Leyla Əliyeva təbiətin mühafizəsinin 100 illiyinə həsr olunmuş fotosərginin AÇILIŞINDA - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Dənizkənarı bulvar ərazisində Azərbaycanın təbiətin mühafizəsi sahəsində fəaliyyətinin 100 illiyinə həsr olunmuş “Milli Parklar – Azərbaycanın 12 Möcüzəsi” fotosərgisinin açılış tədbirində iştirak edib.

Bizim.Media xəbər verir ki, IDEA İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən sərgi ölkəmizin unikal biomüxtəlifliyini əks etdirən xüsusi mühafizə olunan ərazilərin, milli parkların təbiətini, zəngin florasını və faunasını fotoobyektiv vasitəsilə nümayiş etdirir.

Qeyd edək ki, Azərbaycan ərazisində təbiətin sistemli qorunmasına 1925-ci ildə ilk dövlət qoruğu olan Göygöl təbiət qoruğunun yaradılması ilə başlanılıb. Hazırda ölkəmizdə 12 milli park, 9 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Milli parklar Azərbaycanın təbiətinin mühafizəsinə dair dövlət siyasətinin əsas sütunlarından biridir. Bu siyasətin daha geniş ictimaiyyətə çatdırılması məqsədilə Leyla Əliyevanın təşəbbüsü ilə 2013-cü ildə “Azərbaycanın 7 Möcüzəsi” kinolayihəsinə start verilib. Milli parkların sayı artdıqca, layihənin adı da dəyişərək “Azərbaycanın 12 Möcüzəsi”nə çevrilib. Son olaraq, Prezident İlham Əliyevin 2025-ci il 14 iyul tarixli Sərəncamı ilə Azərbaycanda daha iki yeni milli park – Axar-Baxar və İlisu milli parkları yaradılıb.

Layihənin təşəbbüskarı Leyla Əliyevanın rəhbərliyi ilə səkkiz sənədli film çəkilib, yüzlərlə videomaterial və fotoşəkil sosial şəbəkələrdə milyonlarla izləyici tərəfindən maraqla qarşılanıb.

Bu fotosərgi həmin layihənin çoxsaylı və təsirli nəticələrindən biridir. Sərgidə təqdim olunan şəkillər təkcə Azərbaycanın təbiət möcüzələrini nümayiş etdirmir, həm də ekoloji maarifləndirmə baxımından mühüm rol oynayır. Burada tamaşaçılar təbiətin qorunmasının nə qədər vacib olduğunu hiss edir, insanın təbiətə olan məsuliyyətini daha dərindən anlayırlar.
 

“Azərbaycanın 12 Möcüzəsi” adlanan layihəyə daxil olan milli parklar ölkəmizin müxtəlif coğrafi bölgələrini və ekosistemlərini əhatə edir. Bunlara Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Ağgöl Milli Parkı, Şirvan Milli Parkı, Hirkan Milli Parkı, Altıağac Milli Parkı, Abşeron Milli Parkı, Şahdağ Milli Parkı, Göygöl Milli Parkı, Samur-Yalama Milli Parkı, Qızılağac Milli Parkı, Axar-Baxar Milli Parkı və İlisu Milli Parkı daxildir. Bu parklar Azərbaycanın zəngin təbii irsinin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıyır.



Qeyd edək ki, Dənizkənarı bulvar ərazisində yay boyunca davam edəcək fotosərgidə təqdim olunan şəkillər tanınmış fotoqraflar – İqor Bışnyov, İlya Bışnyov, Natalya Teterevskaya və Nikita Bışnyov tərəfindən çəkilib.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nazilə SÖZ ATDI: “Gecə 3-də camaatın ərinə niyə zəng edirsən?” - VİDEO

Nazilə SÖZ ATDI: “Gecə 3-də camaatın ərinə niyə zəng edirsən?” - VİDEO

Zelenski Hərbi Ombudsman Ofisinin yaradılması barədə fərman İMZALADI - FOTO

Zelenski Hərbi Ombudsman Ofisinin yaradılması barədə fərman İMZALADI - FOTO

Bananın bilmədiyimiz FAYDALARI - Belə olanları yeməyin!

Bananın bilmədiyimiz FAYDALARI - Belə olanları yeməyin!

Birinci Liqada ikinci tura yekun vuruldu - VİDEO

Birinci Liqada ikinci tura yekun vuruldu - VİDEO

Kəlbəcərə DOLU YAĞDI

Kəlbəcərə DOLU YAĞDI

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıya gəldi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıya gəldi

"Formula 1" pilotları qutab bişirdi - VİDEO

"Formula 1" pilotları qutab bişirdi - VİDEO

Fələstin BMT Baş Assambleyasının 80-ci sessiyasında İŞTİRAK EDƏCƏK

Fələstin BMT Baş Assambleyasının 80-ci sessiyasında İŞTİRAK EDƏCƏK

“Karvan” “İmişli”yə uduzdu - VİDEO

“Karvan” “İmişli”yə uduzdu - VİDEO

“Pul almışam, yaxşı eləmişəm” deyən direktor İŞDƏN ÇIXARILDI - VİDEO

“Pul almışam, yaxşı eləmişəm” deyən direktor İŞDƏN ÇIXARILDI - VİDEO

Pensiyalardan əlavə bu şəxslərə ÖDƏNİŞLƏR EDİLƏCƏK - VİDEO

Pensiyalardan əlavə bu şəxslərə ÖDƏNİŞLƏR EDİLƏCƏK - VİDEO

“Formula-1”də sevgi formulu - MARAQLI GÖRÜNTÜLƏR

“Formula-1”də sevgi formulu - MARAQLI GÖRÜNTÜLƏR

Ruanda Prezidenti ölkəmizə rəsmi SƏFƏRƏ GƏLDİ

Ruanda Prezidenti ölkəmizə rəsmi SƏFƏRƏ GƏLDİ

Gənclər niyə evlənmək istəmir? – VİDEOSORĞU

Gənclər niyə evlənmək istəmir? – VİDEOSORĞU

Daha bir Azərbaycan klubu Çempionlar Liqasının 1/4 FİNALINDA

Daha bir Azərbaycan klubu Çempionlar Liqasının 1/4 FİNALINDA

"Relax"da YOXLAMA: Maliyyə sanksiyası tətbiq edildi

"Relax"da YOXLAMA: Maliyyə sanksiyası tətbiq edildi

Ərdoğan: “Qüdsü tərk etməyəcəyik, bütün dinlərin hüquqlarını qorumağa davam edəcəyik” – VİDEO

Ərdoğan: “Qüdsü tərk etməyəcəyik, bütün dinlərin hüquqlarını qorumağa davam edəcəyik” – VİDEO

Qızılağac Milli Parkında brakonyerlik edən şəxslər SAXLANILDILAR

Qızılağac Milli Parkında brakonyerlik edən şəxslər SAXLANILDILAR

"Arsenal"da yeni baş direktor

"Arsenal"da yeni baş direktor

Gəncədə qadını maşın vurdu

Gəncədə qadını maşın vurdu

Bu bürcləri tezliklə taleyin fantastik dönüşü GÖZLƏYİR

Bu bürcləri tezliklə taleyin fantastik dönüşü GÖZLƏYİR

Rusiya qırıcıları Estoniyanın hava məkanını POZDU

Rusiya qırıcıları Estoniyanın hava məkanını POZDU

Güləşçimiz erməni rəqibini MƏĞLUB ETDİ - VİDEO

Güləşçimiz erməni rəqibini MƏĞLUB ETDİ - VİDEO

Bakı və bölgələrdə yaşıllıqlara 160 min manatdan çox ZİYAN VURULDU

Bakı və bölgələrdə yaşıllıqlara 160 min manatdan çox ZİYAN VURULDU

End of content

No more pages to load

RADİO