Sosiallaşmadan qaçan insanlar – Şəhər həyatının gətirdiyi TƏNHALIQ, yoxsa heyvanlarla DOST?

“Haqlı olaraq deyilir ki, COVİD19 xüsusi məqsədlər üçün bir layihə idi. Bu layihə çərçivəsində insanlar üzərində çoxsaylı təcrübələr aparıldı. Halbuki buna qədər bu cür təcrübələr əsasən xırda gəmiricilər üzərində aparılırdı. Amma ilk dəfə ənənə pozuldu və sivilizasiya bütövlükdə eksperimentlər paliqonuna çevrildi”.

Bunu Bizim.Media-ya müsahibəsində psixoloq Gülnar Orucova deyib. O, bildirib ki, aparılan tədqiqatlardan biri də insanların təcrid şəraitdə, tənha yaşamasının mümkünlüyünü öyrənmək idi:

“Bu tədqiqatın nəticələri çox “uğurlu” oldu. Məlumdur ki, pandemiya dövründə insanlar məcburi şəkildə təcrid olundular. Bu təcridolunma həmin insanların psixologiyasında bəzi dəyişikliklərə yol açdı. Sosiallaşmadan uzaq qalan insanlar daha sonra yenidən ünsiyyət yaratmaq problemi ilə üzləşdilər. Məcburiyyət qarşısında təklənən bir çox insanlar reallıqda özləri üçün yeni yaşam tərzi formalaşdırmağa çalışdılar. Yeni həyat tərzində isə çoxları tək qaldı və özlərini tənhalığa öyrəşdirməyə çalışdılar. Maraqlıdır ki, son 5 ildə tənha yaşamağa üstünlük verənlərin sayı kəskin artıb. Bütün yaş həddində olan insanlar təkliyə üstünlük verirlər.
 

Bu şəhər həyatında daha bariz görünür. Çünki kənd yerlərində sosiallaşmaq zərurəti var. Lakin şəhər həyatında belə bir zərurət yoxdur. Hər kəs səhər işinin, təhsilinin dalınca gedir. Axşamsa geri dönərək evə qapanır. Belə insanların bəziləri gecə yarısına qədər telefonla oynayır və yaxud saatlarını komputer arxasında keçirir. Bəziləri isə insanlarla ünsiyyətdən qaçaraq heyvanlarla təmasda olurlar. Təsadüfi deyil ki, son illərdə şəhərlərdə evdə it, pişik və digər heyvan saxlayanların sayı artıb. Belə insanlar heyvanlarla ünsiyyətdən xüsusi zövq alırlar.


Çünki heyvanlar daha üzüyola və susqun olurlar. İnsanlarsa mübahisə etməyi, özlərini haqlı çıxartmağı xoşlayırlar. Bu da qarşı tərəfin xoşuna gəlmir. Ona görə də insanlar heyvanlara daha çox meyl edirlər. Hətta gəzintiyə, alverə belə heyvanlarla gedirlər”.

Bu ciddi psixoloji problemdir...

Müsahibimiz hesab edir ki, sosiallaşma insanın sağlamlığı üçün vacibdir:

“Hər gün fərqli insanlarla ünsiyyət qurmaq, yeni ideyaları müzakirə etmək, axtarışda olmaq insana əlavə enerji, həyat eşqi verir. Lakin dilsiz-ağızsız heyvanla vaxt keçirtmək depressiyanı gücləndirir. Belələri özünə qapanaraq təkliyə üstünlük verir. Beləcə son 5 ildə təcridolunmadan doğan tənhalıq bir çoxlarının həyatında dərin bir iz buraxdı,  gələcək həyat yolunu dəyişdi. Artıq postpandemiya dövründə insanlar daha əvvəlki kimi aktiv deyil. Sosiallaşmaya maraq azalıb.
 

Çoxları tənha qalmağa, təcriddə yaşamağa üstünlük verir. Bu həm də insanların sosial durumu ilə də bağlıdır. Artıq bir çox insanlar əvvəlki kimi əyləncəyə, asudə vaxtlarını səmərəli keçirtməyə pul ayıra bilmirlər. Belələri ən yaxşı variantı evə qapanmaqda görür.Təbii ki, bütün bunlar təkcə ailə institunu zədələmir, həm də cəmiyyəti parçalayır”.


Çoxluq ən yaxşı ünsiyyət vasitəsi kimi telefonu görür. Fikir verirsinizsə, artıq insanlar sosiallaşmadan, qonaq getməkdən qaçır. Ən yaxşı halda telefonla “salam-sağ ol” edirlər. Bu da böyük bəladır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəmkirdə 56 yaşlı kişi BIÇAQLANDI

Şəmkirdə 56 yaşlı kişi BIÇAQLANDI

Bu nahiyənin piylənməsi qadınlarda yaddaşın zəifləməsini sürətləndirir - ARAŞDIRMA

Bu nahiyənin piylənməsi qadınlarda yaddaşın zəifləməsini sürətləndirir - ARAŞDIRMA

Ərdoğan: “Türkiyə həm kədərdə, həm də sevincdə Azərbaycanın yanında olacaq” - VİDEO

Ərdoğan: “Türkiyə həm kədərdə, həm də sevincdə Azərbaycanın yanında olacaq” - VİDEO

Endrikin Fransa klubuna keçməsi ilə bağlı şərtlər BƏLLİ OLDU

Endrikin Fransa klubuna keçməsi ilə bağlı şərtlər BƏLLİ OLDU

8 gün öncə baş verən qəzada xəsarət alan sürücü bu gün öldü

8 gün öncə baş verən qəzada xəsarət alan sürücü bu gün öldü

Tanınmış xanəndəni hamilə olan zaman boşadılar - VİDEO

Tanınmış xanəndəni hamilə olan zaman boşadılar - VİDEO

“Barselona” uzun fasilədən sonra “Kamp Nou”ya QAYIDIR

“Barselona” uzun fasilədən sonra “Kamp Nou”ya QAYIDIR

"WhatsApp"dan hesablara giriş edilir - ETX-dən XƏBƏRDARLIQ/FOTO

"WhatsApp"dan hesablara giriş edilir - ETX-dən XƏBƏRDARLIQ/FOTO

Azərbaycan VI İslam Həmrəyliyi Oyunlarında növbəti medalı QAZANDI

Azərbaycan VI İslam Həmrəyliyi Oyunlarında növbəti medalı QAZANDI

Həyat yoldaşının Sədaqətə qadağası

Həyat yoldaşının Sədaqətə qadağası

Bakıda "Euronews"un yerli ofisi açılıb

Bakıda "Euronews"un yerli ofisi açılıb

Dəyişiklik qasırğasına qərq olacaq BÜRCLƏR: Kimə xüsusi xəbər gələ bilər?

Dəyişiklik qasırğasına qərq olacaq BÜRCLƏR: Kimə xüsusi xəbər gələ bilər?

FHN-dən yayılan iddialarla bağlı AÇIQLAMA

FHN-dən yayılan iddialarla bağlı AÇIQLAMA

Sakinlərin DİQQƏTİNƏ: Sabah saat 10:00-dan etibarən…

Sakinlərin DİQQƏTİNƏ: Sabah saat 10:00-dan etibarən…

Ceyhun Bayramov: “Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir” - FOTO

Ceyhun Bayramov: “Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir” - FOTO

"Şəki Siti", "Qaradağ Lökbatan" və "Xankəndi"dən QƏLƏBƏ

"Şəki Siti", "Qaradağ Lökbatan" və "Xankəndi"dən QƏLƏBƏ

Flora Kərimovanın nəvəsi ilk dəfə efirə çıxdı - VİDEO

Flora Kərimovanın nəvəsi ilk dəfə efirə çıxdı - VİDEO

Türkiyədə 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisi HAKİM QARŞISINDA

Türkiyədə 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisi HAKİM QARŞISINDA

“Tramp marşrutu”nun (TRIPP) həyata keçirilməsinə dair işlərə BAŞLANILDI

“Tramp marşrutu”nun (TRIPP) həyata keçirilməsinə dair işlərə BAŞLANILDI

Millimizin seçmə mərhələdəki oyunlarının TƏQVİMİ

Millimizin seçmə mərhələdəki oyunlarının TƏQVİMİ

Yadigar Muradovun beyninə qan sızdı

Yadigar Muradovun beyninə qan sızdı

Qəbələnin Nic kəndində güclü yanğın oldu - VİDEO

Qəbələnin Nic kəndində güclü yanğın oldu - VİDEO

AHİK Vəkillər Kollegiyası ilə Əməkdaşlıq Memorandumu imzaladı - FOTO

AHİK Vəkillər Kollegiyası ilə Əməkdaşlıq Memorandumu imzaladı - FOTO

Sürücülərin DİQQTİNƏ: Bəzi yollarda tıxac var

Sürücülərin DİQQTİNƏ: Bəzi yollarda tıxac var

End of content

No more pages to load

RADİO