İtkin şəhid Məzahirin həyat yoldaşı: “Sağ gələcəyini gözləyirdik” – FOTO

"Qaynanam Əzimə xanım 8 ay bundan əvvəl vəfat edib. Son dəqiqəsinəcən o, Məzahirdən bir xəbər gözləyirdi, çünki Vətən Müharibəsindən sonra ailədə doğmalarının hamısından DNT analizi götürülmüşdü. Hamımız ümid edirdik ki, Məzahir illər sonra evimizə sağ-salamat gələr. Amma sümüklərinin tapılması xəbəri gəldi".

Bu sözləri Bizim.Media-ya Ağdərədə sümüklərinin qalığı tapılan Birinci Qarabağ şəhidi Məzahir Kərimovun həyat yoldaşı Nəzakət Kərimova deyib.

Onun sözlərinə görə, 1994-cü il yanvarın 28-də könüllü olaraq Qarabağ döyüşlərinə qatılan Məzahir Kərimov Murovdağda xidmət edib.
 

Uzun müddət ondan heç bir xəbər olmayıb. On gün əvvəl onun və qaynı Aslan Kərimovu Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına dəvət ediblər. Həmin görüşdə Kərimovlara Məzahirin sümüklərinin tanınması, doğmalarından alınan DNT analizinin köməyi ilə şəxsiyyətinin təsdiqlənməsi barədə məlumat verilib.


Nəzakət Kərimova deyir ki, itkin şəhid Məzahir Kərimovla 1990-cı il oktyabr ayının 27-də ailə həyatı qurduğunu dedi.

O cəbhəyə gedənəcən 2 qız övladı doğulub. Hazırda nəvələri də var. Nəzakət Kərimova artıq qızları Sevinlə Zülfiyyənin ailəli olduqlarını deyib.

Bildirdi ki, Zülfiyyənin 2 yaşlı oğlu itkin şəhid babası Məzahirin adını daşıyır.

Onun sözlərinə görə, 31 ildən sonra həyat yoldaşının sümüklərinin qalığının tapılması onların gözünü yollardan yığdı:
 

"Sağ gələcəyini gözləyirdik. Amma həyatda olmasa da barəsində xəbər çıxması ailəmizin intizarına son qoydu. Bu işdə əməyi olan bütün dövlət qurumlarına ailəmizin minnətdarlığını bildirirəm" - deyən itkin şəhid Məzahir Kərimovun xanımı Nəzakət Kərimova vurğulayıb.


Qarabağ döyüşlərinin itkin şəhidi sabah Xaçmaz rahonunun Usta Cəlilli kənd qəbristanlığında torpağa tapşırılacaq.













Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Formula 1" pilotları qutab bişirdi - VİDEO

"Formula 1" pilotları qutab bişirdi - VİDEO

Fələstin BMT Baş Assambleyasının 80-ci sessiyasında İŞTİRAK EDƏCƏK

Fələstin BMT Baş Assambleyasının 80-ci sessiyasında İŞTİRAK EDƏCƏK

“Karvan” “İmişli”yə uduzdu - VİDEO

“Karvan” “İmişli”yə uduzdu - VİDEO

“Pul almışam, yaxşı eləmişəm” deyən direktor İŞDƏN ÇIXARILDI - VİDEO

“Pul almışam, yaxşı eləmişəm” deyən direktor İŞDƏN ÇIXARILDI - VİDEO

Pensiyalardan əlavə bu şəxslərə ÖDƏNİŞLƏR EDİLƏCƏK - VİDEO

Pensiyalardan əlavə bu şəxslərə ÖDƏNİŞLƏR EDİLƏCƏK - VİDEO

“Formula-1”də sevgi formulu - MARAQLI GÖRÜNTÜLƏR

“Formula-1”də sevgi formulu - MARAQLI GÖRÜNTÜLƏR

Ruanda Prezidenti ölkəmizə rəsmi SƏFƏRƏ GƏLDİ

Ruanda Prezidenti ölkəmizə rəsmi SƏFƏRƏ GƏLDİ

Gənclər niyə evlənmək istəmir? – VİDEOSORĞU

Gənclər niyə evlənmək istəmir? – VİDEOSORĞU

Daha bir Azərbaycan klubu Çempionlar Liqasının 1/4 FİNALINDA

Daha bir Azərbaycan klubu Çempionlar Liqasının 1/4 FİNALINDA

"Relax"da YOXLAMA: Maliyyə sanksiyası tətbiq edildi

"Relax"da YOXLAMA: Maliyyə sanksiyası tətbiq edildi

Ərdoğan: “Qüdsü tərk etməyəcəyik, bütün dinlərin hüquqlarını qorumağa davam edəcəyik” – VİDEO

Ərdoğan: “Qüdsü tərk etməyəcəyik, bütün dinlərin hüquqlarını qorumağa davam edəcəyik” – VİDEO

Qızılağac Milli Parkında brakonyerlik edən şəxslər SAXLANILDILAR

Qızılağac Milli Parkında brakonyerlik edən şəxslər SAXLANILDILAR

"Arsenal"da yeni baş direktor

"Arsenal"da yeni baş direktor

Gəncədə qadını maşın vurdu

Gəncədə qadını maşın vurdu

Bu bürcləri tezliklə taleyin fantastik dönüşü GÖZLƏYİR

Bu bürcləri tezliklə taleyin fantastik dönüşü GÖZLƏYİR

Rusiya qırıcıları Estoniyanın hava məkanını POZDU

Rusiya qırıcıları Estoniyanın hava məkanını POZDU

Güləşçimiz erməni rəqibini MƏĞLUB ETDİ - VİDEO

Güləşçimiz erməni rəqibini MƏĞLUB ETDİ - VİDEO

Bakı və bölgələrdə yaşıllıqlara 160 min manatdan çox ZİYAN VURULDU

Bakı və bölgələrdə yaşıllıqlara 160 min manatdan çox ZİYAN VURULDU

Bakıda kişi iş yoldaşının başına stəkanla vurub öldürdü - VİDEO

Bakıda kişi iş yoldaşının başına stəkanla vurub öldürdü - VİDEO

Formula 1: İkinci sərbəst yürüşdə Luis Hemilton birinci olub

Formula 1: İkinci sərbəst yürüşdə Luis Hemilton birinci olub

Aİ Budapeştin dondurulmuş 550 milyon avro vəsaitini geri çəkdi

Aİ Budapeştin dondurulmuş 550 milyon avro vəsaitini geri çəkdi

DİQQƏT: Bakının bir sıra yollarında tıxac var

DİQQƏT: Bakının bir sıra yollarında tıxac var

Nail Kəmərli ona verilmiş saxta medallardan İMTİNA ETDİ - FOTO

Nail Kəmərli ona verilmiş saxta medallardan İMTİNA ETDİ - FOTO

Tolqa Sarıtaş ata oldu – FOTO

Tolqa Sarıtaş ata oldu – FOTO

End of content

No more pages to load

RADİO