Fermerlər məhsulu SATA bilmir, meyvə isə BAHALAŞIR – Problemin kökü nədir?

Azərbaycan iqlimi meyvəçilik üçün əlverişli ölkə olsa da, son illər mövsümi meyvələrin qiymətinin yüksək olması əhali arasında narazılığa səbəb olur. Mövsümündə bol olması gözlənilən meyvələrin baha olması bir neçə səbəblə izah olunur.

Havanın qeyri-sabit, əlverişsiz keçməsi meyvə-tərəvəzin bol olmasına mane olur. Digər tərəfdən bəzi meyvə-tərəvəz idxal olduğu üçün baha satılır.

Lakin yerlərdə fermerlərin məhsulunu sata bilməməsi və ya çox ucuz qiymətə satmasına dair faktlar var. Onlar məhsulunu bazara çıxara bilmir və ya kiloqramı 5-6 qəpiyə olduğu üçün ümumiyyətlə satmaqdan imtina edirlər.

Yerli məhsulların bazara çıxmasına nə mane olur? Niyə hələ də fermerlərin yetişdirdiyi məhsullar baha satılır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan kənd təsərrüfatı sahəsi üzrə ekspert Akif Nəsirli deyib ki, bu problem illərdir var:

“Fermerin bazara çıxmaq imkanları məhduddur. Bütün bazarlar inhisardadır, bütün bazarlara giriş ödənişlidir və ödənişlər də kəllə-çarxdadır.  Məhsulun da qiymətini bahalaşdıran məhz budur. Azərbaycan hökuməti, Kənd Təsərrüfatı Nazirliyi dövlətin nəzdində Bakı kimi böyük şəhərin ətrafında 5-6 dənə topdansatış bazar yaratmalıdır. Yəni fermer maneəsiz həmin bazara girməli və həmin bazarda rəmzi qiymət ödəməklə yer götürərək maşınla fəaliyyət göstərməli, həm topdan, həm də pərakəndə satışla məğul olmalıdır. Bu, əvvəllər Bakıda var idi, hətta Bakı küçələrində səyyar, gəzərək meyvə-tərəvəz satan maşınlar da var idi. İndi onları qadağan ediblər”.

O, bildirib ki, mövsümü meyvələrin baha olması isə onların bol olmamasındadır:

“Şəhərin ətrafında yalnız bir topdansatış ticarət mərkəzi var. Yəni fermer özü öz məhsulunu “Meyvəli” bazarına gətirsə, o, başqa işlərlə məşğul ola bilməyəcək və yaxud gətirdiyi məhsulu normal qiymətə sata bilməyəcək. Bostanda 10 qəpiyə, “Meyvəli” bazarında 50 qəpiyə satacaqsa, yenə ziyanla işləyəcək. Çünki bu mərhələrədə xərc çox çıxır. Bu xərcin azaldılması üçün mütləq hökumət tədbir görməlidir ki, fermer satdığı məhsulu bir gün ərzində Bakıya çatdırsın, normal qiymətə təhvil verib, qayıtsın.

Bu məsələ ciddi problemdir və neçə illərdir həll edilə bilmir. Digər tərəfdən bu ilin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bu il də, ötən il də meyvə-tərəvəz qıtdır. Bu da havanın qeyri-sabit və kənd təsərrüfatı üçün əlverişsiz keçməsi ilə bağlıdır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Buna görə illərdir imicini DƏYİŞMİR

Buna görə illərdir imicini DƏYİŞMİR

Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması müzakirə olundu

Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması müzakirə olundu

Dünya çempionatında 1/8 finalçılar MÜƏYYƏNLƏŞDİ

Dünya çempionatında 1/8 finalçılar MÜƏYYƏNLƏŞDİ

Gec yatanlar risk altındadır - DİQQƏT

Gec yatanlar risk altındadır - DİQQƏT

Flora Kərimova uzun müddət sonra GÖRÜNTÜLƏNDİ - VİDEO

Flora Kərimova uzun müddət sonra GÖRÜNTÜLƏNDİ - VİDEO

Millimizin futbolçusu ƏMƏLİYYAT OLUNDU

Millimizin futbolçusu ƏMƏLİYYAT OLUNDU

İndoneziyada da GÜCLÜ ZƏLZƏLƏ oldu

İndoneziyada da GÜCLÜ ZƏLZƏLƏ oldu

Messi gələcəyi ilə bağlı QƏRAR VERDİ

Messi gələcəyi ilə bağlı QƏRAR VERDİ

Qəzadan sonra yeriyə bilməyən MÜĞƏNNİ: “Ayağa qalxmaq istəyirəm” - VİDEO

Qəzadan sonra yeriyə bilməyən MÜĞƏNNİ: “Ayağa qalxmaq istəyirəm” - VİDEO

Ceyhun Bayramov: “Azərbaycan sülh gündəmini irəlilətməyə sadiqdir”

Ceyhun Bayramov: “Azərbaycan sülh gündəmini irəlilətməyə sadiqdir”

"Qanuni oğru" həbs qərarından sonra restorana getdi

"Qanuni oğru" həbs qərarından sonra restorana getdi

Kaka məşqçiliyə başlamaq İSTƏYİR

Kaka məşqçiliyə başlamaq İSTƏYİR

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatından 2 il ÖTÜR

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatından 2 il ÖTÜR

Məşhur türk müğənniyə CİNAYƏT İŞİ açıldı

Məşhur türk müğənniyə CİNAYƏT İŞİ açıldı

Əlisəmid Kür reanimasiyaya yerləşdirildi

Əlisəmid Kür reanimasiyaya yerləşdirildi

Kamçatkada GÜCLÜ ZƏLZƏLƏ oldu - VİDEO

Kamçatkada GÜCLÜ ZƏLZƏLƏ oldu - VİDEO

“Beşiktaş”da CİDDİ İTKİLƏR

“Beşiktaş”da CİDDİ İTKİLƏR

Fransada VƏZİYYƏT GƏRGİNDİR: 181 nümayişçi saxlanıldı - FOTO/VİDEO

Fransada VƏZİYYƏT GƏRGİNDİR: 181 nümayişçi saxlanıldı - FOTO/VİDEO

“Pul almışam, yaxşı eləmişəm” - Daha bir direktorun səs yazısı yayıldı - VİDEO

“Pul almışam, yaxşı eləmişəm” - Daha bir direktorun səs yazısı yayıldı - VİDEO

Coratda sabah QAZ OLMAYACAQ

Coratda sabah QAZ OLMAYACAQ

Rəsul qardaşı şəhid olduqdan sonra gözdən itən Xana ilə PAYLAŞIM ETDİ - VİDEO

Rəsul qardaşı şəhid olduqdan sonra gözdən itən Xana ilə PAYLAŞIM ETDİ - VİDEO

İsrail “Hizbullah”ın Radvan qüvvələrinə məxsus silah anbarlarını MƏHV ETDİ - VİDEO

İsrail “Hizbullah”ın Radvan qüvvələrinə məxsus silah anbarlarını MƏHV ETDİ - VİDEO

“Benfika” Maurinyonun təyinatını AÇIQLADI

“Benfika” Maurinyonun təyinatını AÇIQLADI

Bakıda 250 nömrəli məktəbdə valideynlərdən pul yığıldığı İDDİA OLUNUR - VİDEO

Bakıda 250 nömrəli məktəbdə valideynlərdən pul yığıldığı İDDİA OLUNUR - VİDEO

End of content

No more pages to load

RADİO