Azərbaycanlı alim tibb elmində yenilik edib –Dəri xəstəliyini törədən mutant geni aşkar edib

Azərbaycan alimləri Almaniyanın Bonn Universitetinin alimləri ilə birlikdə apardıqları tədqiqatlar zamanı dünya tibb elmi üçün yeni nəticə əldə ediblər.

Moderator.az xəbər verir ki, bunu Trend-ə AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov deyib.

M.Abbasovun sözlərinə görə, institutun doktorantı Aytac Hümbətovanın da iştirak etdiyi tədqiqatlar zamanı ilk dəfə olaraq, insanda ektodermal displaziya (dəri xəstəliyi) xəstəliyinə cavabdeh olan bir gendə (HOXC13 geni) mutasiya aşkar edilib. Bununla da həmin gendə müşahidə olunan dəyişiklik əsasında xəstəliyin ilkin diaqnostikasını aparmaq mümkündür.

Alim əlavə edib ki, tədqiqat ektodermal displaziya diaqnozu qoyulmuş əkiz bacılar üzərində aparılıb. Tədqiqat zamanı HOXC13 geninin 2-ci ekzonunda 28 nükleotit cütü uzunluğunda insersiya mutasiyası, yəni əlavə hissə aşkar edilib. Məhz bu dəyişiklik də insanda ektodermal displaziyanın yaranmasına səbəb olur. Araşdırma zamanı o da müəyyən edilib ki, gendəki bu dəyişiklik göz yaşı kanalının daralmasına (selikli qişanın stenozu xəstəliyi) səbəb olur. Başqa sözlə, qeyd edilən gendə olan bu dəyişiklik insanda iki xəstəliyin – ektodermal displaziya və selikli qişanın stenozu xəstəliklərinin yaranmasına gətirib çıxarır. M.Abbasov qeyd edib ki, elmi nəticə həkimlərə bu xəstəliklərin dəqiq diaqnozunu qoymağa kömək edəcək. Tədqiqatçılar həkimlərə klinik diaqnozların qoyulması zamanı yuxarıda sadalanan halların, xüsusilə ektodermal displaziya xəstəliyi yaradan genin həm də selikli qişanın stenozu xəstəliyi yaratdığını nəzərə almağı tövsiyə ediblər.

O, alimlərin bu nəticələrinin dünya elmi tərəfindən qəbul olunduğunu və buna həsr olunan elmi məqalənin Böyük Britaniyanın yüksək impakt faktorlu (6,129) “Dermatologiya” jurnalında nəşr edildiyini də söyləyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

End of content

No more pages to load

RADİO