"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib

Qadın sahibkarlığının inkişafına yönələn “She’s Next Empowered by Visa” qlobal təşəbbüsünün Azərbaycanda həyata keçirilən üçüncü dalğası yekunlaşdı. Layihə sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes və rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilib.

Bizim.Media xəbər verir ki, 16 may 2025-ci il tarixindən etibarən başlanan və 3 aya yaxın davam edən layihə çərçivəsində xanım sahibkarlar üçün “Uğur hekayəni yarat” təhsil və müsabiqə proqramı keçirilib. Proqram 2 kateqoriya üzrə baş tutub. Kiçik və Orta bizneslər və Mikro biznesləri əhatə edən kateqoriyada iştirak üçün 400-dən çox xanım sahibkar müraciət edib.

Bütün iştirakçılar She’s Next platformasında ödənişsiz onlayn mühazirə kursları keçmək imkanı əldə ediblər. Daha sonra layihənin şərtlərini uğurla tamamlayan – iştirakçı təcrübəli mentorların dəstəyi ilə final mərhələsinə hazırlanıb. Proqramın finalı 11 iyul 2025-ci ildə Bakıda keçirilib.
 

Tədbir zamanı finalçılar layihələrini peşəkar münsiflər heyətinə təqdim ediblər. Təqdimatların nəticələrinə əsasən, hər iki kateqoriyada 3 nominasiya üzrə qalib ələn iştirakçılara bizneslərinin inkişafı üçün pul mükafatları təqdim edilib. Kiçik və Orta Bizneslər kateqoriyasında 3-cü yerin və 5000 manatın sahibi topdan və pərakəndə kosmetika, eləcə də məişət kimyası satışı ilə məşğul olan Cəmilə Quliyeva olub.


“Bellabaci” kosmetika distribütor şirkətinin təsisçisi Gülarə Cumayeva isə 2-ci yerə və 10 000 manat mükafata layiq görülüb. 15 000 manat pul mükafatına və kateqoriyanın qalibi adına “Coffee 9bar” və “Street 9bar” biznesi ilə Türkan Eyyubova layiq görülüb.

Mikro Bizneslər kateqoriyası da sahibkar xanımların qalibiyyət uğrunda mübarizəsi ilə yadda qalıb. Qidalanma pozğunluğu mövzusunda təlimçi və məsləhətçi Şəlalə İbrahimova 5000 manatı qazanaraq layihənin 3-cü pilləsində qərar tutub. 2-ci yerə, həmçinin 10 000 manat pul mükafatına 2-6 yaş uşaqlar üçün inkişaf və təhsil proqramları üzrə ixtisaslaşmış təlim mərkəzinin təsisçisi Nigar Cəbiyeva sahib olub. Kateqoriyanın əsas mükafatını, yəni 15 000 manatı və qalib adını soyuq presləmə üsulu ilə təbii sabun istehsalı biznesinin, “Le miracle d'Asunta”-nın təsisçisi Asunta Adıgözəlova qazanıb.

Tədbirdə həmçinin Visa və Birbank Biznes Azərbaycanda ilk birgə ko-brend biznes kartı olan She's Next kartının istifadəyə verildiyi elan edilib. Sahibkar xanımlar üçün nəzərdə tutulan kart öz sahibinə bir-birindən maraqlı və faydalı imtiyazlar təqdim edir.

Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir.

Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün //birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Pul almışam, yaxşı eləmişəm” deyən direktor İŞDƏN ÇIXARILDI

“Pul almışam, yaxşı eləmişəm” deyən direktor İŞDƏN ÇIXARILDI

Pensiyalardan əlavə bu şəxslərə ÖDƏNİŞLƏR EDİLƏCƏK - VİDEO

Pensiyalardan əlavə bu şəxslərə ÖDƏNİŞLƏR EDİLƏCƏK - VİDEO

“Formula-1”də sevgi formulu - MARAQLI GÖRÜNTÜLƏR

“Formula-1”də sevgi formulu - MARAQLI GÖRÜNTÜLƏR

Ruanda Prezidenti ölkəmizə rəsmi SƏFƏRƏ GƏLDİ

Ruanda Prezidenti ölkəmizə rəsmi SƏFƏRƏ GƏLDİ

Gənclər niyə evlənmək istəmir? – VİDEOSORĞU

Gənclər niyə evlənmək istəmir? – VİDEOSORĞU

Daha bir Azərbaycan klubu Çempionlar Liqasının 1/4 FİNALINDA

Daha bir Azərbaycan klubu Çempionlar Liqasının 1/4 FİNALINDA

"Relax"da YOXLAMA: Maliyyə sanksiyası tətbiq edildi

"Relax"da YOXLAMA: Maliyyə sanksiyası tətbiq edildi

Ərdoğan: “Qüdsü tərk etməyəcəyik, bütün dinlərin hüquqlarını qorumağa davam edəcəyik” – VİDEO

Ərdoğan: “Qüdsü tərk etməyəcəyik, bütün dinlərin hüquqlarını qorumağa davam edəcəyik” – VİDEO

Qızılağac Milli Parkında brakonyerlik edən şəxslər SAXLANILDILAR

Qızılağac Milli Parkında brakonyerlik edən şəxslər SAXLANILDILAR

"Arsenal"da yeni baş direktor

"Arsenal"da yeni baş direktor

Gəncədə qadını maşın vurdu

Gəncədə qadını maşın vurdu

Bu bürcləri tezliklə taleyin fantastik dönüşü GÖZLƏYİR

Bu bürcləri tezliklə taleyin fantastik dönüşü GÖZLƏYİR

Rusiya qırıcıları Estoniyanın hava məkanını POZDU

Rusiya qırıcıları Estoniyanın hava məkanını POZDU

Güləşçimiz erməni rəqibini MƏĞLUB ETDİ - VİDEO

Güləşçimiz erməni rəqibini MƏĞLUB ETDİ - VİDEO

Bakı və bölgələrdə yaşıllıqlara 160 min manatdan çox ZİYAN VURULDU

Bakı və bölgələrdə yaşıllıqlara 160 min manatdan çox ZİYAN VURULDU

Bakıda kişi iş yoldaşının başına stəkanla vurub öldürdü - VİDEO

Bakıda kişi iş yoldaşının başına stəkanla vurub öldürdü - VİDEO

Formula 1: İkinci sərbəst yürüşdə Luis Hemilton birinci olub

Formula 1: İkinci sərbəst yürüşdə Luis Hemilton birinci olub

Aİ Budapeştin dondurulmuş 550 milyon avro vəsaitini geri çəkdi

Aİ Budapeştin dondurulmuş 550 milyon avro vəsaitini geri çəkdi

DİQQƏT: Bakının bir sıra yollarında tıxac var

DİQQƏT: Bakının bir sıra yollarında tıxac var

Nail Kəmərli ona verilmiş saxta medallardan İMTİNA ETDİ - FOTO

Nail Kəmərli ona verilmiş saxta medallardan İMTİNA ETDİ - FOTO

Tolqa Sarıtaş ata oldu – FOTO

Tolqa Sarıtaş ata oldu – FOTO

Ceyhun Bayramov Fransanın yeni səfiri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Ceyhun Bayramov Fransanın yeni səfiri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Əhaliyə ŞAD XƏBƏR – Ucuzluq başlayır…

Əhaliyə ŞAD XƏBƏR – Ucuzluq başlayır…

End of content

No more pages to load

RADİO