“Şuşada olmaq qürur hissidir” - Avropa Xəbər Agentlikləri Alyansının baş katibi

“İllər öncə bizim əsas məlumat mənbəyimiz yalnız ənənəvi media idi. Bu gün isə informasiya sahəsi daha geniş, çoxşaxəli və mürəkkəb bir sistemə çevrilib. Artıq xəbərlər təkcə media orqanlarında deyil, sosial mediada da yaranır, yayılır və formalaşır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Alexandru Giboi Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı” mövzulu paneldə deyib.

O qeyd edib ki, mürəkkəb informasiya axını içində insanın rolu daha da böyüyüb. İnsan artıq sadəcə informasiya istehlakçısı deyil, o, məlumatı qavrayıb dəyərləndirən, təhlil edən və nəticə çıxaran subyektdir. Hər bir fərd doğru ilə yalanı ayırd etməyi bacarmalıdır.
 

“Bəzi xəbərlər neytral olur, bəziləri isə birbaşa bizim şəxsi həyatımıza, qərarlarımıza, düşüncə tərzimizə təsir edir. İnformasiyanın forması və tonu insanı müəyyən bir qərar verməyə yönləndirə bilir. Elə buna görə də dezinformasiya, yəni məqsədli şəkildə yayılan yanlış məlumat bu gün media mühitində ən təhlükəli təhdidlərdən biridir.


Ancaq sevindirici haldır ki, artıq bir çox insanlar bu yanlış axınları sezməyi, təhlil etməyi və fərqinə varmağı öyrənirlər. Bu da göstərir ki, informasiya savadlılığı getdikcə artır və bu sahədə görülən işlər nəticə verir”,- deyə Alexandru Giboi vurğulayıb.

O əlavə edib ki, bu gün biz yenidən qurulmuş bir şəhərlə, bərpa edilən Şuşa ilə üz-üzəyik. Burada olmaq, bu torpağın nəfəsini almaq böyük məsuliyyət və qürur hissidir:

“Mən buraya ilk dəfə gələndə bizə xəbərdarlıq edilirdi ki, ehtiyatlı olun, bəzi ərazilər minalanmış ola bilər. Lakin bu gün qarşımızda tam fərqli bir mənzərə var, dirçəlmiş, inkişaf edən və gələcəyə inamla addımlayan bir şəhər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Avroviziya 2026”nın təmsilçisi Jiva yeni obrazda – FOTOSSESSİYA

“Avroviziya 2026”nın təmsilçisi Jiva yeni obrazda – FOTOSSESSİYA

Rusiyaya qarşı 20-ci sanksiyalar paketi: ƏSAS BƏNDLƏR

Rusiyaya qarşı 20-ci sanksiyalar paketi: ƏSAS BƏNDLƏR

Mübahisəli penalti barədə QƏRAR AÇIQLANDI: "Sabah" - "Qarabağ" oyunu

Mübahisəli penalti barədə QƏRAR AÇIQLANDI: "Sabah" - "Qarabağ" oyunu

Milli Qəhrəmanın qardaşı VƏFAT ETDİ – FOTO

Milli Qəhrəmanın qardaşı VƏFAT ETDİ – FOTO

Dənizçilərin sertifikatlaşdırılması qaydaları sadələşdirilir - FOTO

Dənizçilərin sertifikatlaşdırılması qaydaları sadələşdirilir - FOTO

Buraxılış imtahanından 300 bal toplayanların FOTOLARI

Buraxılış imtahanından 300 bal toplayanların FOTOLARI

Sürücülərə XƏBƏRDARLIQ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərə XƏBƏRDARLIQ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

“Əsgərliyinin bitməsinə 3 gün qalmış ön cəbhəyə yollandı” – Şəhid Samsun Babayevin HƏYAT HEKAYƏSİ – VİDEO

“Əsgərliyinin bitməsinə 3 gün qalmış ön cəbhəyə yollandı” – Şəhid Samsun Babayevin HƏYAT HEKAYƏSİ – VİDEO

300 bal toplayan Zəhra: "Çox yox, sistemli oxumaq lazımdır"

300 bal toplayan Zəhra: "Çox yox, sistemli oxumaq lazımdır"

Azərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR qoyuldu

Azərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR qoyuldu

Bakıda HƏYƏCANLI ANLAR: Piyadanı maşın vurdu, POLİSLƏR dərhal xəstəxanaya çatdırdı - VİDEO

Bakıda HƏYƏCANLI ANLAR: Piyadanı maşın vurdu, POLİSLƏR dərhal xəstəxanaya çatdırdı - VİDEO

Bu rayondakı sakinlərin NƏZƏRİNƏ: Qaz kəsiləcək

Bu rayondakı sakinlərin NƏZƏRİNƏ: Qaz kəsiləcək

Trampdan İranla bağlı PAYLAŞIM: "Razılaşma istəməyənləri öldürək..." - FOTO

Trampdan İranla bağlı PAYLAŞIM: "Razılaşma istəməyənləri öldürək..." - FOTO

Kamran Əliyev Kollegiya iclası keçirdi - FOTO

Kamran Əliyev Kollegiya iclası keçirdi - FOTO

İTV-də baş direktor olmaq istəyənlərin NƏZƏRİNƏ: sənəd qəbulu ELAN EDİLDİ

İTV-də baş direktor olmaq istəyənlərin NƏZƏRİNƏ: sənəd qəbulu ELAN EDİLDİ

İlqar Namazov İŞDƏN ÇIXARILDI - İcra başçısından ƏMR

İlqar Namazov İŞDƏN ÇIXARILDI - İcra başçısından ƏMR

Bakıda bu marşrut NAĞDSIZ ÖDƏNİŞƏ keçir

Bakıda bu marşrut NAĞDSIZ ÖDƏNİŞƏ keçir

Dördüncü dəfə Avropa çempionu olan Həsrət Cəfərovdan AÇIQLAMA – VİDEO

Dördüncü dəfə Avropa çempionu olan Həsrət Cəfərovdan AÇIQLAMA – VİDEO

Texnologiyada qadın gücü: Bir “Ctrl is hers” proqramına start verdi

Texnologiyada qadın gücü: Bir “Ctrl is hers” proqramına start verdi

Yüksək vəzifə verilən Natiq İbrahimov kimdir? - DOSYE

Yüksək vəzifə verilən Natiq İbrahimov kimdir? - DOSYE

Sənət adamları üçün qəbirstanlıq yaradılır? - VİDEO

Sənət adamları üçün qəbirstanlıq yaradılır? - VİDEO

Tramp: İranda lider yoxdur

Tramp: İranda lider yoxdur

Buraxılış imtahanında maksimum nəticə göstərən şagirdlərin ADLARI

Buraxılış imtahanında maksimum nəticə göstərən şagirdlərin ADLARI

Azərbaycanlı müğənni hicab bağladı - VİDEO

Azərbaycanlı müğənni hicab bağladı - VİDEO

End of content

No more pages to load

RADİO