Lənkəranda təcili yardım maşınının qəzaya düşməsi ilə bağlı TƏFƏRRÜATLAR

Xəbər verdiyimiz kimi Lənkəranda təcili tibbi yardım avtomobilinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb.

Bizim.Media-nın yerli bürosu hadisənin bəzi təfərrüatlarını əldə edib.

Məlumata görə, hadisə bu gün saat 19:25 radələrində rayonun Velədi kəndi ərazisində qeydə alınıb. Belə ki, Səpnəkəran kəndindən 34 yaşlı N.M.-nin 103 xidmətinə zəng etməsindən sonra çağırış yerinə sürücü Samir Rüstəmovun idarə etdiyi təcili tibbi yardım avtomobili feldşer Səfail Fərəcovla birlikdə yola düşüb.
 

Yolda hərəkətdə olan təcili tibbi yardım maşını Velədi kəndi ərazisində 1962-ci il təvəllüdlü Zakir Hüseynağa oğlu Müslümovun idarə etdiyi “Hyundai SantaFe” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Zərbənin gücündən hər iki avtomobil idarəetməni itirərək yoldan çıxıb.


Qəza nəticəsində "Hyundai SantaFe"nin sürücüsü Zakir Müslümov və sərnişin – onun həyat yoldaşı, 1969-cu il təvəllüdlü Ülkər Həsənağa qızı Müslümova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib.

İlkin ehtimallara görə, qəzanın baş verməsinə səbəb "Hyundai SantaFe"nin qəfil təcili yardım avtomobilinin qarşısına çıxması olub.

Qeyd edək ki, xəsarət alan sürücü Zakir Müslümov da həkim kimi fəaliyyət göstərir.

Faktla bağlı araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri ekspertiza və istintaq nəticəsində müəyyən olunacaq.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əhali kəndləri niyə tərk edir? - Video

Əhali kəndləri niyə tərk edir? - Video

Tramp öz adamını İrəvana göndərdi – Zəngəzur dəhlizi müzakirə ediləcək

Tramp öz adamını İrəvana göndərdi – Zəngəzur dəhlizi müzakirə ediləcək

Cənubi Qafqazdan Mərkəzi Asiyaya uzanan strateji körpü - Yeni geosiyasi arxitekturanın FORMULU

Cənubi Qafqazdan Mərkəzi Asiyaya uzanan strateji körpü - Yeni geosiyasi arxitekturanın FORMULU

Narkotacir gəmisi belə məhv edildi – ANBAAN VİDEO

Narkotacir gəmisi belə məhv edildi – ANBAAN VİDEO

Yanmış meyiti tapılanların kimlikləri müəyyənləşdi

Yanmış meyiti tapılanların kimlikləri müəyyənləşdi

Masazırda şirniyyat sexində bədbəxt hadisə - 45 yaşlı kişinin əli amputasiya edildi

Masazırda şirniyyat sexində bədbəxt hadisə - 45 yaşlı kişinin əli amputasiya edildi

Vətən müharibəsi şəhidinin anası vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidinin anası vəfat etdi - FOTO

Metropoliten əməkdaşının stansiyada halı pisləşdi, xəstəxanaya yerləşdirildi

Metropoliten əməkdaşının stansiyada halı pisləşdi, xəstəxanaya yerləşdirildi

Altılıq formatının YÜKSƏLİŞİ – Azərbaycan-Mərkəzi Asiya geosiyasi əməkdaşlığının PERSPEKTİVLƏRİ

Altılıq formatının YÜKSƏLİŞİ – Azərbaycan-Mərkəzi Asiya geosiyasi əməkdaşlığının PERSPEKTİVLƏRİ

Salyanda minik avtomobili yük maşınına çırpıldı: Xəsarət alanlar var

Salyanda minik avtomobili yük maşınına çırpıldı: Xəsarət alanlar var

Prezidentdən WTDC-25-in iştirakçılarına MÜRACİƏT

Prezidentdən WTDC-25-in iştirakçılarına MÜRACİƏT

DÇ-2026: 48 millidən 32-nin adı dəqiqləşdi

DÇ-2026: 48 millidən 32-nin adı dəqiqləşdi

Türk sahibkarın evindən 193 min manat oğurlayanlarla bağlı QƏRAR

Türk sahibkarın evindən 193 min manat oğurlayanlarla bağlı QƏRAR

Bu avtomobillərin ehtiyat hissələri KƏSKİN BAHALAŞDI

Bu avtomobillərin ehtiyat hissələri KƏSKİN BAHALAŞDI

Bakıda qışa hazırlıq BAŞLADI - Tapşırıqlar verildi - FOTO

Bakıda qışa hazırlıq BAŞLADI - Tapşırıqlar verildi - FOTO

Sumqayıtda bir gündə 2 avtomobil yandı

Sumqayıtda bir gündə 2 avtomobil yandı

Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq

Azərbaycanda bu il 78 minə yaxın yeni iş yeri açılıb

Azərbaycanda bu il 78 minə yaxın yeni iş yeri açılıb

Valyuta məzənnələri: Avro və rus rublu azaldı

Valyuta məzənnələri: Avro və rus rublu azaldı

Balıkesirdə yenə zəlzələ oldu

Balıkesirdə yenə zəlzələ oldu

DÇ-2026-nın seçmə mərhələsi: Bu gün 6 qarşılaşma baş tutacaq.

DÇ-2026-nın seçmə mərhələsi: Bu gün 6 qarşılaşma baş tutacaq.

2025-ci il tarixə düşəcək: "Temperatur hər il artacaq"

2025-ci il tarixə düşəcək: "Temperatur hər il artacaq"

İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım etdi – FOTO

İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım etdi – FOTO

Mehriban Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı paylaşım – FOTO

Mehriban Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı paylaşım – FOTO

End of content

No more pages to load

RADİO