BSU-da Beynəlxalq Yunan dili Gününə həsr edilmiş tədbir keçirilib

Martın 1-də Bakı Slavyan Universitetində Beynəlxalq Yunan dili Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos da iştirak edib. Tələbələrlə görüşdən öncə səfiri BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edib. Görüşdə Yunanıstan və Azərbaycan arasında dostluq və əməkdaşlığın mühüm istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Yunanıstan səfirliyinin Bakı Slavyan Universiteti ilə əlaqələrindən danışan rektor Nikolaos Kanellosun dövründə münasibətlərin daha intensiv və səmimi şəkildə davam etdiyini bildirib. N.Əliyeva bunu həm də səfirin özünün şəxsi keyfiyyətləri, onun yaradıcı insan olması ilə əlaqələndirib.xa0

Qeyd edək ki, Yunanıstanın respublikamızdakı səfiri siyasi-diplomatik fəaliyyətlə yanaşı, həm də şair, rəssam müğənni kimi tanınır. 2017-ci ilin dekabrında səfirin Bakıda “Land Mark” biznes mərkəzində, rəsm sərgisi keçirilmiş, bu ilin may ayında isə onun öz vətənində konserti planlaşdırılır. Nikolaos Kanellos öz növbəsində BSU-nun rektoru professor Nurlana Əliyevaya səmimi qəbula görə minnətdarlığını bildirərək universitetdə yunan tarixinə, dilinə, ədəbiyyatına, mədəniyyətinə xüsusi diqqət yetirildiyini vurğulayıb. Səfir universitetin rektoru başda olmaqla, bir qrup mütəxəssisi öz ölkəsinə dəvət edib.xa0

Bundan sonra BSU-nun Yunan dili və mədəniyyəti mərkəzində tələbə və müəllimlərlə görüş keçirilib. Görüşdə səfir Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı, azərbaycanlıların milli mental dəyərlərə üstünlük verməsi və s. məsələlərlə bağlı təəssüratlarını gənclərlə bölüşüb. O, Azəbaycanda ilk öyrəndiyi sözlərin sevgi, sülh, günəş olduğunu bildirib. Nikolaos Kallonas yunan dilinin tarixi barədə qısa məlumat verib və bu dilin dünyanın ən qədim dillərindən olduğunu, fransız, alman, ingilis dillərində kifayət qədər yunan sözlərinin olduğunu qeyd edib. O, BSU-nun yunanşünaslıq qrupunun tələbələrinin hazırlığından razılığını ifadə edib.

Sonra yunan dili müəllimi Səidə Mehdiyeva yunan oratorluq sənəti barədə çıxış edib.
Yunanıstandan gəlmiş müəllim Mariya Delaki çıxış edərək Yunanıstan-Azərbaycan münasibətlərindən və mədəniyyət sahəsində ölkələrimiz arasındakı əlaqələrdən danışıb.

Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə yunan dili ixtisası üzrə təhsil alan I kurs tələbələrindən Mətanət Cəfərova, Nərmin Quliyeva, II kurs tələbələrindən Vüsalə Quliyeva, Əziz Əsgərov, Əfşan Ayaz, Şükufə Abdullayeva, Aytac Həsənli, III kurs tələbələrindən Səadət Seyidova, Səbinə Qarayeva, Nuranə Qocayeva, Fərhad Hacıyev, Cavid Ağalı yunan klassiklərindən nümunələr səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM: 17 noyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 17 noyabrda baş vermiş tarixi hadisələr

“Liverpul”dan Konate üçün SON ADDIM

“Liverpul”dan Konate üçün SON ADDIM

"Mən onlara borclu deyiləm!" - Ölən ərinin mağazasını qadının əlindən alıblar? - VİDEO

"Mən onlara borclu deyiləm!" - Ölən ərinin mağazasını qadının əlindən alıblar? - VİDEO

Azərbaycan- Aİ əməkdaşlığının prioritetləri MÜZAKİRƏ EDİLDİ

Azərbaycan- Aİ əməkdaşlığının prioritetləri MÜZAKİRƏ EDİLDİ

“Şamaxı”nın futbolçusu U-21-ə DƏVƏT OLUNDU

“Şamaxı”nın futbolçusu U-21-ə DƏVƏT OLUNDU

Zərərli nə yeyirsinizsə yeyin - Bu meyvələr onların zəhərini bədəndən təmizləyir

Zərərli nə yeyirsinizsə yeyin - Bu meyvələr onların zəhərini bədəndən təmizləyir

Ülkər Yaşarqızı bacısının vida mərasimindən VİDEO paylaşıb bunları yazdı

Ülkər Yaşarqızı bacısının vida mərasimindən VİDEO paylaşıb bunları yazdı

Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri MÜƏYYƏN EDİLDİ

Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri MÜƏYYƏN EDİLDİ

Rusiyada “uşaq şampanı”nın satışı qadağan ediləcək

Rusiyada “uşaq şampanı”nın satışı qadağan ediləcək

Yalçın Rəfiyev: “Azərbaycan multilateralizmə sadiqdir və qlobal prosesin qorunmasına çalışır” - FOTO

Yalçın Rəfiyev: “Azərbaycan multilateralizmə sadiqdir və qlobal prosesin qorunmasına çalışır” - FOTO

Yaponiya sahillərində ZƏLZƏLƏ OLDU

Yaponiya sahillərində ZƏLZƏLƏ OLDU

Türkiyə millisinin futbolçusu İngiltərə klubunun HƏDƏFİNDƏ

Türkiyə millisinin futbolçusu İngiltərə klubunun HƏDƏFİNDƏ

“İcazəsiz otağa girib isinmək üçün od qalayıblar” - VİDEO

“İcazəsiz otağa girib isinmək üçün od qalayıblar” - VİDEO

Belqorodda iri ticarət mərkəzi YANIR - FOTO/VİDEO

Belqorodda iri ticarət mərkəzi YANIR - FOTO/VİDEO

Röya uzun zaman sonra qardaşı Ayxanla VİDEOSUNU paylaşdı

Röya uzun zaman sonra qardaşı Ayxanla VİDEOSUNU paylaşdı

Vətən müharibəsi şəhidinin xatirəsi YAD EDİLDİ - FOTO

Vətən müharibəsi şəhidinin xatirəsi YAD EDİLDİ - FOTO

"Məndən xəbərsiz adıma 3 şirkət açılıb, külli miqdarda vergi borcum yaranıb" - VİDEO

"Məndən xəbərsiz adıma 3 şirkət açılıb, külli miqdarda vergi borcum yaranıb" - VİDEO

Leyla Əliyeva "Neft bumu hamıya gülümsəyir" festivalının AÇILIŞINDA - FOTO

Leyla Əliyeva "Neft bumu hamıya gülümsəyir" festivalının AÇILIŞINDA - FOTO

Sağlamlığa ən zərərsiz spirtli içki AÇIQLANDI

Sağlamlığa ən zərərsiz spirtli içki AÇIQLANDI

Azərbaycanla I‌taliya arasında hərbi təhsil sahəsində əməkdaşlıq üçün yeni imkanlar müzakirə olundu - FOTO

Azərbaycanla I‌taliya arasında hərbi təhsil sahəsində əməkdaşlıq üçün yeni imkanlar müzakirə olundu - FOTO

Ülvi Babayev gələcək hədəflərini AÇIQLADI

Ülvi Babayev gələcək hədəflərini AÇIQLADI

Günay Pərvinin açıqlamasından DANIŞDI: “Hər deyilənə inanmayın!” - VİDEO

Günay Pərvinin açıqlamasından DANIŞDI: “Hər deyilənə inanmayın!” - VİDEO

Sabirabadda qarşısı alınan toyun yenidən keçirilməsi barədə iddialar əsassızdır - RƏSMİ

Sabirabadda qarşısı alınan toyun yenidən keçirilməsi barədə iddialar əsassızdır - RƏSMİ

Bakıda DƏHŞƏT: 15 yaşlı yeniyetmə qətlə yetirildi, 14 yaşlı şübhəli saxlanıldı

Bakıda DƏHŞƏT: 15 yaşlı yeniyetmə qətlə yetirildi, 14 yaşlı şübhəli saxlanıldı

End of content

No more pages to load

RADİO