Ağacların dibinə asfalt tökülməsinə RƏSMİ MÜNASİBƏT: "İşlər özbaşına görülüb" - FOTO

Bakı şəhərində ağacların dibinin asfaltlanması və ərazidə parkinq salınması sosial şəbəkələrdə ciddi müzakirə mövzusu olub.

Bizim.Media xəbər verir ki, hadisə Nərimanov rayonu, Hidayətzadə küçəsində qeydə alınıb.

Qeyd edilib ki, işlər gecə saatlarında həyata keçirilib. Diqqət çəkən məqamlardan biri də kadrlara Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus yük avtomobilinin düşməsi olub. İddia olunub ki, ərazidəki işləri qurumun əməkdaşları həyata keçiriblər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli oxu.az-a açıqlamasında bildirib ki, işlər müvafiq razılaşdırmalar olmadan özbaşına həyata keçirilib.

"İyulun 23-də sosial şəbəkələrdə Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsində səki hissəsinin dağıdılaraq avtonəqliyyat vasitələri üçün dayanacaq yeri yaradıldığı barədə yayılan məlumatlarla əlaqədar dərhal AAYDA tərəfindən araşdırma aparılıb.

Araşdırma nəticəsində müəyyən olunub ki, qeyd edilən ərazidə görülən işlər agentliyin tabeliyində fəaliyyət göstərən "Bakı 4 N-li Yol İstismarı" MMC tərəfindən baş idarəyə məlumat verilmədən və müvafiq razılaşdırmalar olmadan özbaşına həyata keçirilib.

Agentliyin İdarə Heyətinin sədrinin tapşırığına əsasən, qeyd olunan qanunsuz hərəkətə yol verən MMC-nin direktoru və məsul şəxsləri ciddi şəkildə intizam məsuliyyətinə cəlb ediliblər, onlara sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Eyni zamanda, dəymiş ziyanın aradan qaldırılması məqsədilə dağıdılmış səki hissəsinin qısa müddət ərzində bərpa olunması tapşırılıb və bunun üçün tələb olunan xərclərin məsul şəxslərin aylıq əməkhaqqılarından tutulması qərara alınıb", - deyə A.Nəcəfli bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması müzakirə olundu

Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması müzakirə olundu

Dünya çempionatında 1/8 finalçılar MÜƏYYƏNLƏŞDİ

Dünya çempionatında 1/8 finalçılar MÜƏYYƏNLƏŞDİ

Gec yatanlar risk altındadır - DİQQƏT

Gec yatanlar risk altındadır - DİQQƏT

Flora Kərimova uzun müddət sonra GÖRÜNTÜLƏNDİ - VİDEO

Flora Kərimova uzun müddət sonra GÖRÜNTÜLƏNDİ - VİDEO

Millimizin futbolçusu ƏMƏLİYYAT OLUNDU

Millimizin futbolçusu ƏMƏLİYYAT OLUNDU

İndoneziyada da GÜCLÜ ZƏLZƏLƏ oldu

İndoneziyada da GÜCLÜ ZƏLZƏLƏ oldu

Messi gələcəyi ilə bağlı QƏRAR VERDİ

Messi gələcəyi ilə bağlı QƏRAR VERDİ

Qəzadan sonra yeriyə bilməyən MÜĞƏNNİ: “Ayağa qalxmaq istəyirəm” - VİDEO

Qəzadan sonra yeriyə bilməyən MÜĞƏNNİ: “Ayağa qalxmaq istəyirəm” - VİDEO

Ceyhun Bayramov: “Azərbaycan sülh gündəmini irəlilətməyə sadiqdir”

Ceyhun Bayramov: “Azərbaycan sülh gündəmini irəlilətməyə sadiqdir”

"Qanuni oğru" həbs qərarından sonra restorana getdi

"Qanuni oğru" həbs qərarından sonra restorana getdi

Kaka məşqçiliyə başlamaq İSTƏYİR

Kaka məşqçiliyə başlamaq İSTƏYİR

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatından 2 il ÖTÜR

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatından 2 il ÖTÜR

Məşhur türk müğənniyə CİNAYƏT İŞİ açıldı

Məşhur türk müğənniyə CİNAYƏT İŞİ açıldı

Əlisəmid Kür reanimasiyaya yerləşdirildi

Əlisəmid Kür reanimasiyaya yerləşdirildi

Kamçatkada GÜCLÜ ZƏLZƏLƏ oldu - VİDEO

Kamçatkada GÜCLÜ ZƏLZƏLƏ oldu - VİDEO

“Beşiktaş”da CİDDİ İTKİLƏR

“Beşiktaş”da CİDDİ İTKİLƏR

Fransada VƏZİYYƏT GƏRGİNDİR: 181 nümayişçi saxlanıldı - FOTO/VİDEO

Fransada VƏZİYYƏT GƏRGİNDİR: 181 nümayişçi saxlanıldı - FOTO/VİDEO

“Pul almışam, yaxşı eləmişəm” - Daha bir direktorun səs yazısı yayıldı - VİDEO

“Pul almışam, yaxşı eləmişəm” - Daha bir direktorun səs yazısı yayıldı - VİDEO

Coratda sabah QAZ OLMAYACAQ

Coratda sabah QAZ OLMAYACAQ

Rəsul qardaşı şəhid olduqdan sonra gözdən itən Xana ilə PAYLAŞIM ETDİ - VİDEO

Rəsul qardaşı şəhid olduqdan sonra gözdən itən Xana ilə PAYLAŞIM ETDİ - VİDEO

İsrail “Hizbullah”ın Radvan qüvvələrinə məxsus silah anbarlarını MƏHV ETDİ - VİDEO

İsrail “Hizbullah”ın Radvan qüvvələrinə məxsus silah anbarlarını MƏHV ETDİ - VİDEO

“Benfika” Maurinyonun təyinatını AÇIQLADI

“Benfika” Maurinyonun təyinatını AÇIQLADI

Bakıda 250 nömrəli məktəbdə valideynlərdən pul yığıldığı İDDİA OLUNUR - VİDEO

Bakıda 250 nömrəli məktəbdə valideynlərdən pul yığıldığı İDDİA OLUNUR - VİDEO

Ramil Şeydayev yenidən "Qarabağ"da - Rəsmi

Ramil Şeydayev yenidən "Qarabağ"da - Rəsmi

End of content

No more pages to load

RADİO