Sonsuz amerikalı ailələrini sevindirən azərbaycanlı həkim


İslam peyğəmbəri həzrəti Məhəmmədin (s.a.a.s.) gözəl bir kəlamı var:- "Uşaq, cənnət nemətlərindən biridir. Uşaq qoxusu, cənnət qoxusudur..."xa0
O, bu qoxunu həsrətində olan çox valideynlərə hiss etdirib, yüzlərlə ailənin övlad həsrətinə son qoyub. Neçə-neçə insan nəslinin yer üzündən silinməsinin qarşısını alıb, tükənib-bitməsinə imkan verməyib…

Haqqında söhbət açdığım Samir Babayev 1984-cü ildə Gəncə şəhərində dünyaya gəlib. 9-cu sinifə qədər Gəncədəki 4 saylı məktəbdə oxuyub, tam orta təhsilini Bakıda, 258 saylı məktəbdə başa vurub. 2001-2003-cü illərdə Azərbaycan Tibb Universitetində, 2003-2008-ci illərdə isə İstanbul Universitetinin "İstanbul Tibb Fakultəsi"ndə təhsil alaraq, həkim ixtisasına yiyələnib. Elə həmin il ABŞ-a gəlib. Bir il Nyu York Kolumbiya Universitetində elmi araşdırmalarla məşğul olub. 2009-2013-cü illərdə Nyu York Tibb Kollecində rezedentura keçib. 2013-2016-cı illərdə Texas Universitetinin Dallas şəhərindəki tibb mərkəzində sonsuzluq üzrə genokoloq cərrah kimi ixtisaslaşıb. O vaxtdan həmin mərkəzdə dosent vəzifəsinə təyin olunaraq, bu günədək qadınlarda sonsuzluq üzrə cərrahi əməliyyatlar, eyni zamanda EKO prosedurlarını həyata keçirir…

Elman

…Atası Namiq İbrahim oğlu Babayev anestezioloq - reanimatoloqdur. Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzində çalışır. Anası Eleonora Nəriman qızı Babayeva isə 1 saylı xəstəxananın laboratoriyasında həkim işləyir…

Bütün bunlarla yanaşı o, həm də ABŞ-da işıq üzü görən, tibb sahəsində ən məşhur "Human Reproduction" jurnalında redaktor köməkçisidir. Bir ekspert kimi onun razılığı olmadan heç bir elmi məqalə həmin jurnalda çap olunmur…

…Ömür-gün yoldaşı Riada Nizami qızı Rəhimova stomatoloq işləyir. Yeganə övladı Namiqin 8 yaşı var, 3-cü sinifdə oxuyur…

Deyir ki,- "Məncə, müvəfəqiyyət qazanmağın bir formulası var. Əgər burada 10% məqsəddən asılıdırsa, 70%-ni əzmkarlıq, 20%-ni isə Allahın uğuru təşkil edir"…

Onun da bəxti gətirib, bu ilin ortalarından Minnesota ştatının Roçester şəhərində fəaliyyətdə olan çox məşhur "Mayo Clinic"də sonsuzluq şöbəsinə rəhbərlik etməyə başlayacaq…

Şahmat oynamağı xoşlayır. Tez-tez online turlara qatılır və bir-neçə dəfə həmin turların qalibi də olub. Həftədə 200-250 km velosiped sürür. Bunun insan sağlamlığına verdiyi faydaları dilə gətirib, hər kəsə velosiped sürməyi tövsiyyə edir…

Bəli, sonsuzluğa qarşı mübarizə aparan, insanlara dünyanın ən böyük sevincini bəxş edən bu gənc, mehriban həkimin əsas uğurları hələ qarşıdadır. Əminəm ki, onun biliyi, bacarığı, şəfalı əlləri sayəsində övlad üzünə həsrət qalan çox ailələr öz arzusuna qovuşacaq…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Parisdə istilər: 109 nəfər VƏFAT ETDİ - VİDEO

Parisdə istilər: 109 nəfər VƏFAT ETDİ - VİDEO

Yaponiyada güclü ZƏLZƏLƏ

Yaponiyada güclü ZƏLZƏLƏ

Bakıda boru partladı, küçəni su basdı - VİDEO

Bakıda boru partladı, küçəni su basdı - VİDEO

İran XİN-dən ABŞ-ın endirdiyi zərbələrə KƏSKİN REAKSİYA

İran XİN-dən ABŞ-ın endirdiyi zərbələrə KƏSKİN REAKSİYA

Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO

Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO

Qrup mərhələsi başa çatdı: Pley-offa yüksələn 32 komanda bəlli oldu: Kim kimlə oynayacaq?

Qrup mərhələsi başa çatdı: Pley-offa yüksələn 32 komanda bəlli oldu: Kim kimlə oynayacaq?

Türkiyə Venesuelaya xilasedici qrup göndərdi

Türkiyə Venesuelaya xilasedici qrup göndərdi

DÇ-2026: Messi mundiallar tarixində 19-cu qolunu vurdu - VİDEO

DÇ-2026: Messi mundiallar tarixində 19-cu qolunu vurdu - VİDEO

Venesuelada 11 yaşlı uşaq 70 saatdan sonra dağıntılar altından xilas edildi - VİDEO

Venesuelada 11 yaşlı uşaq 70 saatdan sonra dağıntılar altından xilas edildi - VİDEO

Tramp: Əgər bu baş verərsə, İran artıq mövcud olmayacaq

Tramp: Əgər bu baş verərsə, İran artıq mövcud olmayacaq

İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?

İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?

Abituriyentlər sosial şəbəkələrdə manipulyasiya olunur

Abituriyentlər sosial şəbəkələrdə manipulyasiya olunur

Yük maşınlarının iştirakı ilə baş verən qəzaların əsas səbəbləri nədir? - VİDEO

Yük maşınlarının iştirakı ilə baş verən qəzaların əsas səbəbləri nədir? - VİDEO

İyul ayında bu bürcləri “qara günlər” gözləyir – Gözlənilməz hadisələr yaşanacaq...

İyul ayında bu bürcləri “qara günlər” gözləyir – Gözlənilməz hadisələr yaşanacaq...

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

End of content

No more pages to load

RADİO