Evini rəsmiləşdirmək istəyən 100 minə yaxın sakinə YENİ QAYDA Kimlər faydalanacaq, kimlər yox?

Prezident İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə səlahiyyətli orqanların yaşayış və bağ evi tikintisi üçün ayırdığı torpaq sahələrinin qeydiyyatına dair tələblər yumşaldılıb. Belə ki, həmin əmlaklar üzərində hüquqların təmin edilməsi zamanı şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələrinin verdiyi torpaqdan istifadə hüququna dair dövlət aktı tələb edilməyəcək.

Bundan başqa, qeydiyyat zamanı sovxoz və yaxud dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış da nəzərə alınacaq.

Proqnozlara görə, bu sənəd 100 minə yaxın vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaradacaq.

Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlamasında bildirib ki, sənədləşmə yalnız hüquqi baxımdan rəsmiləşdirilməsi mümkün olan evlərə şamil ediləcək:

 

“Bəzi sənədsiz evlər yüksək təzyiqli qaz kəmərlərinin, neft boru xətlərinin, yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonalarında yerləşir. Eyni zamanda, sənədi olmayan və dövlət və ya bələdiyyə torpaqlarının zəbt olunması yolu ilə inşa edilən evlərin də qeydiyyatı mümkün deyil və bu tikililərə hüquq tanınmayacaq”.

Bildiyimiz kimi, bəzi evlər təhlükəli ərazilərdə və ya dövlətə, bələdiyyəyə məxsus ərazilərdə tikilib. Lakin bu evləri inşa edən sakinlər həmin əraziləri, torpağı kimdənsə müəyyən vəsait hesabına alıblar.

Bəs leqallaşmayan sənədsiz evlərin aqibəti necə olacaq? Sakinlərə kompensasiya ödəniləcək?

Mövzu barədə Bizim.Media-ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, artıq qanunla tikinti aparılmasına icazə verilməyən ərazilərdə tikilən evlər sökülür:


“Bildiyimiz kimi, Nərimanov rayonu və digər ərazilərdə qanunsuz evlərin sökülməsi həyata keçirilir. Bununla bağlı hər hansı dövlət tapşırığı və ya məhkəmə qətnaməsi olmasa, bunların aparılması mümkün deyil. Deyilənə görə, həmin ərazilərdə son vaxtlar bədbəxt hadisələrin sayı çoxalıb. Çox güman ki, bura da iddiaçı Azərbaycan Dövlət Dəmir Yollarıdır. Qanuna istinadən dəmir yol xəttinə 60 metrdən hər hansı yaşayış binasının, fərdi evin, inzibati binanın tikintisinə yol verilmir.

 

Yalnız xüsusi icazələr və yaxud da həmin dəmir yolunaa bağlı olan işlər aparıla bilər.  Bura həm qanuna zidd, həm insanların yaşaması üçün təhlükəli ərazi olduğuna görə söküntü prosesi gedir. Sual yaranır ki, Bakı şəhərinin digər yerlərində də bu kimi işlər baş tuta bilər və yaxud kommunikasiya xətləri, digər qırmızı zona hesab edilən ərazilərdə tikilən evlərin söküntüsü ola bilərmi? Leqallaşma prosesi gec-tezbaş tutacaq. Lakin qırmızı zonada yerləşən evlərə heç bir hüquqi sənədin tanınması həyata keçirilməyəcək. Çünki onlar qanuna zidd inşa edilib və üstəlik yerləşməsi də təhlükəlidir”.

Bələdiyyə torpaqlarında inşa edilən evlərə gəldikdə isə ekspert bildirib ki, bu mövzuda vətəndaş zərərçəkmiş hesab edilə bilər:

“Əgər dəmir yol xəttinə yaxın və ya kommunikasiya xətlərinin üstündə bələdiyyə sənədi ilə evin tikintisi üçün torpaq ayrılıb və ev tikilibsə, burada vətəndaşın hüququ var. O, həqiqətən də zərərçəkmiş hesab olunur. Əgər özbaşına tikilibsə, vətəndaş özü buna yol açıb. Gələcəkdə bu kimi evlərin aqibəti haqqında istər kompensasiya, istərsə də sökülməsi baxımından nəsə demək tezdir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Belqorodda iri ticarət mərkəzi YANIR - FOTO/VİDEO

Belqorodda iri ticarət mərkəzi YANIR - FOTO/VİDEO

Röya uzun zaman sonra qardaşı Ayxanla VİDEOSUNU paylaşdı

Röya uzun zaman sonra qardaşı Ayxanla VİDEOSUNU paylaşdı

Vətən müharibəsi şəhidinin xatirəsi YAD EDİLDİ - FOTO

Vətən müharibəsi şəhidinin xatirəsi YAD EDİLDİ - FOTO

"Məndən xəbərsiz adıma 3 şirkət açılıb, külli miqdarda vergi borcum yaranıb" - VİDEO

"Məndən xəbərsiz adıma 3 şirkət açılıb, külli miqdarda vergi borcum yaranıb" - VİDEO

Leyla Əliyeva "Neft bumu hamıya gülümsəyir" festivalının AÇILIŞINDA - FOTO

Leyla Əliyeva "Neft bumu hamıya gülümsəyir" festivalının AÇILIŞINDA - FOTO

Sağlamlığa ən zərərsiz spirtli içki AÇIQLANDI

Sağlamlığa ən zərərsiz spirtli içki AÇIQLANDI

Azərbaycanla I‌taliya arasında hərbi təhsil sahəsində əməkdaşlıq üçün yeni imkanlar müzakirə olundu - FOTO

Azərbaycanla I‌taliya arasında hərbi təhsil sahəsində əməkdaşlıq üçün yeni imkanlar müzakirə olundu - FOTO

Ülvi Babayev gələcək hədəflərini AÇIQLADI

Ülvi Babayev gələcək hədəflərini AÇIQLADI

Günay Pərvinin açıqlamasından DANIŞDI: “Hər deyilənə inanmayın!” - VİDEO

Günay Pərvinin açıqlamasından DANIŞDI: “Hər deyilənə inanmayın!” - VİDEO

Sabirabadda qarşısı alınan toyun yenidən keçirilməsi barədə iddialar əsassızdır - RƏSMİ

Sabirabadda qarşısı alınan toyun yenidən keçirilməsi barədə iddialar əsassızdır - RƏSMİ

Bakıda DƏHŞƏT: 15 yaşlı yeniyetmə qətlə yetirildi, 14 yaşlı şübhəli saxlanıldı

Bakıda DƏHŞƏT: 15 yaşlı yeniyetmə qətlə yetirildi, 14 yaşlı şübhəli saxlanıldı

PMS imtahanının ikinci mərhələsinə qeydiyyat BAŞLADI

PMS imtahanının ikinci mərhələsinə qeydiyyat BAŞLADI

Benzema “Real”ı və Çempionlar Liqasını yaxından İZLƏYİR

Benzema “Real”ı və Çempionlar Liqasını yaxından İZLƏYİR

Türkiyə təyyarəsinin qəzasına dair ilkin səbəblər AÇIQLANDI

Türkiyə təyyarəsinin qəzasına dair ilkin səbəblər AÇIQLANDI

Gəncədə avtobus piyadanı VURDU

Gəncədə avtobus piyadanı VURDU

“Tamaşaçı geyimimə fikir bildirə bilməz, toxunulmazam!” – VİDEO

“Tamaşaçı geyimimə fikir bildirə bilməz, toxunulmazam!” – VİDEO

“Mançester Siti” Valentino ilə MARAQLANIR

“Mançester Siti” Valentino ilə MARAQLANIR

Şəmkirdə 56 yaşlı kişi BIÇAQLANDI

Şəmkirdə 56 yaşlı kişi BIÇAQLANDI

Bu nahiyənin piylənməsi qadınlarda yaddaşın zəifləməsini sürətləndirir - ARAŞDIRMA

Bu nahiyənin piylənməsi qadınlarda yaddaşın zəifləməsini sürətləndirir - ARAŞDIRMA

Ərdoğan: “Türkiyə həm kədərdə, həm də sevincdə Azərbaycanın yanında olacaq” - VİDEO

Ərdoğan: “Türkiyə həm kədərdə, həm də sevincdə Azərbaycanın yanında olacaq” - VİDEO

Endrikin Fransa klubuna keçməsi ilə bağlı şərtlər BƏLLİ OLDU

Endrikin Fransa klubuna keçməsi ilə bağlı şərtlər BƏLLİ OLDU

8 gün öncə baş verən qəzada xəsarət alan sürücü bu gün öldü

8 gün öncə baş verən qəzada xəsarət alan sürücü bu gün öldü

Tanınmış xanəndəni hamilə olan zaman boşadılar - VİDEO

Tanınmış xanəndəni hamilə olan zaman boşadılar - VİDEO

“Barselona” uzun fasilədən sonra “Kamp Nou”ya QAYIDIR

“Barselona” uzun fasilədən sonra “Kamp Nou”ya QAYIDIR

End of content

No more pages to load

RADİO