Bu gün XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə bu gün, iyulun 24-də axşam saatlarında XIV Qəbələ Beynəlxalq Musiqi Festivalına start veriləcək. Gözəl bir ənənəyə çevrilən festival iyulun 29-dək davam edəcək. Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində keçiriləcək festivalda Azərbaycandan və xarici ölkələrdən tanınmış ifaçılar, gənc istedadlar, musiqi kollektivləri iştirak edəcəklər. Festival çərçivəsində, həmçinin görkəmli musiqi xadimləri Rauf Atakişiyevin 100, Vasif Adıgözəlovun 90 illik yubileyləri də xüsusi konsert proqramları ilə qeyd ediləcək.

Bizim.Media xəbər verir ki, festivala hazırlıq işləri artıq tam başa çatıb. Tədbirlərin keçiriləcəyi məkanlar, konsert zalları hazır vəziyyətə gətirilib.
 

Proqrama uyğun olaraq, bu gün axşam saat 19:00-da açıq səhnədə (Qafqaz Resort) XIV Qəbələ Musiqi Festivalının təntənəli açılış mərasimi olacaq. Rəsmi hissədən sonra Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu, tanınmış ifaçılar tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edəcəklər. Konsert Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunacaq.


Festival günlərində musiqisevərlər, həmçinin “Mercadonegro ” musiqi qrupunun (Latın Amerikası), Tbilisi Big Band ansamblının (Gürcüstan), “Ciurlionis” kvartetinin (Litva), həmçinin “Gənclərə dəstək” layihəsi iştirakçılarının, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, “Detaşe-Sabah” violinoçular ansamblının, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin, Bakı Dövlət Kamera Orkestrinin, tanınmış musiqiçilərin çıxışlarını izləmək imkanı əldə edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zərərli nə yeyirsinizsə yeyin - Bu meyvələr onların zəhərini bədəndən təmizləyir

Zərərli nə yeyirsinizsə yeyin - Bu meyvələr onların zəhərini bədəndən təmizləyir

Ülkər Yaşarqızı bacısının vida mərasimindən VİDEO paylaşıb bunları yazdı

Ülkər Yaşarqızı bacısının vida mərasimindən VİDEO paylaşıb bunları yazdı

Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri MÜƏYYƏN EDİLDİ

Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri MÜƏYYƏN EDİLDİ

Rusiyada “uşaq şampanı”nın satışı qadağan ediləcək

Rusiyada “uşaq şampanı”nın satışı qadağan ediləcək

Yalçın Rəfiyev: “Azərbaycan multilateralizmə sadiqdir və qlobal prosesin qorunmasına çalışır” - FOTO

Yalçın Rəfiyev: “Azərbaycan multilateralizmə sadiqdir və qlobal prosesin qorunmasına çalışır” - FOTO

Yaponiya sahillərində ZƏLZƏLƏ OLDU

Yaponiya sahillərində ZƏLZƏLƏ OLDU

Türkiyə millisinin futbolçusu İngiltərə klubunun HƏDƏFİNDƏ

Türkiyə millisinin futbolçusu İngiltərə klubunun HƏDƏFİNDƏ

“İcazəsiz otağa girib isinmək üçün od qalayıblar” - VİDEO

“İcazəsiz otağa girib isinmək üçün od qalayıblar” - VİDEO

Belqorodda iri ticarət mərkəzi YANIR - FOTO/VİDEO

Belqorodda iri ticarət mərkəzi YANIR - FOTO/VİDEO

Röya uzun zaman sonra qardaşı Ayxanla VİDEOSUNU paylaşdı

Röya uzun zaman sonra qardaşı Ayxanla VİDEOSUNU paylaşdı

Vətən müharibəsi şəhidinin xatirəsi YAD EDİLDİ - FOTO

Vətən müharibəsi şəhidinin xatirəsi YAD EDİLDİ - FOTO

"Məndən xəbərsiz adıma 3 şirkət açılıb, külli miqdarda vergi borcum yaranıb" - VİDEO

"Məndən xəbərsiz adıma 3 şirkət açılıb, külli miqdarda vergi borcum yaranıb" - VİDEO

Leyla Əliyeva "Neft bumu hamıya gülümsəyir" festivalının AÇILIŞINDA - FOTO

Leyla Əliyeva "Neft bumu hamıya gülümsəyir" festivalının AÇILIŞINDA - FOTO

Sağlamlığa ən zərərsiz spirtli içki AÇIQLANDI

Sağlamlığa ən zərərsiz spirtli içki AÇIQLANDI

Azərbaycanla I‌taliya arasında hərbi təhsil sahəsində əməkdaşlıq üçün yeni imkanlar müzakirə olundu - FOTO

Azərbaycanla I‌taliya arasında hərbi təhsil sahəsində əməkdaşlıq üçün yeni imkanlar müzakirə olundu - FOTO

Ülvi Babayev gələcək hədəflərini AÇIQLADI

Ülvi Babayev gələcək hədəflərini AÇIQLADI

Günay Pərvinin açıqlamasından DANIŞDI: “Hər deyilənə inanmayın!” - VİDEO

Günay Pərvinin açıqlamasından DANIŞDI: “Hər deyilənə inanmayın!” - VİDEO

Sabirabadda qarşısı alınan toyun yenidən keçirilməsi barədə iddialar əsassızdır - RƏSMİ

Sabirabadda qarşısı alınan toyun yenidən keçirilməsi barədə iddialar əsassızdır - RƏSMİ

Bakıda DƏHŞƏT: 15 yaşlı yeniyetmə qətlə yetirildi, 14 yaşlı şübhəli saxlanıldı

Bakıda DƏHŞƏT: 15 yaşlı yeniyetmə qətlə yetirildi, 14 yaşlı şübhəli saxlanıldı

PMS imtahanının ikinci mərhələsinə qeydiyyat BAŞLADI

PMS imtahanının ikinci mərhələsinə qeydiyyat BAŞLADI

Benzema “Real”ı və Çempionlar Liqasını yaxından İZLƏYİR

Benzema “Real”ı və Çempionlar Liqasını yaxından İZLƏYİR

Türkiyə təyyarəsinin qəzasına dair ilkin səbəblər AÇIQLANDI

Türkiyə təyyarəsinin qəzasına dair ilkin səbəblər AÇIQLANDI

Gəncədə avtobus piyadanı VURDU

Gəncədə avtobus piyadanı VURDU

“Tamaşaçı geyimimə fikir bildirə bilməz, toxunulmazam!” – VİDEO

“Tamaşaçı geyimimə fikir bildirə bilməz, toxunulmazam!” – VİDEO

End of content

No more pages to load

RADİO