Müstəntiq haqda Baş Prokurorluğa qərar göndərildi

10 il Ağdaş rayon bələdiyyəsinin sədri işləmiş Asəf İsmayılov vəzifə cinayətlərində ittiham edilsə də, məhkəmə onun barəsində cinayət işini araşdırmaqdan imtina edib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, bələdiyyə sədrinə qarşı Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi - vəzifə səlahiyyətlərini aşma, təkrar rüşvət alma, mənimsəmə və rəsmi sənədləri saxtalaşdırma ittihamları irəli sürülüb.

Toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İstintaq materiallarında yazır ki, Asəf İsmayılov bələdiyyə sədri işlədiyi dövrdə bir neçə nəfərdən müxtəlif məbləğlərdə rüşvət alıb. Epizodlardan birində qeyd olunur ki, o, vətəndaşdan torpaq sahəsinin sənədləşdirilməsi və ev tikintisinə icazə verilməsi müqabilində 600 manat, digərindən isə 2600 manat rüşvət alıb. Bundan başqa, İsmayılov bələdiyyəyə ayrılmış vəsaitlərin mənimsənilməsində də ittiham olunub.
 

Təqsirləndirilən şəxs isə ittihamları rədd edib, məhkəmədən cinayət işinə baxılmasından imtina edilməsini xahiş edib.


Müdafiə tərəfinin təqdim etdiyi sənədlərin birinə baxdıqda görünür ki, bu məsələlərə görə A.İsmayılov 2020-ci ildə də prokurorluğa çağırılıb və həmin vaxt kifayət qədər sübut olmadığından cinayət işinin başlanmasından imtina edilib. Beş ildən sonra isə eyni faktlar əsasında yenidən cinayət təqibi başlanıb.


Neymət Məmmədovun sədrlik etdiyi məhkəmə tərkibi işlə tanış olduqdan sonra təqsirləndirilən şəxsin vəsatətinin əsaslı olduğu qənaətinə gəliblər. Məhkəmə ibtidai istintaqın ciddi qanun pozuntuları ilə aparıldığını müəyyən edib və ittihamların sübut olunmadığını elan edib.

Qərarda qeyd olunub ki, ittihamda təqsirləndirilən şəxsin hansı vəsaitləri necə xərclədiyi, konkret hansı məbləğin mənimsənildiyi və ya israf edildiyi göstərilməyib, vəzifə səlahiyyətlərini aşma və rüşvət alma hallarına dair isə yetərli sübut təqdim edilməyib.

Nəticədə cinayət işinin məhkəmə baxışına qəbul edilməsi mümkünsüz hesab edilib. Cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurora qaytarılıb.

Bundan əlavə, ilkin istintaqı aparan müstəntiq barəsində xüsusi qərar çıxarılaraq Baş Prokurorluğa göndərilib.

Qeyd edək ki, 51 yaşlı Asəf İsmayılov Birinci Qarabağ müharibəsi iştirakçısıdır və III dərəcəli əlilliyi var.

Fotoda: Asəf İsmayılov


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hüseyn buna görə oğlunun müğənni olmasını İSTƏYİR

Hüseyn buna görə oğlunun müğənni olmasını İSTƏYİR

Həm pulda, həm də karyerada uğur: İyulda mükafatlandırılacaq BÜRCLƏR

Həm pulda, həm də karyerada uğur: İyulda mükafatlandırılacaq BÜRCLƏR

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

End of content

No more pages to load

RADİO