Fransa Milli Assambleyasında ərazi bütövlüyümüzə açıq hörmətsizlik edilir - BƏYANAT

Milli Məclis Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair bəyanat yayıb.

Bizim.Media bəyanatı təqdim edir:

"Bu günlərdə Fransa Milli Assambleyasında ermənipərəst və anti-Azərbaycan ünsürlər tərəfindən yeni qətnamə layihəsi irəli sürülüb. Qətnamə layihəsinin müəlliflərinin kimliyi artıq həmin layihənin mahiyyətini açıq şəkildə ortaya qoyur. Regionumuzda baş verən proseslərə növbəti müdaxilə cəhdi olan bu layihədə adəti üzrə reallıqlar təhrif olunur, Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik nümayiş etdirilir və ölkəmiz əleyhinə yalan ittihamlar ortaya atılır.


Belə görünür ki, Azərbaycanla Ermənistan arasında xüsusən Abu Dabi görüşündən sonra sülh gündəliyinin irəliləməsi müəyyən qüvvələrin maraqlarına heç bir halda cavab vermir.

Onlar vəziyyəti yenidən gərginləşdirmək və sülh gündəliyinə xələl gətirmək xəttini seçiblər.

İndiki məqamda Fransa Milli Assambleyasında irəli sürülmüş bu lüzumsuz qətnamə cəhdi də bu davranışın növbəti bariz nümunəsidir.

Digər tərəfdən, qeyd etməliyik ki, Yeni Kaledoniya ilə Fransa arasındakı sonuncu razılaşmalar artıq Yeni Kaledoniyanın bir dövlət kimi formalaşma istiqamətində inamla irəlilədiyini göstərir.

Belə bir vəziyyətdə vətəndaş cəmiyyəti təsisatı və qeyri-hökumət təşkilatı olan Bakı Təşəbbüs Qrupunun Yeni Kaledoniyaya göstərdiyi dəstək Fransanı olduqca qıcıqlandırır. Əminliklə demək olar ki, Fransa tərəfi Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə özünəməxsus üslubda – həmin qətnamə layihəsi ilə cavab verməyə çalışır.
 

Bütövlükdə, bu kimi addımların – istər Valeri Pekres, Ann İdalqo kimilərinin anti-Azərbaycan fəaliyyətinin, istərsə də Milli Assambleyada indiyədək ölkəmiz əleyhinə qəbul edilmiş qətnamələrin mahiyyəti bundan ibarətdir ki, Fransa Cənubi Qafqazda sülh gündəliyindən tamamilə kənarda qalmasını həzm edə bilmir. Bu səbəbdən də bütün vasitələrdən istifadə edərək regionda vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir. Bütün bunlara ən böyük dəstəyi də erməni lobbisi və ermənipərəst dairələr verir.


Daha vacib bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, ölkəmizə qarşı atılan bu kimi addımlarda bir-biri ilə əlaqəli olan vahid bir şəbəkənin fəaliyyəti özünü aydın şəkildə büruzə verir. Müəyyən qüvvələrin maraqlarını reallaşdırmağa çalışan həmin şəbəkənin ayrı-ayrı ünsürləri İsveçrə parlamentində, Fransa parlamentində, ABŞ Konqresində müxtəlif təxribatlar ortaya ataraq regiondakı sülh gündəliyini pozmağa çalışırlar.

Lakin onlar bilməlidir ki, bu kimi təxribatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasətə zərrə qədər də təsir göstərə bilməz və Cənubi Qafqaz regionunda baş verən proseslərə xarici müdaxilələrə heç bir halda icazə verilməyəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəmkirdə 56 yaşlı kişi BIÇAQLANDI

Şəmkirdə 56 yaşlı kişi BIÇAQLANDI

Bu nahiyənin piylənməsi qadınlarda yaddaşın zəifləməsini sürətləndirir - ARAŞDIRMA

Bu nahiyənin piylənməsi qadınlarda yaddaşın zəifləməsini sürətləndirir - ARAŞDIRMA

Ərdoğan: “Türkiyə həm kədərdə, həm də sevincdə Azərbaycanın yanında olacaq” - VİDEO

Ərdoğan: “Türkiyə həm kədərdə, həm də sevincdə Azərbaycanın yanında olacaq” - VİDEO

Endrikin Fransa klubuna keçməsi ilə bağlı şərtlər BƏLLİ OLDU

Endrikin Fransa klubuna keçməsi ilə bağlı şərtlər BƏLLİ OLDU

8 gün öncə baş verən qəzada xəsarət alan sürücü bu gün öldü

8 gün öncə baş verən qəzada xəsarət alan sürücü bu gün öldü

Tanınmış xanəndəni hamilə olan zaman boşadılar - VİDEO

Tanınmış xanəndəni hamilə olan zaman boşadılar - VİDEO

“Barselona” uzun fasilədən sonra “Kamp Nou”ya QAYIDIR

“Barselona” uzun fasilədən sonra “Kamp Nou”ya QAYIDIR

"WhatsApp"dan hesablara giriş edilir - ETX-dən XƏBƏRDARLIQ/FOTO

"WhatsApp"dan hesablara giriş edilir - ETX-dən XƏBƏRDARLIQ/FOTO

Azərbaycan VI İslam Həmrəyliyi Oyunlarında növbəti medalı QAZANDI

Azərbaycan VI İslam Həmrəyliyi Oyunlarında növbəti medalı QAZANDI

Həyat yoldaşının Sədaqətə qadağası

Həyat yoldaşının Sədaqətə qadağası

Bakıda "Euronews"un yerli ofisi açılıb

Bakıda "Euronews"un yerli ofisi açılıb

Dəyişiklik qasırğasına qərq olacaq BÜRCLƏR: Kimə xüsusi xəbər gələ bilər?

Dəyişiklik qasırğasına qərq olacaq BÜRCLƏR: Kimə xüsusi xəbər gələ bilər?

FHN-dən yayılan iddialarla bağlı AÇIQLAMA

FHN-dən yayılan iddialarla bağlı AÇIQLAMA

Sakinlərin DİQQƏTİNƏ: Sabah saat 10:00-dan etibarən…

Sakinlərin DİQQƏTİNƏ: Sabah saat 10:00-dan etibarən…

Ceyhun Bayramov: “Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir” - FOTO

Ceyhun Bayramov: “Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir” - FOTO

"Şəki Siti", "Qaradağ Lökbatan" və "Xankəndi"dən QƏLƏBƏ

"Şəki Siti", "Qaradağ Lökbatan" və "Xankəndi"dən QƏLƏBƏ

Flora Kərimovanın nəvəsi ilk dəfə efirə çıxdı - VİDEO

Flora Kərimovanın nəvəsi ilk dəfə efirə çıxdı - VİDEO

Türkiyədə 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisi HAKİM QARŞISINDA

Türkiyədə 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisi HAKİM QARŞISINDA

“Tramp marşrutu”nun (TRIPP) həyata keçirilməsinə dair işlərə BAŞLANILDI

“Tramp marşrutu”nun (TRIPP) həyata keçirilməsinə dair işlərə BAŞLANILDI

Millimizin seçmə mərhələdəki oyunlarının TƏQVİMİ

Millimizin seçmə mərhələdəki oyunlarının TƏQVİMİ

Yadigar Muradovun beyninə qan sızdı

Yadigar Muradovun beyninə qan sızdı

Qəbələnin Nic kəndində güclü yanğın oldu - VİDEO

Qəbələnin Nic kəndində güclü yanğın oldu - VİDEO

AHİK Vəkillər Kollegiyası ilə Əməkdaşlıq Memorandumu imzaladı - FOTO

AHİK Vəkillər Kollegiyası ilə Əməkdaşlıq Memorandumu imzaladı - FOTO

Sürücülərin DİQQTİNƏ: Bəzi yollarda tıxac var

Sürücülərin DİQQTİNƏ: Bəzi yollarda tıxac var

End of content

No more pages to load

RADİO