“Qızımın üzərində ləkə qalmasın deyə evlənməsinə etiraz etmədim”

Abşeronda 16 yaşlı qız ana olub. Onun qanunsuz evlənməsi ilə bağlı əri həbs edilib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun qəsəbələrindən birində baş verib.

22 yaşlı Elvin 9-cu sinif şagirdi Gülər (şərti adlı) ilə münasibət qurub. Onlar qarşılıqlı razılıq əsasında birgə yaşamağa başlayıblar. Məsələdən hər iki tərəfin valideynlərinin xəbəri olub.

Lakin qızın azyaşlı olması səbəbindən ailələr izdivacın rəsmi şəkildə yalnız onun 17 yaşı tamam olduqdan sonra baş tutmasına razılaşıblar.

Buna baxmayaraq, Elvin azyaşlı qızı razı salaraq evdən qaçırıb. Bir il sonra onların qız övladı dünyaya gəlib. Ana olan vaxt Gülərin hələ 17 yaşı tamam olmayıb.
 

Elvin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə cinayət işi başlanıb.


Həm Elvin, həm də Gülər məhkəmədə münasibətlərinin qarşılıqlı sevgi əsasında qurulduğunu və hazırda birlikdə xoşbəxt yaşadıqlarını deyiblər.

Məhkəmədə Gülərin atası da ifadə verib. O, qızının azyaşlı olduğu üçün evlənməsinə razı olmadığını, lakin sonradan Elvinə qoşulub evdən getdiyini deyib: 

“Qızım 9-cu sinifə qədər təhsil alıb. Elvin ona elçi gələndə razı olmadım. Dedim ki, hələ uşaqdır. Amma ailələr arasında razılaşdıq ki, 17 yaşı tamam olandan sonra toy edək. Buna baxmayaraq, Elvin bir müddət sonra qızımı qaçırdı. Qızım evdən çıxarkən məktub qoymuşdu ki, evlənmək məqsədilə gedib. Könüllü getdiyi üçün dalınca getmədim. Üzərində ləkə qalmasın deyə evlənməsinə də etiraz etmədim”.

Elvin istintaq boyu azadlıqda olsa da, məhkəmə onun həbslə cəzalandırılmasını qanunauyğun hesab edib. Hökmə əsasən o, 1 il müddətə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hüseyn buna görə oğlunun müğənni olmasını İSTƏYİR

Hüseyn buna görə oğlunun müğənni olmasını İSTƏYİR

Həm pulda, həm də karyerada uğur: İyulda mükafatlandırılacaq BÜRCLƏR

Həm pulda, həm də karyerada uğur: İyulda mükafatlandırılacaq BÜRCLƏR

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

End of content

No more pages to load

RADİO