Azərbaycan mediasında süni intellekt: Jurnalistin köməkçisi, yoxsa rəqibi?

Süni intellekt artıq həyatımızın hər sahəsində var. O cümlədən jurnalistikada da... Süni intellekt məqalə yazır, şəkil seçir, aparıcılıq edir, videolar düzəldir və s. Bəs süni intellektin gələcək jurnalistika üçün nə kimi nəticələri ola bilər?

Bizim.Media bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Jurnalistika daha etibarlı mənbəyə çevriləcək"

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli qeyd edir ki, özü də müxtəlif məlumatların əldə olunmasında, dəqiqləşdirilməsində, mənbələrin toplanmasında süni intellektdən istifadə edir: "Onun verdiyi imkanlardan istifadə edərək jurnalistlər bir çox işləri yerinə yetirə bilirlər. Xüsusən də korrektə, redaktə, tərcümə və digər texniki sahələr süni intellekt vasitəsilə yaxın zamanlarda sıradan çıxacaq. Bu, dövrün reallığıdır. Amma jurnalistika yaradıcı sahə olduğu üçün jurnalistin işini tam yerinə yetirə bilməz".

H.Heydərlinin sözlərinə görə, süni intellekt jurnalistikanı daha da peşəkarlaşdıracaq:

"Süni intellekt araşdırma jurnalistikası, canlı reportaj, müsahibə janrına təsir edə bilməz. Əksinə, jurnalistlərin daha çevik, yaradıcı olmasına kömək edə bilər. Süni intellektin verdiyi məlumat tam fakt da deyil. Çünki o, bizə yalnız internetdə olan məlumatlar əsasında informasiya verir. Düşünürəm ki, süni intellektin jurnalistlərə ehtiyacı olacaq, nəinki jurnalistlərin süni intellektə".

"Mənfi təsirlərinin də olacağı şübhəsizdir"

"Şərq" qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı isə süni intellektin məlumat kirliliyinə səbəb olacağını düşünür: "Özüm istifadə etmirəm. Amma hər bir texnologiyanın, yeniliyin müsbət, mənfi tərəfləri var. Süni intellektin mətbuatımıza təsiri yaxın illərdə kifayət qədər hiss olunacaq.

Təbii ki, mənfi təsirlərinin də olacağı şübhəsizdir. Çünki süni intellektə verilən tapşırıqlar kifayət qədər əhatəli olmalıdır. Əgər jurnalist bu məlumatın doğru və ya yanlış olduğundan xəbərsizdirsə, yanlış informasiyalar yayımlana bilər. Həmçinin jurnalistika fərdi yaradıcılıq məhsuludur. O səbəbdən süni intellektin jurnalisti tamamilə əvəz etməsi şübhəlidir. Amma yeni bir texnoloji proses olaraq media bundan kənarda qala bilməz".

"Süni intellekt sadəcə alətdir"

Oxu.Az saytının baş redaktoru Ülvi Səfərovun fikrincə, süni intellekt sayəsində jurnalist daha da operativləşəcək: "Saytımızda süni intellektdən şəkillərin yaradılmasında, materialların sinxron hazırlanmasında geniş istifadə edirik. Mahiyyət olaraq başa düşmüşük ki, süni intellektsiz gələcəkdə nəsə etmək çox çətin olacaq. Amma o, sadəcə alətdir. Tərcüməni jurnalist kimi edə bilər. Ancaq emosiyaları, yanaşmanı jurnalist kimi oxucuya çatdıra bilməz. Bu səbəbdən jurnalistika hər zaman yaşayacaq. İnformasiyanı doğru formada oxucuya çatdıra biləcək yalnız insandır. Çünki jurnalist bilir ki, oxucu nə istəyir, necə istəyir. Buna uyğun olaraq yazı ortaya çıxır. Süni intellekt bir təhlükə deyil. Əksinə, jurnalistikanı sürətləndirən, operativ şəkildə işləməyə şərait yaradan bir vasitədir".

"5-6 jurnalistin işini süni intellektin köməyi ilə görə biləcəyik"

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov da peşəkar fəaliyyətində süni intellektin dəstəyindən yararlanır: "Biz tərcümə və şəkil yaratmaq üçün istifadə edirik. Amma yüz faizlik nəticə almaq olmur. Mən axtarışda, tərcümədə, şəkil düzəltməkdə bir neçə süni intellekt alətindən istifadə edirəm. Amma heç birinə işimi tam etibar etmirəm. Onlar sadəcə mənim köməkçilərimdir".

V.Məmmədovun sözlərinə görə, jurnalistikada elə janrlar var ki, insanın şəxsiyyətindən, dünyagörüşündən, hadisəyə baxışından yaranır. Belə insanları süni intellekt əvəz edə bilməz:

"Xəbər yazmaq, tərcümələr etməyi şablonlaşdırmaq mümkündür. O səbəbdən işin standart hissəsini görən əməkdaşlara ehtiyac qalmayacaq. Amma yaradıcılığı, kreativliyi olan insanlar öz işlərində qalacaqlar. Əksinə, onlar süni intellektin gələcəkdə istifadə etməsi üçün materiallar yaradacaqlar. Gələcəkdə 5-6 jurnalistin gördüyü işi bir jurnalist süni intellektin köməyi ilə görə biləcək".

"Rəqabət hissi yaradır"

Bakupost.az saytının baş redaktoru Elçin Zahiroğlu süni intellekti jurnalistika üçün nəinki təhdid, əksinə, fürsət hesab edir: "Sadəcə bu fürsətdən düzgün yararlanmaq lazımdır. Mətni süni intellektə etibar etmək olmaz, müəlliflər, redaktorlar indi daha "gözüaçıq" və məsuliyyətli olmalıdır. Ən ideal model odur ki, süni intellekt faktları və strukturu verir, insan isə ona üslub, ruh, yanaşma qatır. Ortaya nə robot mətni çıxır, nə də yorğun jurnalistin şablon yazısı - ikisinin sintezindən balanslı, oxunaqlı bir iş alınır. Süni intellekt heç bir halda jurnalistikaya təhdid deyil".

E.Zahiroğlu da süni intellektlə işlərini asanlaşdırır: "Şəxsən mənim üçün süni intellekt bir tərəfdən köməkçidir, digər tərəfdən rəqib. O məni daim "diri saxlayır". Məsələn, başlıq fikirləşəndə, ya da fikirlərimi konturlaşdıranda "ChatGPT"dən istifadə edirəm. Bəzən elə təklif verir ki, düşünürəm: "Bunu niyə özüm fikirləşmədim?" Bu suallar rəqabət hissi yaradır, adam daha fərqli variantlar axtarmağa başlayır. Bir də süni intellektin kömək etdiyi daha bir tərəf telefonla yazı hazırlamaqdır. Tədbirlərdə, ya da yolda olanda yazmaq istədiklərimi səslə deyirəm, süni intellekt onu mətnə çevirir. Bu, əslində, bizim sahədə inanılmaz rahatlıqdır. Bir sözlə, süni intellekt bizim peşədə nə rəqib, nə də tam müəllif ola bilər. O, sadəcə yaxşı bir köməkçidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DTX-dən türk dövlətlərinin təhlükəsizlik orqanlarının Xankəndidəki iclası ilə bağlı VİDEOÇARX

DTX-dən türk dövlətlərinin təhlükəsizlik orqanlarının Xankəndidəki iclası ilə bağlı VİDEOÇARX

Mbappe PSJ-dən 263 milyon avro tələb edir

Mbappe PSJ-dən 263 milyon avro tələb edir

“Azərbaycan daim ədalətin və haqqın tərəfdarı olub” - Fransanın Fəxri deputatı

“Azərbaycan daim ədalətin və haqqın tərəfdarı olub” - Fransanın Fəxri deputatı

Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

"Mercedes"lə toqquşan "QAZel" yandı - Xəsarət alan var

"Mercedes"lə toqquşan "QAZel" yandı - Xəsarət alan var

Bakıda bu ev 5 milyon manata satılır - FOTO

Bakıda bu ev 5 milyon manata satılır - FOTO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi - CƏDVƏL

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi - CƏDVƏL

Zelenski sabah Türkiyəyə gedəcək

Zelenski sabah Türkiyəyə gedəcək

Trampdan SƏRT ADDIM – Rusiyadan sonra hədəfdə bu ölkələr var – SİYAHI

Trampdan SƏRT ADDIM – Rusiyadan sonra hədəfdə bu ölkələr var – SİYAHI

Macarıstanda tələbə olmaq istəyənlərin NƏZƏRİNƏ: Qəbul başladı

Macarıstanda tələbə olmaq istəyənlərin NƏZƏRİNƏ: Qəbul başladı

Rusiyada azərbaycanlı arvadını xilas edərkən öldü – VİDEO

Rusiyada azərbaycanlı arvadını xilas edərkən öldü – VİDEO

Bu qəsəbələr 1 saat işıqsız qalacaq

Bu qəsəbələr 1 saat işıqsız qalacaq

“Süni intellektlə bağlı ABŞ-ın böyük təcrübəsini öyrənə bilərik” - Fariz İsmayılzadə

“Süni intellektlə bağlı ABŞ-ın böyük təcrübəsini öyrənə bilərik” - Fariz İsmayılzadə

Fərhad Məmmədov: “Rəsmi Vaşinqtonun Azərbaycana yanaşma tərzi dəyişib”

Fərhad Məmmədov: “Rəsmi Vaşinqtonun Azərbaycana yanaşma tərzi dəyişib”

Azərbaycanın Milli Etalon Vaxtı - UTC (AZ) beynəlxalq səviyyədə təsdiqləndi

Azərbaycanın Milli Etalon Vaxtı - UTC (AZ) beynəlxalq səviyyədə təsdiqləndi

Azərbaycan Prezidentindən latviyalı həmkarına TƏBRİK MƏKTUBU

Azərbaycan Prezidentindən latviyalı həmkarına TƏBRİK MƏKTUBU

Cəzaçəkmə müəssisələrində İİV-profilaktikası ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirildi

Cəzaçəkmə müəssisələrində İİV-profilaktikası ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirildi

İlham Əliyev Oman Sultanını təbrik etdi

İlham Əliyev Oman Sultanını təbrik etdi

Kiyevdə Azərbaycan abidələrinin hava zərbələrindən qorunması üçün xüsusi vasitələrlə üzlənməsinə başlanıldı - FOTO/VİDEO

Kiyevdə Azərbaycan abidələrinin hava zərbələrindən qorunması üçün xüsusi vasitələrlə üzlənməsinə başlanıldı - FOTO/VİDEO

DYP ötmə qaydası ilə bağlı sürücülərə əsas ŞƏRTİ AÇIQLADI

DYP ötmə qaydası ilə bağlı sürücülərə əsas ŞƏRTİ AÇIQLADI

Gənc qızı komaya salan həkim İŞ BAŞINDA – ÖZƏL/FOTOFAKT

Gənc qızı komaya salan həkim İŞ BAŞINDA – ÖZƏL/FOTOFAKT

Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? – VİDEO

Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? – VİDEO

Rusiyada qaz xətti partladı – ANBAAN VİDEO

Rusiyada qaz xətti partladı – ANBAAN VİDEO

Tramp bu gün Ağ Evdə Kriştiano Ronaldonu qəbul edəcək

Tramp bu gün Ağ Evdə Kriştiano Ronaldonu qəbul edəcək

End of content

No more pages to load

RADİO