Kapital Bank-ın dəstəyi ilə TəhsilPlus kartı ictimaiyyətə təqdim olundu

Təhsil işçilərinin maliyyə əlçatanlığı artıq daha rahat oldu. Belə ki, Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” qlobal texnologiya şirkətinin birgə təşkilatçılığı ilə çoxfunksional TəhsilPlus kartı ictimaiyyətə təqdim olundu.

Bizim.Media xəbər verir ki, təqdimat mərasimində çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov TəhsilPlus kartının üstünlüklərini vurğulayıb. O, qeyd edib ki, kart təhsil müəssisələrində fəaliyyət göstərən şəxslərə müxtəlif güzəşt və imtiyazlar təqdim etməklə, onların sosial rifahını yüksəltmək və imkanlarını genişləndirmək məqsədi daşıyır.

Onun sözlərinə görə bu kart məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində çalışan pedaqoji və inzibati heyət üçün nəzərdə tutulur və gələcəkdə 450 min nəfəri əhatə etməsi planlaşdırılır.
 

Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə isə çıxışında təhsil sahəsinə göstərilən dəstəyin bankın əsas prioritetlərindən biri olduğunu vurğulayıb. “Bizim üçün müəllimlər və təhsil işçiləri cəmiyyətin gələcəyini formalaşdıran əsas qüvvədir və bu istiqamətdə atılan hər bir addımı gələcəyə sərmayə kimi qiymətləndiririk.


Bu istiqamətdə Elm və Təhsil Nazirliyi ilə uzun illərdir davam edən əməkdaşlığımız var. Keçən il Təhsilin İnkişafı Fondu ilə birlikdə tələbələr üçün TələbəPlus kartını təqdim etdik. Bu gün artıq 200 mindən çox tələbəmiz bu kartdan aktiv şəkildə faydalanır. Bu gün isə daha böyük bir addım atırıq və daha geniş bir auditoriyanı əhatə edən TəhsilPlus kartını təqdim edirik. Bu kart vasitəsilə yüzminlərlə müəllim və təhsil işçisi müxtəlif güzəştlərdən və üstünlüklərdən yararlana biləcək. Məqsədimiz sadəcə maliyyə əlçatanlığı deyil, müəllimlərimizin gündəlik həyatına dəyər qatacaq imkanlar yaratmaqdır. Biz inanırıq ki, təhsil sahəsinə qoyulan investisiya ölkəmizin gələcəyinə qoyulan ən böyük sərmayədir”.

Qeyd edək ki, təhsil müəssisələrində fəaliyyət göstərən şəxslərə müxtəlif güzəşt və imtiyazlar təqdim edən TəhsilPlus kartı yeni tədris ilində istifadəçilərə təqdim ediləcək.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – //kbl.az/prcrc.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM: 17 noyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 17 noyabrda baş vermiş tarixi hadisələr

“Liverpul”dan Konate üçün SON ADDIM

“Liverpul”dan Konate üçün SON ADDIM

"Mən onlara borclu deyiləm!" - Ölən ərinin mağazasını qadının əlindən alıblar? - VİDEO

"Mən onlara borclu deyiləm!" - Ölən ərinin mağazasını qadının əlindən alıblar? - VİDEO

Azərbaycan- Aİ əməkdaşlığının prioritetləri MÜZAKİRƏ EDİLDİ

Azərbaycan- Aİ əməkdaşlığının prioritetləri MÜZAKİRƏ EDİLDİ

“Şamaxı”nın futbolçusu U-21-ə DƏVƏT OLUNDU

“Şamaxı”nın futbolçusu U-21-ə DƏVƏT OLUNDU

Zərərli nə yeyirsinizsə yeyin - Bu meyvələr onların zəhərini bədəndən təmizləyir

Zərərli nə yeyirsinizsə yeyin - Bu meyvələr onların zəhərini bədəndən təmizləyir

Ülkər Yaşarqızı bacısının vida mərasimindən VİDEO paylaşıb bunları yazdı

Ülkər Yaşarqızı bacısının vida mərasimindən VİDEO paylaşıb bunları yazdı

Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri MÜƏYYƏN EDİLDİ

Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri MÜƏYYƏN EDİLDİ

Rusiyada “uşaq şampanı”nın satışı qadağan ediləcək

Rusiyada “uşaq şampanı”nın satışı qadağan ediləcək

Yalçın Rəfiyev: “Azərbaycan multilateralizmə sadiqdir və qlobal prosesin qorunmasına çalışır” - FOTO

Yalçın Rəfiyev: “Azərbaycan multilateralizmə sadiqdir və qlobal prosesin qorunmasına çalışır” - FOTO

Yaponiya sahillərində ZƏLZƏLƏ OLDU

Yaponiya sahillərində ZƏLZƏLƏ OLDU

Türkiyə millisinin futbolçusu İngiltərə klubunun HƏDƏFİNDƏ

Türkiyə millisinin futbolçusu İngiltərə klubunun HƏDƏFİNDƏ

“İcazəsiz otağa girib isinmək üçün od qalayıblar” - VİDEO

“İcazəsiz otağa girib isinmək üçün od qalayıblar” - VİDEO

Belqorodda iri ticarət mərkəzi YANIR - FOTO/VİDEO

Belqorodda iri ticarət mərkəzi YANIR - FOTO/VİDEO

Röya uzun zaman sonra qardaşı Ayxanla VİDEOSUNU paylaşdı

Röya uzun zaman sonra qardaşı Ayxanla VİDEOSUNU paylaşdı

Vətən müharibəsi şəhidinin xatirəsi YAD EDİLDİ - FOTO

Vətən müharibəsi şəhidinin xatirəsi YAD EDİLDİ - FOTO

"Məndən xəbərsiz adıma 3 şirkət açılıb, külli miqdarda vergi borcum yaranıb" - VİDEO

"Məndən xəbərsiz adıma 3 şirkət açılıb, külli miqdarda vergi borcum yaranıb" - VİDEO

Leyla Əliyeva "Neft bumu hamıya gülümsəyir" festivalının AÇILIŞINDA - FOTO

Leyla Əliyeva "Neft bumu hamıya gülümsəyir" festivalının AÇILIŞINDA - FOTO

Sağlamlığa ən zərərsiz spirtli içki AÇIQLANDI

Sağlamlığa ən zərərsiz spirtli içki AÇIQLANDI

Azərbaycanla I‌taliya arasında hərbi təhsil sahəsində əməkdaşlıq üçün yeni imkanlar müzakirə olundu - FOTO

Azərbaycanla I‌taliya arasında hərbi təhsil sahəsində əməkdaşlıq üçün yeni imkanlar müzakirə olundu - FOTO

Ülvi Babayev gələcək hədəflərini AÇIQLADI

Ülvi Babayev gələcək hədəflərini AÇIQLADI

Günay Pərvinin açıqlamasından DANIŞDI: “Hər deyilənə inanmayın!” - VİDEO

Günay Pərvinin açıqlamasından DANIŞDI: “Hər deyilənə inanmayın!” - VİDEO

Sabirabadda qarşısı alınan toyun yenidən keçirilməsi barədə iddialar əsassızdır - RƏSMİ

Sabirabadda qarşısı alınan toyun yenidən keçirilməsi barədə iddialar əsassızdır - RƏSMİ

Bakıda DƏHŞƏT: 15 yaşlı yeniyetmə qətlə yetirildi, 14 yaşlı şübhəli saxlanıldı

Bakıda DƏHŞƏT: 15 yaşlı yeniyetmə qətlə yetirildi, 14 yaşlı şübhəli saxlanıldı

End of content

No more pages to load

RADİO