Yeni binalarda internet “tələsi” – Sakinlər sürətə HƏSRƏT qalıb

Sakinlərin internetlə bağlı şikayətləri azalmır. Yeni tikilən binalarda, xüsusilə də ETTH tətbiq edilən layihələrdə bəzi tikinti şirkətləri blok daxilində mənzillərə yalnız 4 lifli “Ethernet” kabelləri çəkirlər. Bu isə provayderlər üçün texniki məhdudiyyətlər yaradır və 100 Mbit/s üzərində sürətin təmin olunmasına imkan vermir. Məlum olduğu kimi, daha yüksək sürətlər (məsələn, 300, 500 və ya 1000 Mbit/s) üçün ən azı 8 lifli “Ethernet” kabellərin istifadəsi tələb olunur.

Məsələ ilə bağlı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA)  həm provayderlərə, həm də vətəndaşlara müraciət edərək mənzillərə çəkilən “Ethernet” kabellərinin texniki uyğunluğuna xüsusi diqqət yetirməyə çağırıb.

İstehlakçının yüksəksürətli internet xidmətlərindən faydalana bilməsi üçün şəbəkənin fiziki infrastrukturu ilkin şərtdir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov deyib ki, sakinlərin internetlə bağlı narazılığı həm MTK, həm də provayderlərin günahı üzündəndir:

“Ona görə ki, Azərbaycan boydan-boya fiberoptik alt yapı ilə tam təmin olunub. Belə vəziyyətdə xidmətin artırılması üçün heç bir problem yoxdur. Çünki zəruri iş aparılıb, kabel infrastrukturu tam təmin olunub.

Bundan sonrası qalır provayderlərin doğru, düzgün xidmət aparmasına. Bunun üçün də müəyyən məqamlar var. MTK-ların provayderlərə düzgün şərait yaratması isə bu məsələdə qırmızı xətt olaraq keçir.

Çünki MTK-ların provayderlərə fərqli yanaşmaları var. Bu məsələdə MTK-lar daha çox şəxsi münasibətlərə üstünlük verirlər. Nəticədənsə ən çox əziyyət çəkən sakinlər olur. Nəzərə alaq ki, bütün provayderlərin maddi-texniki vəziyyəti yüksək deyil. Amma hər biri ayrı-ayrılıqda çox iddialıdırlar. Halbuki provayderlərə münasibətdə MTK-lar çox həssas olmalı, peşəkarlığa üstünlük verməlidirlər”.

Müsahibimiz hesab edir ki, internetlə bağlı narazılığın digər səbəbi vətəndaş səriştəsizliyidir:
 

“İnternet paketini seçərkən vətəndaşlar ailə təsərrüfatını düzgün hesablamırlar və  daha çox keyfiyyətə yox, qiymətə üstünlük verirlər. Bu məsələdə provayderlərin də müəyyən günahı var. Çünki onlar müştəriyə paket seçərkən düzgün məsləhət vermirlər.


Bütün bunlarsa son nəticədə internetin zəif verilməsinə və müştəri narazılığına səbəb olur. Ona görə də narazılıqların qarşısını almaq üçün MTK-lar binada internet təchizatını bir neçə provayderə həvalə etməlidirlər. Belə vəziyyətdə sağlam rəqabət yaranar və vətəndaşlar keyfiyyətli internet xidməti ala bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Flora Kərimovanın nəvəsi ilk dəfə efirə çıxdı - VİDEO

Flora Kərimovanın nəvəsi ilk dəfə efirə çıxdı - VİDEO

Türkiyədə 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisi HAKİM QARŞISINDA

Türkiyədə 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisi HAKİM QARŞISINDA

“Tramp marşrutu”nun (TRIPP) həyata keçirilməsinə dair işlərə BAŞLANILDI

“Tramp marşrutu”nun (TRIPP) həyata keçirilməsinə dair işlərə BAŞLANILDI

Millimizin seçmə mərhələdəki oyunlarının TƏQVİMİ

Millimizin seçmə mərhələdəki oyunlarının TƏQVİMİ

Yadigar Muradovun beyninə qan sızdı

Yadigar Muradovun beyninə qan sızdı

Qəbələnin Nic kəndində güclü yanğın oldu - VİDEO

Qəbələnin Nic kəndində güclü yanğın oldu - VİDEO

AHİK Vəkillər Kollegiyası ilə Əməkdaşlıq Memorandumu imzaladı - FOTO

AHİK Vəkillər Kollegiyası ilə Əməkdaşlıq Memorandumu imzaladı - FOTO

Sürücülərin DİQQTİNƏ: Bəzi yollarda tıxac var

Sürücülərin DİQQTİNƏ: Bəzi yollarda tıxac var

Bakı metrosunda qadın maşinistlərin sayı ARTDI - RƏSMİ

Bakı metrosunda qadın maşinistlərin sayı ARTDI - RƏSMİ

Qubada hindistanlı turistin öldüyü qəzanın TƏFƏRRÜATI

Qubada hindistanlı turistin öldüyü qəzanın TƏFƏRRÜATI

Qəbələdə tövlədə 10 ton ot bağlaması YANDI - VİDEO

Qəbələdə tövlədə 10 ton ot bağlaması YANDI - VİDEO

1 milyon insanın ölümünə səbəb olan virus AKTİVLƏŞDİ – Qazaxıstanda SÜRƏTLƏ YAYILIR

1 milyon insanın ölümünə səbəb olan virus AKTİVLƏŞDİ – Qazaxıstanda SÜRƏTLƏ YAYILIR

“Neftçi”nin qapıçısı “Qəbələ”yə KEÇİR

“Neftçi”nin qapıçısı “Qəbələ”yə KEÇİR

İlham Əliyevdən mərkəzi icra hakimiyyəti orqanları ilə bağlı FƏRMAN

İlham Əliyevdən mərkəzi icra hakimiyyəti orqanları ilə bağlı FƏRMAN

Prezident BƏƏ ilə Şuşada imzalanan Memorandumu TƏSDİQLƏDİ

Prezident BƏƏ ilə Şuşada imzalanan Memorandumu TƏSDİQLƏDİ

Əhməd Oruc insult keçirdi: Vəziyyəti ağırdır

Əhməd Oruc insult keçirdi: Vəziyyəti ağırdır

Avropa Komissiyası: Rusiya–Ukrayna müharibəsi 2026-cı ilin sonunda başa çatacaq

Avropa Komissiyası: Rusiya–Ukrayna müharibəsi 2026-cı ilin sonunda başa çatacaq

Bakıda taksidən meyit tapıldı

Bakıda taksidən meyit tapıldı

SON DƏQİQƏ! Rusiya Türkiyənin qaz tankerinə PUA zərbəsi endirdi – VİDEO

SON DƏQİQƏ! Rusiya Türkiyənin qaz tankerinə PUA zərbəsi endirdi – VİDEO

Axtarışda olan Əkbər Xəlilov Rusiyadan Azərbaycana GƏTİRİLDİ

Axtarışda olan Əkbər Xəlilov Rusiyadan Azərbaycana GƏTİRİLDİ

AYNA-dan Bakı-Sumqayıt yolundakı yeni avtobus zolağı ilə bağlı daha bir AÇIQLAMA

AYNA-dan Bakı-Sumqayıt yolundakı yeni avtobus zolağı ilə bağlı daha bir AÇIQLAMA

Sahil Tahirli yeni vəzifəyə TƏYİN EDİLDİ

Sahil Tahirli yeni vəzifəyə TƏYİN EDİLDİ

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində HƏLAK olub

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində HƏLAK olub

Daşkənddən başlayan YENİ ERA – Azərbaycan-Mərkəzi Asiya platformasının İQTİSADİ İMKANLARI

Daşkənddən başlayan YENİ ERA – Azərbaycan-Mərkəzi Asiya platformasının İQTİSADİ İMKANLARI

End of content

No more pages to load

RADİO