“AF Hotel”də saxlanılan heyvanlar xilas edildi – FOTO

Binəqədi rayonu ərazisində sahil zonasında yerləşən “AF Hotel” adlı ictimai iaşə obyektində ev heyvanlarının saxlanması ilə bağlı sosial mediada yayılmış narahatlıq doğuran görüntülərdən sonra IDEA İctimai Birliyinin təşəbbüsü və Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə təcili araşdırma tədbirləri həyata keçirilib.

Bizim.Media xəbər verir ki, aparılan birgə yoxlama nəticəsində obyekt ərazisində qonaqların əyləncəsi üçün uyğunsuz şəraitdə 7 pişik və 1 it saxlanıldığı məlum olub. 

Bundan əlavə, həmin ərazidə heç bir rəsmi icazə olmadan fəaliyyət göstərən qanunsuz zoopark da aşkar edilib.

Həmin zooparkda isə “Qırmızı Kitab”a düşən, invaziv və digər növlərdən ibarət çoxsaylı heyvanların (5 tovuzquşu, 2 flaminqo, 3 yenot, 1 dəvəquşu, 8 sussar, 2 poni, 3 lama, 3 alpaka, 5 dovşan, 5 tutuquşu) saxlanıldığı müəyyən olunub.

Heyvanların sağlamlığı və təhlükəsizliyi məqsədilə IDEA Heyvanlara Qayğı Mərkəzinin və Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən bütün heyvanlar ərazidən toplanıb, klinik şəraitdə müayinədən keçirilib.
 

Heyvanlar reabilitasiyaları tamamlandıqdan sonra yeni sahiblərinin tapılması üçün sahiblənmə mərkəzinə yerləşdiriləcək, vəhşi heyvan növləri isə müvafiq qaydada təbiətə buraxılacaq.


IDEA İctimai Birliyi vətəndaşları ev heyvanlarına qarşı qayğıkeş və məsuliyyətli münasibət göstərməyə çağırır, onlarda vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verilməməsini, bu kimi faktlar barəsində Birliyin 1113 nömrəli qaynar xəttinə və ya rəsmi sosial media kanallarına məlumat vermələrini xahiş edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtın bu ərazisində qaz olmayacaq

Sumqayıtın bu ərazisində qaz olmayacaq

İnsult keçirən Əhməd Orucun SON DURUMU

İnsult keçirən Əhməd Orucun SON DURUMU

Balakəndə “bomj”un su arxında meyiti tapıldı

Balakəndə “bomj”un su arxında meyiti tapıldı

Bu müddətdə insanlar daha tez qocalır

Bu müddətdə insanlar daha tez qocalır

Bu şəxslərə ŞAD XƏBƏR: Gələn ay 30 manat veriləcək

Bu şəxslərə ŞAD XƏBƏR: Gələn ay 30 manat veriləcək

Xırdalanda 60 yaşlı kişinin meyiti aşkarlandı

Xırdalanda 60 yaşlı kişinin meyiti aşkarlandı

Bu ixtisası bitirənlər də məhkəmə iclas katibi işləyə biləcəklər – RƏSMİ

Bu ixtisası bitirənlər də məhkəmə iclas katibi işləyə biləcəklər – RƏSMİ

Cibləri pul ilə dolacaq 4 bürc

Cibləri pul ilə dolacaq 4 bürc

AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini ARTIRIR

AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini ARTIRIR

Azərbaycanın Mərkəzi Asiya ailəsinə tamhüquqlu üzvlük qazanmasına özbək deputatdan REAKSİYA

Azərbaycanın Mərkəzi Asiya ailəsinə tamhüquqlu üzvlük qazanmasına özbək deputatdan REAKSİYA

Kişi ondan icazəsiz toy məclisinə gedən arvadını döydü

Kişi ondan icazəsiz toy məclisinə gedən arvadını döydü

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

BDU-nun keçmiş müəllimi həbs edildi

BDU-nun keçmiş müəllimi həbs edildi

Şəhid ailəsinə dələduzluq edən şəxslə bağlı qərar çıxarıldı

Şəhid ailəsinə dələduzluq edən şəxslə bağlı qərar çıxarıldı

Şamaxıda bədbəxt hadisə: Kişi dəm qazından boğuldu

Şamaxıda bədbəxt hadisə: Kişi dəm qazından boğuldu

Biləcərinin bu ərazilərində işıq olmayacaq

Biləcərinin bu ərazilərində işıq olmayacaq

“ƏDV geri al”la bağlı ŞAD XƏBƏR – Gələn ildən etibarən...

“ƏDV geri al”la bağlı ŞAD XƏBƏR – Gələn ildən etibarən...

Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumu keçirilir

Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumu keçirilir

Novxanıda maşın 58 yaşlı qadını vurub öldürdü

Novxanıda maşın 58 yaşlı qadını vurub öldürdü

Uşaqlara antibiotik verilməsi ilə bağlı Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

Uşaqlara antibiotik verilməsi ilə bağlı Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

Yadigar Muradovun vida və dəfn yeri BİLİNDİ

Yadigar Muradovun vida və dəfn yeri BİLİNDİ

Vanqanın ən dəhşətli proqnozlarından biri gerçəkləşmək üzrədir: nə baş verəcək?

Vanqanın ən dəhşətli proqnozlarından biri gerçəkləşmək üzrədir: nə baş verəcək?

Dərəyə yıxılan şəxs belə xilas edildi - VİDEO

Dərəyə yıxılan şəxs belə xilas edildi - VİDEO

Polis Xaçmazda əməliyyat keçirdi: 4 nəfər tutuldu – FOTO/VİDEO

Polis Xaçmazda əməliyyat keçirdi: 4 nəfər tutuldu – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO