Gəmiqaya və Göygöl tarixi və təbii və mədəni kompleksinə mediatur təşkil edildi

“Gəmiqaya və Göygöl tarixi və təbii və mədəni kompleksinə daxil olan Gəmiqaya qoruğu Naxçıvanın ən qədim yaylaq yerlərindən, yurd yerlərindən biridir”.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti aparatının hümanitar məsələlər şöbəsinin böyük məsləhətçisi Həsən Kərimov deyib.
 

O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının ərazisi ümumiyyətlə dünyada ən qədim insan məskənlərindən hesab olunur: “Qədim daş dövründən başlayaraq insanlar bu ərazidə məskunlaşmış, zəngin mədəniyyət yaratmışlar.


Bu ərazidə Azərbaycan xalqının tarixi, elmi, mədəni irsi formnalaşmışdır. Və sevindirici haldır ki, bu gün tariximizin, mədəniyyətimizin daşıyıcıları olan abidələrin qorunmasına, öyrənilməsinə, təbliğinə çox böyük diqqət yetirilir.

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramında da bir çox sahələr kimi məhz abidələrin qorunması sahəsində də tədbirlər nəzərdə tutulub. Onlardan biri də Naxçıvan Muxtar Respubliksının bəzi tarix mədəniyyət abidələrinin YUNESKO-nun ümümdünya irsinin siyahısına salınmasıdır.
 

Bu gün artıq bu işlərə başlanılıb. 11 iyul 2025-ci tarixdə YUNESKO-nun Parisdə şəhərində keçirilən 47-ci sessiyasında Azərbaycan tərəfindən təqdim olunmuş Gəmiqaya və Göygöl tarixi və təbii və mədəni kompleksinin YUNESKO-nun ümumdünya irsinin və ilkin siyahısına salınması barədə qərar qəbul olunmuşdur.


Bu da hesab edirəm ki, bu istiqamətdə görülən işlərə mühüm bir töhfədir Hazırda olduğumuz məkan doğurdan da çox unikal bir ərazidir. Xüsusən də burada ilin bütün fəsillərinin əlamətlərini müşahidə edirik və bu da ərazinin unikallığını daha da artırır”.

O qeyd edib ki, bu cür mediaturlar ərazinin öyrənilməsi, təbliği baxımından çox mühüm əhəmiyyət kəsb edir: “Əlbəttə ki, növbəti mərhələlərdə yəqin ki, təkcə yerli media nümayəndələri deyil, həm də xarici media nümayəndələrinin də bu ərazilərə mediaturları təşkil olunacaq. Bu da bizim bu cür təbiət, mədəniyyət abidələrimizin öyrənilməsinə öz mühüm töhfəsini verəcək.

Xüsusilə qeyd etmək istəyirəm ki, kompleksə daxil olan Gəmiqaya qoruğu Naxçıvanın ən qədim yaylaq yerlərindən, yurd yerlərindən biridir.

Arxeoloqların bu ərazidə apardıqları tədqiqatların nəticələri göstərir ki, Alp çəmənlikləri ilə zəngin olan bu ərazi eramızdan əvvəl IV minillikdən başlayaraq Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olmuşdur.

Ərazidə çoxsaylı qayaüstü təsvirlərə rast gəlmək mümkündür və onların içərisində müxtəlif heyvan təsvirlərinin, şərti işarələri göstərə bilərik. Və o şərti işarələrin də tədqiqi göstərir ki, doğurdan da Azərbaycan xalqının qədim dövrlərdən bəri özünəməxsus dini, fəlsəfi dünyagörüşü olmuşdur. Bu gün də qeyd etdiyim kimi bu abidələrin qorunması, öyrənilməsi , yeni tədqiqatlara cəlbolunması çox əhəmiyyətlidir, vacibdir”.
 

“Ümumiyyətlə, Göygöl Kiçik Qafqazın ən hündür dağ gölü hesab olunur. Və ərazinin yerləşdiyi hündürlük dəniz səviyyəsindən 3 min metrdən artıqdır. Göygölün dərinliyi 6.5 metrdir. Ümumilikdə 1.5 hektar ərazini əhatə edir.


Vukanik mənşəli göldür. əsasən gölün ortasında olan bulaqlardan mütəmadi yağan qar və yağış sularından qidalanır.

Onu da qeyd edim ki, Naxçıvanın ən bol sulu çaylarından biri olan Saqqarsu çayı da mənbəyini məhz bu göldən götürür.

Ümumilikdə ərazinin iqlim xüsusiyyətləri, geologiyası burada turizmin çox sürətlə inkişaf etməsinə mühüm töhfə verəbilər. Əlbəttə ki, gələcəkdə bi bura müxtəlif turların təçkil olunmasını yerli əhali ilə yanaşı xaricdən də gələn qonaqların da səfərlərini müşahidə edəcəyik”, - H. Kərimov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xınalıq məktəbində təmir işləri YEKUNLAŞIR - FOTO

Xınalıq məktəbində təmir işləri YEKUNLAŞIR - FOTO

Buraxılış imtahanlarının proqramları AÇIQLANDI

Buraxılış imtahanlarının proqramları AÇIQLANDI

Şair Əlisəmid Kürün SON VƏZİYYƏTİ

Şair Əlisəmid Kürün SON VƏZİYYƏTİ

Hüquqi şəxslər avtomobillərə görə əmlak vergisindən NECƏ YAYINIR? - Anar Bayramovdan AÇIQLAMA

Hüquqi şəxslər avtomobillərə görə əmlak vergisindən NECƏ YAYINIR? - Anar Bayramovdan AÇIQLAMA

“Kontakt” 28 Mall-a gəldi: YENİ MƏHSULLAR TAM FƏRQLİ FORMATDA

“Kontakt” 28 Mall-a gəldi: YENİ MƏHSULLAR TAM FƏRQLİ FORMATDA

"Formula 2": Bakıda sərbəst yürüş BAŞLADI

"Formula 2": Bakıda sərbəst yürüş BAŞLADI

804 magistr ödənişsiz təhsil alacaq – RƏSMİ

804 magistr ödənişsiz təhsil alacaq – RƏSMİ

DİQQƏT! Sumqayıtda qaz olmayacaq

DİQQƏT! Sumqayıtda qaz olmayacaq

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Hansı universitetlərdə dərslər 4 gün OLACAQ? - Rəsmi AÇIQLAMA

Hansı universitetlərdə dərslər 4 gün OLACAQ? - Rəsmi AÇIQLAMA

DYP-dən sürücülərə MÜRACİƏT

DYP-dən sürücülərə MÜRACİƏT

Həkimlər xəbərdarlıq etdi: Bu heyvanla təmas etməyin!

Həkimlər xəbərdarlıq etdi: Bu heyvanla təmas etməyin!

Lənkəranda DƏHŞƏTLİ QƏZA: Məktəbli bacı-qardaş həlak oldu - FOTO

Lənkəranda DƏHŞƏTLİ QƏZA: Məktəbli bacı-qardaş həlak oldu - FOTO

Bu rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Bu rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Parfümünüzün xarab olduğunu necə anlaya bilərsiniz?

Parfümünüzün xarab olduğunu necə anlaya bilərsiniz?

ABŞ Nümayəndələr Palatasının komitəsi anti-Azərbaycan düzəlişlərini RƏDD ETDİ

ABŞ Nümayəndələr Palatasının komitəsi anti-Azərbaycan düzəlişlərini RƏDD ETDİ

“Biz gedəndən sonra sinfi bölüblər” - Video

“Biz gedəndən sonra sinfi bölüblər” - Video

Şikayətlər artır, aktivlər azalır – “Yelo Bank”da nə BAŞ VERİR? – ARAŞDIRMA

Şikayətlər artır, aktivlər azalır – “Yelo Bank”da nə BAŞ VERİR? – ARAŞDIRMA

Oktyabrı bolluq və bərəkət içində yaşayacaq 5 BÜRC

Oktyabrı bolluq və bərəkət içində yaşayacaq 5 BÜRC

Bəşəriyyət üçün fəlakət gəlir: Okeanın “ürək döyüntüsü” dayandı

Bəşəriyyət üçün fəlakət gəlir: Okeanın “ürək döyüntüsü” dayandı

Azərbaycanda dövlət pensiyasından əlavə pul almaq mümkün olacaq – VİDEO

Azərbaycanda dövlət pensiyasından əlavə pul almaq mümkün olacaq – VİDEO

Çempionlar Liqası: “Qalatasaray” böyük hesabla məğlub oldu – VİDEO

Çempionlar Liqası: “Qalatasaray” böyük hesabla məğlub oldu – VİDEO

ŞAD XƏBƏR: Yeni yol çəkilir - Bakıya tıxacsız gedəcəksiniz

ŞAD XƏBƏR: Yeni yol çəkilir - Bakıya tıxacsız gedəcəksiniz

Bu meyvə xərçəngin düşmənidir

Bu meyvə xərçəngin düşmənidir

End of content

No more pages to load

RADİO