Bu gün Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksi xidməti istifadəyə verilib.
Bizim.Media Dövlət Sərhəd Xidmətinə istinadla xəbər verir ki, bununla əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş ərazilərimizdə Dövlət Sərhəd Xidmətinin növbəti hərbi hissəsinin xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə şəxsi heyəti təbrik edib.
Tədbir çərçivəsində Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilmiş hərbi qulluqçulara orden və medallar təqdim olunub.
Bizim.Media