BİZİM TƏQVİM: 29 iyulda baş vermiş tarixi hadisələr

29 iyul 1989-cu ildə Azərbaycandan Ermənistana gedən dəmir yolu xətti Ermənistan ərazisində qatarlara edilən hücumlar nəticəsində bağlanıb. Bununla da Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən blokadaya alınması başlanıb. Bundan sonra Bakı-Naxçıvan dəmir yolu xətti qeyri-müntəzəm olaraq, uzun fasilələrlə fəaliyyət göstərib. 1991-ci ilin payızında dəmir yolu xətti tamamilə kəsilib.

Bəs, iyulun 29-da dünyada daha hansı hadisələr baş verib?

1. 29 iyul 1938-ci ildə Yaponiya qoşunlarının Xasan gölü ətrafında (SSRİ-Koreya sərhədi) SSRİ ərazisinə müdaxiləsi ilə hərbi toqquşmalar başlanıb. Avqustun 18-də yaponlar tutduqları ərazilərdən çıxarıldı.

2. İkinci Dünya Müharibəsilə bağlı 12 ildir keçirilməyən Yay Olimpiya Oyunları 1948-ci ilin 29 iyulunda İngiltərənin paytaxtı Londonda başladı. Türkiyə bu yarışlarda 6 qızıl, 4 gümüş və 2 bürünc medal qazandı.

3. 1957-ci ildə Beynəlxalq Atom Energetikası Agentliyi – MAGATE təsis olundu. Agentliyin əsas vəzifələri nüvə enerjisi və texnologiyalarından istifadə olunmasına nəzarət etməkdir. Hazırda kütləvi qırğın və nüvə silahlarının yayılmaması məsələsi agentliyin əsas məqdsədlərindən biridir.

4. 29 iyul 1958-ci ildə Amerikada qısa adı NASA olan Milli Aeronavtika və Kosmos İdarəsi yaradıldı.

5. 1963-cü ilin bu günündə Tu-134 sərnişin təyyarəsinin ilk uçuşu həyata keçirilib. Tu-134 yaxın məsafəli sərnişin təyyarəsidir. Rusiya mülki aviasiyasının tarixinə ən kütləvi təyyarə kimi düşüb. "Tupolev" zavodunda hazırlanan Tu-134 1967-ci ilin sentyabrında istismara verilib.

6. 1967-ci ilin 29 iyulunda Venesuelanın Karakas şəhərində baş verən zəlzələdə 500 adam öldü, minlərlə adam yaralandı.

7. 29 iyul 1981-ci ildə Uels şahzadəsi Çarlz və ledi Diana evləndi.

8. 29 iyul 1982-ci ildə Şuşa şəhərində ilk dəfə keçirilən Vaqif Poeziya Günləri çərçivəsində görkəmli şairə Xudşidbanu Natəvanın abidəsinin açılışı keçirilib. Mərasimdə respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev iştirak edib.

9. 1987-ci ilin 29 iyulunda Böyük Britaniyanın o zamankı baş naziri Marqaret Tetçer  və Fransa prezidenti Fransua Mitteran Manş tunelinin tikintisinə dair müqavilə imzaladılar.

10. 1999-cu il 29 iyulda Amerika Birləşmiş Ştatları tarixində ilk dəfə olaraq prezident vəzifə başında ikən cəza aldı: Bill Klinton (Bill Clinton) yalan ifadə verdiyinə görə 90 min dollar ödəməyə məcbur edildi.

11. 2005-ci ilin 29 iyulunda Günəş sistemində ERİS adı verilən “cırtdan planet” aşkarlandı.

12. İyulun 29-u Beynəlxalq Pələnglər Günüdür. Bu əlamətdar gün pələnglərin qorunması məsələləri üzrə 2010-cu il noyabrın 21-dən 24-dək Sankt-Peterburqda 13 dövlətin hökumət başçılarının iştirakı ilə keçirilən beynəlxalq forumda təsis edilib. 2011-ci ildən dünyada qeyd olunan bu günün məqsədi pələnglərin nəslinin kəsilməsinə və mühafizəsi probleminə ictimaiyyətin diqqətini cəlb etmək və əhalini məlumatlandırmaqdır. XX əsrdə pələngın adı “itən növ” kimi Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Kitabı”na, Rusiyanın, eləcə də digər ölkələrin mühafizə sənədlərinə daxil edilib.

29 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Məşhur rus fiziki Aleksandr Stoletov 1839-cu ilin bu günü anadan olub.

2. 29 iyul böyük holland rəssamı Vinsent Van Qoqun xatirə günüdür. Ömrünün son illərində ruhi xəstəliyə tutulan rəssam 1890-cı ildə 37 yaşında intihar edib (1853-1890).

3. Azərbaycan aktyoru, rejissoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsinin dekanı, Azərbaycan SSR əməkdar incəsənət xadimi Əşrəf Quliyev 29 iyul 1924-cü ildə anadan olub.

4. 29 iyul 1939-cu ildə Əməkdar artist, vokal ifaçısı (bariton) Əli Həsən oğlu Haqverdiyevin bu gün doğum günüdür. (29.7.1939 – 14.9.1992) Azərbaycan Opera və Balet Teatrının solisti olub, filmlərdə (“Dədə Qorqud”, “Şir evdən getdi”) çəkilib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

MEDİA-nın Müşahidə Şurasının iclası KEÇİRİLDİ - FOTO

MEDİA-nın Müşahidə Şurasının iclası KEÇİRİLDİ - FOTO

Kimya və coğrafiya üzrə ZƏİF NƏTİCƏ – Günah müəllimlərdədir, yoxsa fənnlər MARAQSIZDIR?

Kimya və coğrafiya üzrə ZƏİF NƏTİCƏ – Günah müəllimlərdədir, yoxsa fənnlər MARAQSIZDIR?

Oleq Qazmanovu aldadan fırıldaqçı erməni ABŞ-a qaçacaq? – VİDEO

Oleq Qazmanovu aldadan fırıldaqçı erməni ABŞ-a qaçacaq? – VİDEO

Gələn ildən bu şəxslərin maaşından vergi çıxılacaq

Gələn ildən bu şəxslərin maaşından vergi çıxılacaq

Ağdam şəhərinə ilk köç payızda reallaşacaq

Ağdam şəhərinə ilk köç payızda reallaşacaq

Mavi gözlü insanlar üçün PİS XƏBƏR - Gözləriniz heç vaxt mavi olmayıb – ARAŞDIRMA

Mavi gözlü insanlar üçün PİS XƏBƏR - Gözləriniz heç vaxt mavi olmayıb – ARAŞDIRMA

Astarada intihar etdiyi deyilən 71 yaşlı qadın qətlə yetirilibmiş - ŞOK DETALLAR

Astarada intihar etdiyi deyilən 71 yaşlı qadın qətlə yetirilibmiş - ŞOK DETALLAR

İsrail səfiri Albert Aqarunovun abidəsini ziyarət etdi – FOTO

İsrail səfiri Albert Aqarunovun abidəsini ziyarət etdi – FOTO

Laym xəstəliyi ilə mübarizə aparan Bella Hadid izləyicilərindən ÜZR istədi

Laym xəstəliyi ilə mübarizə aparan Bella Hadid izləyicilərindən ÜZR istədi

İlin sonunadək Xocavəndə 1552 ailə köçürüləcək

İlin sonunadək Xocavəndə 1552 ailə köçürüləcək

Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI – FOTO/VİDEO

Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI – FOTO/VİDEO

SON DƏQİQƏ: Rusiya dronları yenə Polşaya doğru uçur

SON DƏQİQƏ: Rusiya dronları yenə Polşaya doğru uçur

"Oleq Bakinski" ilə bağlı QƏRAR VERİLDİ

"Oleq Bakinski" ilə bağlı QƏRAR VERİLDİ

Paşinyana qarşı YENİ RƏQİB: Oliqarx Çarukyan hakimiyyət uğrunda mübarizəyə başlayır

Paşinyana qarşı YENİ RƏQİB: Oliqarx Çarukyan hakimiyyət uğrunda mübarizəyə başlayır

Qeyri-sabit hava BU TARİXƏDƏK davam edəcək

Qeyri-sabit hava BU TARİXƏDƏK davam edəcək

Rusiya sərhəd gəmisi Bakı portuna yanaşacaq

Rusiya sərhəd gəmisi Bakı portuna yanaşacaq

Təyyarə yuxuya gedən hava nəzarətçisinə görə enə bilmədi

Təyyarə yuxuya gedən hava nəzarətçisinə görə enə bilmədi

Teymur Rəcəbov Formula 1 pilotları ilə şahmat oynadı – FOTO

Teymur Rəcəbov Formula 1 pilotları ilə şahmat oynadı – FOTO

Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

Rusiya Ukraynaya daha 1 000 hərbçinin cəsədini təhvil verdi

Rusiya Ukraynaya daha 1 000 hərbçinin cəsədini təhvil verdi

Zelenski Donetsk vilayətində hərbçilərlə görüşdü - VİDEO

Zelenski Donetsk vilayətində hərbçilərlə görüşdü - VİDEO

Naxçıvanda Memar Əcəminin abidəsi ucaldılacaq – SƏRƏNCAM

Naxçıvanda Memar Əcəminin abidəsi ucaldılacaq – SƏRƏNCAM

Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM

Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM

DİQQƏT! İmişlidə qaz kəsiləcək

DİQQƏT! İmişlidə qaz kəsiləcək

End of content

No more pages to load

RADİO