II və III ixtisas qrupları üzrə imtahan nəticələri ELAN EDİLDİ

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 6-da tarixində keçirilmiş qəbul imtahanların nəticələrini elan edib.

DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 41 min 484 abituriyentdən (II qrup üzrə 18014 nəfər, III qrup üzrə 23470 nəfər) 1160 nəfər (II qrup üzrə 616 nəfər, III qrup üzrə 544 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 12 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 388.3 bal toplayan Bakı şəhər 89 nömrəli tam orta məktəbin məzunu Eldar Ramiz oğlu Mansurov göstərib. O, imtahanın birinci mərhələsində 278.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 677.9 bal toplayan Bakı şəhər 83 nömrəli məktəb-liseyin məzunu Nilufər Hidayət qızı Zeynallı göstərib. O, imtahanın birinci mərhələsində 291.1 bal, ikinci mərhələsində isə 386.8 bal toplayıb.
 

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal toplayan Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Baxşəliyeva Aytac Ənvər qızı göstərib. O, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 691.8 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyentdir. Baxşəliyeva Aytac imtahanın birinci mərhələsində 294.8 bal toplayıb.


Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 18 iyul saat 10:00-dan 20 iyul saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir.

Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

-Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

-Abituriyentlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

-Abituriyentlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı SMS göndərilir.


Bundan sonra abituriyentlər apellyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15 faizi i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Arsenal"da yeni baş direktor

"Arsenal"da yeni baş direktor

Gəncədə qadını maşın vurdu

Gəncədə qadını maşın vurdu

Bu bürcləri tezliklə taleyin fantastik dönüşü GÖZLƏYİR

Bu bürcləri tezliklə taleyin fantastik dönüşü GÖZLƏYİR

Rusiya qırıcıları Estoniyanın hava məkanını POZDU

Rusiya qırıcıları Estoniyanın hava məkanını POZDU

Güləşçimiz erməni rəqibini MƏĞLUB ETDİ - VİDEO

Güləşçimiz erməni rəqibini MƏĞLUB ETDİ - VİDEO

Bakı və bölgələrdə yaşıllıqlara 160 min manatdan çox ZİYAN VURULDU

Bakı və bölgələrdə yaşıllıqlara 160 min manatdan çox ZİYAN VURULDU

Bakıda kişi iş yoldaşının başına stəkanla vurub öldürdü - VİDEO

Bakıda kişi iş yoldaşının başına stəkanla vurub öldürdü - VİDEO

Formula 1: İkinci sərbəst yürüşdə Luis Hemilton birinci olub

Formula 1: İkinci sərbəst yürüşdə Luis Hemilton birinci olub

Aİ Budapeştin dondurulmuş 550 milyon avro vəsaitini geri çəkdi

Aİ Budapeştin dondurulmuş 550 milyon avro vəsaitini geri çəkdi

DİQQƏT: Bakının bir sıra yollarında tıxac var

DİQQƏT: Bakının bir sıra yollarında tıxac var

Nail Kəmərli ona verilmiş saxta medallardan İMTİNA ETDİ - FOTO

Nail Kəmərli ona verilmiş saxta medallardan İMTİNA ETDİ - FOTO

Tolqa Sarıtaş ata oldu – FOTO

Tolqa Sarıtaş ata oldu – FOTO

Ceyhun Bayramov Fransanın yeni səfiri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Ceyhun Bayramov Fransanın yeni səfiri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Əhaliyə ŞAD XƏBƏR – Ucuzluq başlayır…

Əhaliyə ŞAD XƏBƏR – Ucuzluq başlayır…

Məsafə əsaslı avtomobil nəqliyyatı xidməti TƏTBİQ EDİLƏCƏK

Məsafə əsaslı avtomobil nəqliyyatı xidməti TƏTBİQ EDİLƏCƏK

Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara SUBSİDİYA VERİLƏCƏK

Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara SUBSİDİYA VERİLƏCƏK

Manatın məzənnəsi ilə bağlı MÜHÜM XƏBƏR

Manatın məzənnəsi ilə bağlı MÜHÜM XƏBƏR

Azərbaycanda ilk dəfə: Bakı Retina Beynəlxalq Elmi Konfransı keçiriləcək – FOTO

Azərbaycanda ilk dəfə: Bakı Retina Beynəlxalq Elmi Konfransı keçiriləcək – FOTO

Psixoloqdan yazıçıya cavab: “Heç bir bədii kitab psixoloqu əvəz edə bilməz”

Psixoloqdan yazıçıya cavab: “Heç bir bədii kitab psixoloqu əvəz edə bilməz”

İctimai nəqliyyatla bağlı yeni FOND YARADILDI

İctimai nəqliyyatla bağlı yeni FOND YARADILDI

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq – FƏRMAN

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq – FƏRMAN

Prezidentdən Azərbaycanın yəhudi icmasına MƏKTUB

Prezidentdən Azərbaycanın yəhudi icmasına MƏKTUB

Ağadadaş Ağayev imicini dəyişdi - VİDEO

Ağadadaş Ağayev imicini dəyişdi - VİDEO

End of content

No more pages to load

RADİO