Bu gün saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, agentlik hadisəni dərhal nəzarətə götürüb və araşdırma aparır. Hər iki marşrut xətti üzrə daşıyıcı şirkət olan “BakuBus” MMC-dən izahat tələb olunub. Xoşbəxtlikdən qəza nəticəsində ölüm halı qeydə alınmayıb.
Sərnişinlərdən 7 nəfər xəsarət alıb ki, onlara da ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
***
Bakının Səbail rayonunda yol qəzası baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, "Bakubus" MMC-yə məxsus marşrut avtobuslar bir birinə çırpılıb. Nəticədə bir neçə nəfər xəsarət alıb. Avtobuslara isə ciddi ziyan dəyib.
Bizim.Media



