqi yoxdur. Əsas odur ki, kimdənsə pul dilənmirəm”, - deyə söhbətə başlayır.
 

Hikmət danışdıqca, həyatının pərdəarxası bir film kimi göz önünə sərilir. Anası onu dünyaya gətirən gün vəfat edib. Atası isə maşın qəzasında həyatını itirib.Özü deyir, bu dünyada yalnız bir qardaşı var.



Rayonda işsizlikdən bezib, illər öncə şəhərə üz tutub.Deyir, əvvəl daş karxanasında işləyirmiş. Amma indi illərin daşını bu bazarın arabasıyla çəkir.
 

Kirayədə qalır. “Kazarma” dediyi yerdə, “stoyanka”nın həyətində 40 nəfərlə birgə. Hərəsi bir tale, hərəsi bir həyat. Hər səhər saat 5-də oyanır, arabasını götürüb bazara gəlir. Axşama qədər – ta 11-ə kimi – yük daşıyır.


“Günə 3 manat kirayə pulu ödəyirəm. 40 nəfərin çoxu araba sürəndir. Axşam 11-ə kimi işləyirəm, gün ərzində 35-40 manat pul alıram. Araba daşıyanda 2-3 manat pul verirlər. Eləsi var ki, vermir, deyirəm Allah köməyin olsun”.
 

Hikmətin qazancları elə gündəlik xərclərə gedir. Arabanı 3 manata kirayə götürür. Bazarın hər bölməsinə daxil olmaq üçün isə ayrıca 1 manat ödəniş edir.


“Qaldığın evdə şərait varmı?” deyə soruşuram:
 

“Hamamda çimməyə görə 2 manat verirəm. İki kondisioner var”.Yeməyini kafedə yeyir. Paltarını 1 manat qarşılığında həyətdəki bir qadın yuyur. Gündəlik həyatı sadə və təkrarlanan dövrə bənzəyir: iş, kirayə, siqaret, yatmaq.


Arabaçı Hikmətin içində bir dərd də var – tək qalmaq. Heç vaxt evlənməyib. Sevdiyi qız olub, amma yoxsulluq araya girib.

Cəsarət etməyib:
 

“Mən araba ilə nə arvad saxlayım, mən deyiləm, sən ol. Sevdiyim olub. Lakin gördüm ki, mənlik deyil. Yoxsulluğa görə evlənmək də istəmədim. Mən camaatın qızını bədbəxt etmək istəmədim.


Bir gün deyəcəkdi ki, niyə məni aldın. Həyatda tək istəyim, araba sürüm, heç kimə möhtac olmayım, çörəkpulu qazanım”.
 

Bəzən xoşbəxtlik sadəcə bir tikə çörəklə ölçülür. Hikmət üçün həyatın “bəxt” dediyi şey elə bu arabadır. Yük daşımaqla ağır bir ömrün yükünü də çəkir.


Bazarda adamlar keçib gedir. Kiminsə səsi yüksəlir, kimsə tərəziylə oynayır. Hikmət isə bir kənarda səssizcə dayanıb. Bəlkə də növbəti müştərisini, bəlkə də növbəti günün sabahını gözləyir.

Arabasına dirsəklənib yüngülcə nəfəs alır. Çünki o bilir – sabah da bu bazarda olacaq, sabah da o arabanı itələyəcək.

Və hər gün olduğu kimi, yenə kimsəyə möhtac olmadan, təkbaşına… (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həm pulda, həm də karyerada uğur: İyulda mükafatlandırılacaq BÜRCLƏR

Həm pulda, həm də karyerada uğur: İyulda mükafatlandırılacaq BÜRCLƏR

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

End of content

No more pages to load

RADİO