“4 mövsüm Qrız” - “Alternativ” İB yeni layihəyə start verdi – FOTO

Qubada qadınların turizm təşəbbüslərinə dəstək verilir.

“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi Dövlət Turizm Agentiyinin dəstəyilə “4 mövsüm Qrız” -  “Qrız kəndində turizm yönümlü fəaliyyətlərdə qadınların dəstəklənməsi” layihəsinin icrasına start verib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Qrız kəndində layihənin təqdimat mərasimi keçirilib.

İctimai Birliyin sədr müavini, layihə rəhbəri Jalə Quliyeva tədbirdə çıxış edərək bildirib ki, layihə Quba rayonunun Qrız kəndində qadınları turizm yönümlü fəaliyyətlərə cəlb etməyi nəzərdə tutur:

“Layihə Qrız kəndinin unikal mədəni irsini və adət-ənənələrini təbliğ etməklə yerli iqtisadiyyatı dirçəltmək, qadınlar üçün məşğulluq imkanları yaratmaq və kəndi turistlər üçün dayanıqlı və cəlbedici məkan kimi tanıtmaq məqsədi daşıyır. Qrızlı qadınlar davamlı turizm, qonaqpərvərlik, ənənəvi əl işləri və yerli mətbəx kimi sahələrdə təlim proqramları vasitəsilə praktiki biliklərlə təchiz ediləcək. Təlim iştirakçılarına fərdi biznes planları hazırlamaq və marketinq strategiyası həyata keçirmək üçün dəstək veriləcək”.

Quba rayon İcra Hakimiyyətinin nümayəndəsi Mübariz Rüstəmov, Quba Regional Turizm İdarəsinin baş mütəxəssisi Azər Səfərov, turizm mütəxəssisi, təlimçi ekspert Vüqar Dərgahov, kənd sakinləri tədbirdə çıxış edərək Qrız kəndinin zəngin turizm potensialına sahib olduğunu və yerli sakinlərin, xüsusilə qadınların turizm sahəsində bilik və bacarıqlarının artırılmasına ehtiyac duyulduğunu vurğulayıblar.

Natiqlər qeyd edib ki, bu kimi layihələrin icrası yerli və xarici turistlərə daha keyfiyyətli və çoxçeşidli turizm xidmətlərinin göstərilməsinə, irəli sürülən biznes təşəbbüsləri isə kəndin turistik məkan kimi tanınmasına böyük töhfə verəcək.

Daha sonra qadınlara “Kənd turizmi anlayışı, növləri və fəaliyyət sahələri” mövzusunda ilk təlim keçirilib.

Sual-cavab sessiyası olub, təlim iştirakçılarını maraqlandıran mövzularda müzakirələr aparılıb. 3 ay davam edəcək layihənin sonunda təlim iştirakçılarına sertifikatlar veriləcək.




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hüseyn buna görə oğlunun müğənni olmasını İSTƏYİR

Hüseyn buna görə oğlunun müğənni olmasını İSTƏYİR

Həm pulda, həm də karyerada uğur: İyulda mükafatlandırılacaq BÜRCLƏR

Həm pulda, həm də karyerada uğur: İyulda mükafatlandırılacaq BÜRCLƏR

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

End of content

No more pages to load

RADİO