Arvadını öldürmək istəyən şəxs görün məhkəmədə hansı SİRRİ AÇDI?

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Murad Əmiraslanovun cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

Bizim.Media xəbər verir ki, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən məhkəmə istintaqı zamanı o, elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

O ifadəsində göstərib ki, zərərçəkmiş A.Əmiraslanova ilə 2 il qeyri-rəsmi ər-arvad münasibətində yaşayıblar:

"Bu münasibətdən bizim 2 yaşlı bir qızımız var. Bakı şəhərində olarkən arvadımın mənə ayrılmaq istəməsi barədə heç nə demədən uşağı anasına verib Hüseyn adlı şəxslə birlikdə qaçdığını eşitdim. Bundan sonra onun arxasınca Gəncə şəhərinə gələrək onları axtarıb tapdım. Arvadımla Hüseynin yan-yana getdiklərini gördüm. Sonra onlara tərəf qaçan zaman Hüseyn məni görüb qaçmağa başladı.
 

Əvvəlcə Hüseynə xəsarət yetirmək üçün onun arxasınca qaçdım, lakin ona çata bilmədiyimdən yenidən arvadım tərəfə gedib onu tutdum. Əvvəlcə yumruq zərbəsi vuraraq arvadımı yerə yıxdım, daha sonra isə çoxsaylı bıçaq zərbələri endirdim. Həmin vaxt qan görmədiyim üçün ona heç nə olmadığını fikirləşdim və yerdən qalxıb daha iki dəfə də zərbə endirdim.


Bunda sonra yolda olan tanımadığı şəxslər arvadımı avtomobilə mindirib apardılar. Hadisədən sonra təslim olmaq üçün polis şöbəsini axtara-axtara getdim. Orada gördüyüm post patrul xidmətinin əməkdaşlarına yaxınlaşaraq törətdiyim cinayəti etiraf etdim və bıçağı təhvil verdim.

Zərərçəkmiş A.Əmiraslanova da dindirilərkən Murad Əmiraslanovun dediklərini təsdiqləyib, eyni məzmunlu ifadə verib.

Qeyd edək ki, hadisə 13 sentyabr 2024-cü il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən marketin yaxınlığında qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Murad Əmiraslanov qeyri-rəsmi nikahda olan A.Əmiraslanovanı bıçaqlayıb. Bıçaq yaraları ilə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olub. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Murad Əmiraslanov saxlanılaraq istintaqa təhvil verilib.

Məlumata görə. A.Əmiraslanova Murad Əmiraslanovdan ayrılıb, başqa şəxslə ailə həyatı qurub. M.Əmiraslanov qadını başqa şəxslə evləndiyinə görə bıçaqlayıb.

Məhkəmənin hökmü ona 5 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Belqorodda iri ticarət mərkəzi YANIR - FOTO/VİDEO

Belqorodda iri ticarət mərkəzi YANIR - FOTO/VİDEO

Röya uzun zaman sonra qardaşı Ayxanla VİDEOSUNU paylaşdı

Röya uzun zaman sonra qardaşı Ayxanla VİDEOSUNU paylaşdı

Vətən müharibəsi şəhidinin xatirəsi YAD EDİLDİ - FOTO

Vətən müharibəsi şəhidinin xatirəsi YAD EDİLDİ - FOTO

"Məndən xəbərsiz adıma 3 şirkət açılıb, külli miqdarda vergi borcum yaranıb" - VİDEO

"Məndən xəbərsiz adıma 3 şirkət açılıb, külli miqdarda vergi borcum yaranıb" - VİDEO

Leyla Əliyeva "Neft bumu hamıya gülümsəyir" festivalının AÇILIŞINDA - FOTO

Leyla Əliyeva "Neft bumu hamıya gülümsəyir" festivalının AÇILIŞINDA - FOTO

Sağlamlığa ən zərərsiz spirtli içki AÇIQLANDI

Sağlamlığa ən zərərsiz spirtli içki AÇIQLANDI

Azərbaycanla I‌taliya arasında hərbi təhsil sahəsində əməkdaşlıq üçün yeni imkanlar müzakirə olundu - FOTO

Azərbaycanla I‌taliya arasında hərbi təhsil sahəsində əməkdaşlıq üçün yeni imkanlar müzakirə olundu - FOTO

Ülvi Babayev gələcək hədəflərini AÇIQLADI

Ülvi Babayev gələcək hədəflərini AÇIQLADI

Günay Pərvinin açıqlamasından DANIŞDI: “Hər deyilənə inanmayın!” - VİDEO

Günay Pərvinin açıqlamasından DANIŞDI: “Hər deyilənə inanmayın!” - VİDEO

Sabirabadda qarşısı alınan toyun yenidən keçirilməsi barədə iddialar əsassızdır - RƏSMİ

Sabirabadda qarşısı alınan toyun yenidən keçirilməsi barədə iddialar əsassızdır - RƏSMİ

Bakıda DƏHŞƏT: 15 yaşlı yeniyetmə qətlə yetirildi, 14 yaşlı şübhəli saxlanıldı

Bakıda DƏHŞƏT: 15 yaşlı yeniyetmə qətlə yetirildi, 14 yaşlı şübhəli saxlanıldı

PMS imtahanının ikinci mərhələsinə qeydiyyat BAŞLADI

PMS imtahanının ikinci mərhələsinə qeydiyyat BAŞLADI

Benzema “Real”ı və Çempionlar Liqasını yaxından İZLƏYİR

Benzema “Real”ı və Çempionlar Liqasını yaxından İZLƏYİR

Türkiyə təyyarəsinin qəzasına dair ilkin səbəblər AÇIQLANDI

Türkiyə təyyarəsinin qəzasına dair ilkin səbəblər AÇIQLANDI

Gəncədə avtobus piyadanı VURDU

Gəncədə avtobus piyadanı VURDU

“Tamaşaçı geyimimə fikir bildirə bilməz, toxunulmazam!” – VİDEO

“Tamaşaçı geyimimə fikir bildirə bilməz, toxunulmazam!” – VİDEO

“Mançester Siti” Valentino ilə MARAQLANIR

“Mançester Siti” Valentino ilə MARAQLANIR

Şəmkirdə 56 yaşlı kişi BIÇAQLANDI

Şəmkirdə 56 yaşlı kişi BIÇAQLANDI

Bu nahiyənin piylənməsi qadınlarda yaddaşın zəifləməsini sürətləndirir - ARAŞDIRMA

Bu nahiyənin piylənməsi qadınlarda yaddaşın zəifləməsini sürətləndirir - ARAŞDIRMA

Ərdoğan: “Türkiyə həm kədərdə, həm də sevincdə Azərbaycanın yanında olacaq” - VİDEO

Ərdoğan: “Türkiyə həm kədərdə, həm də sevincdə Azərbaycanın yanında olacaq” - VİDEO

Endrikin Fransa klubuna keçməsi ilə bağlı şərtlər BƏLLİ OLDU

Endrikin Fransa klubuna keçməsi ilə bağlı şərtlər BƏLLİ OLDU

8 gün öncə baş verən qəzada xəsarət alan sürücü bu gün öldü

8 gün öncə baş verən qəzada xəsarət alan sürücü bu gün öldü

Tanınmış xanəndəni hamilə olan zaman boşadılar - VİDEO

Tanınmış xanəndəni hamilə olan zaman boşadılar - VİDEO

“Barselona” uzun fasilədən sonra “Kamp Nou”ya QAYIDIR

“Barselona” uzun fasilədən sonra “Kamp Nou”ya QAYIDIR

End of content

No more pages to load

RADİO