Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub - FOTO

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 16-da Bakı Kitab Mərkəzində olublar.

Bizim.Media xəbər verir ki, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva qonağa mərkəz haqqında məlumat verib.

Bildirilib ki, Bakı Kitab Mərkəzi 2018-ci ildən rəsmi olaraq fəaliyyət göstərir. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yaradılmış Mərkəz kitab satışına yeni yanaşma gətirərək, Azərbaycan, rus, türk, ingilis və digər dillərdə müxtəlif janrlarda kitablar təqdim edir. Sahəsi 2500 kvadratmetr olan Mərkəzin 1-ci və 2-ci mərtəbələrində Heydər Əliyev Fondunun nəşrləri nümayiş olunur. Birinci mərtəbədə, həmçinin "I Love Baku" brendinin, “Azərpoçt” MMC-nin məhsulları, Azərbaycan dilində və xarici dillərdə dünya bestsellerləri, klassik ədəbiyyat, qeyri-bədii əsərlər, incəsənət albomları, turist bələdçiləri, dəftərxana malları və hədiyyələr mövcuddur.

Kitab satışına əlavə olaraq birinci mərtəbədə "Coffeemood" adlı kafe fəaliyyət göstərir.

Qeyd edilib ki, Mərkəzin ikinci mərtəbəsində oxu zalı, zəif görmə qabiliyyəti olan insanlar üçün xüsusi bölmə, uşaqlar üçün guşə, müxtəlif tədbirlərin keçirilməsi və elmi fəaliyyətlərlə məşğul olanlar üçün nəzərdə tutulmuş sahələr mövcuddur.
 

Bakı Kitab Mərkəzində kitabsevərlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün əlavə imkanlar da var. Burada mütəmadi olaraq müxtəlif kitab təqdimatları, mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, imza saatları, uşaqlar üçün “Oxu” saatları və yaradıcılıq dərnəkləri, beynəlxalq təşkilatlar, eləcə də xarici səfirliklərlə birgə təşkil olunan tədbirlər keçirilir. Müxtəlif yerlərdə quraşdırılmış monitorlarda yeni kitablar haqqında məlumatlar təqdim olunur. Sensor ekranlar vasitəsilə Mərkəzdə mövcud olan bütün kitablar haqqında məlumat əldə etmək mümkündür.


Sonda Bakı Kitab Mərkəzi adından qonağa xatirə hədiyyəsi təqdim olunub.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski Hərbi Ombudsman Ofisinin yaradılması barədə fərman İMZALADI - FOTO

Zelenski Hərbi Ombudsman Ofisinin yaradılması barədə fərman İMZALADI - FOTO

Bananın bilmədiyimiz FAYDALARI - Belə olanları yeməyin!

Bananın bilmədiyimiz FAYDALARI - Belə olanları yeməyin!

Birinci Liqada ikinci tura yekun vuruldu - VİDEO

Birinci Liqada ikinci tura yekun vuruldu - VİDEO

Kəlbəcərə DOLU YAĞDI

Kəlbəcərə DOLU YAĞDI

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıya gəldi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıya gəldi

"Formula 1" pilotları qutab bişirdi - VİDEO

"Formula 1" pilotları qutab bişirdi - VİDEO

Fələstin BMT Baş Assambleyasının 80-ci sessiyasında İŞTİRAK EDƏCƏK

Fələstin BMT Baş Assambleyasının 80-ci sessiyasında İŞTİRAK EDƏCƏK

“Karvan” “İmişli”yə uduzdu - VİDEO

“Karvan” “İmişli”yə uduzdu - VİDEO

“Pul almışam, yaxşı eləmişəm” deyən direktor İŞDƏN ÇIXARILDI - VİDEO

“Pul almışam, yaxşı eləmişəm” deyən direktor İŞDƏN ÇIXARILDI - VİDEO

Pensiyalardan əlavə bu şəxslərə ÖDƏNİŞLƏR EDİLƏCƏK - VİDEO

Pensiyalardan əlavə bu şəxslərə ÖDƏNİŞLƏR EDİLƏCƏK - VİDEO

“Formula-1”də sevgi formulu - MARAQLI GÖRÜNTÜLƏR

“Formula-1”də sevgi formulu - MARAQLI GÖRÜNTÜLƏR

Ruanda Prezidenti ölkəmizə rəsmi SƏFƏRƏ GƏLDİ

Ruanda Prezidenti ölkəmizə rəsmi SƏFƏRƏ GƏLDİ

Gənclər niyə evlənmək istəmir? – VİDEOSORĞU

Gənclər niyə evlənmək istəmir? – VİDEOSORĞU

Daha bir Azərbaycan klubu Çempionlar Liqasının 1/4 FİNALINDA

Daha bir Azərbaycan klubu Çempionlar Liqasının 1/4 FİNALINDA

"Relax"da YOXLAMA: Maliyyə sanksiyası tətbiq edildi

"Relax"da YOXLAMA: Maliyyə sanksiyası tətbiq edildi

Ərdoğan: “Qüdsü tərk etməyəcəyik, bütün dinlərin hüquqlarını qorumağa davam edəcəyik” – VİDEO

Ərdoğan: “Qüdsü tərk etməyəcəyik, bütün dinlərin hüquqlarını qorumağa davam edəcəyik” – VİDEO

Qızılağac Milli Parkında brakonyerlik edən şəxslər SAXLANILDILAR

Qızılağac Milli Parkında brakonyerlik edən şəxslər SAXLANILDILAR

"Arsenal"da yeni baş direktor

"Arsenal"da yeni baş direktor

Gəncədə qadını maşın vurdu

Gəncədə qadını maşın vurdu

Bu bürcləri tezliklə taleyin fantastik dönüşü GÖZLƏYİR

Bu bürcləri tezliklə taleyin fantastik dönüşü GÖZLƏYİR

Rusiya qırıcıları Estoniyanın hava məkanını POZDU

Rusiya qırıcıları Estoniyanın hava məkanını POZDU

Güləşçimiz erməni rəqibini MƏĞLUB ETDİ - VİDEO

Güləşçimiz erməni rəqibini MƏĞLUB ETDİ - VİDEO

Bakı və bölgələrdə yaşıllıqlara 160 min manatdan çox ZİYAN VURULDU

Bakı və bölgələrdə yaşıllıqlara 160 min manatdan çox ZİYAN VURULDU

Bakıda kişi iş yoldaşının başına stəkanla vurub öldürdü - VİDEO

Bakıda kişi iş yoldaşının başına stəkanla vurub öldürdü - VİDEO

End of content

No more pages to load

RADİO