Qurbanqulu Berdiməhəmmədov Milli Məclisdə – FOTO

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun başçılıq etdiyi nümayəndə heyəti İyulun 16-da Milli Məclisdə olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildiriblər ki, Xalq Məsləhətinin sədri əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. 

Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov buradakı Xatirə kitabına ürək sözlərini yazıb.

Sonra geniş tərkibdə görüş keçirilib.
 

Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin ölkələrimiz arasında münasibətlərin inkişafı və möhkəmlənməsi işinə xidmət edəcəyinə inamını bildirib.


S.Qafarova qeyd edib ki, xalqlarımızın ortaq tarixi, mədəni, dil, din və ailə dəyərləri, oxşarlıqları ölkələrimiz arasında münasibətlərin təməlini təşkil edir. Müstəqillik qazandıqdan sonra məhz bu möhkəm təməl üzərində ölkələrimiz arasında geniş münasibətlər qurulub.

Bildirilib ki, dövlətlərarası əlaqələrin möhkəmləndirilməsində və dərinləşdirilməsində qarşılıqlı səfərlər və ali səviyyədə görüşlər müstəsna rol oynayır.

Qeyd olunub ki, Azərbaycan və Türkmənistan bir sıra beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edirlər. Türkmənistan tərəfinin Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi təşəbbüslərinə daimi dəstəyi yüksək qiymətləndirilir.

Azərbaycan və Türkmənistan arasında iqtisadi sahədə də tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün möhkəm təməl mövcuddur, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. Bununla yanaşı, ölkələrimiz arasında humanitar əməkdaşlıq da xüsusi məna və xarakter kəsb edir.

Azərbaycan və Türkmənistan parlamentlərinin fəaliyyəti barədə danışan S.Qafarova deyib ki, qarşılıqlı səfərlər, parlament sədrlərinin və qanunvericilərin görüşləri bu əməkdaşlığa mühüm təkan verir.

Parlamentlərarası əlaqələr üzrə dostluq qrupları birgə fəaliyyətləri və əməkdaşlıqları ilə parlamentlər arasında körpü rolunu oynayır.

Qeyd olunub ki, iki ölkənin parlamentarilərinin həm ikitərəfli formatda, həm də parlamentlərarası qurumlar çərçivəsində qarşılıqlı fəaliyyətinin genişləndirilməsi Azərbaycan və Türkmənistan arasında münasibətləri daha da intensivləşdirməyə kömək edəcək.

Ölkəmizə səfərindən məmnunluqla danışan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bu səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüş və aparılmış müzakirələr barədə yüksək təəssüratlarını bölüşüb.
 

Xalqlarımızın və dövlətlərimizin türk ailəsinin üzvləri kimi dünya siyasətinə verdiyi mühüm töhfələrdən danışan qonaq COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsinə və mühüm məsələlərin müzakirəsinə görə bir daha təbriklərini çatdırıb.


O, regional məsələlər, gender məsələləri, gənclər siyasəti, iqtisadi əlaqələr, Hökumətlərarası komissiyanın fəaliyyəti, parlament diplomatiyası, parlamentlərarası dialoq və digər mövzular barəsində fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

"Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

Eldəniz Əzizli dünya çempionatının bürünc medalını QAZANDI

Eldəniz Əzizli dünya çempionatının bürünc medalını QAZANDI

Tramp BU TARİXDƏ Ərdoğanla görüşəcək

Tramp BU TARİXDƏ Ərdoğanla görüşəcək

Ucarda eyni ərazidə 2 QƏZA - Xəsarət alanlar var

Ucarda eyni ərazidə 2 QƏZA - Xəsarət alanlar var

“Şəki”də türkiyəli basketbolçu

“Şəki”də türkiyəli basketbolçu

Zaqatalada qeyri-sabit hava fəsad TÖRƏTDİ - Ağaca ildırım düşdü - FOTO

Zaqatalada qeyri-sabit hava fəsad TÖRƏTDİ - Ağaca ildırım düşdü - FOTO

Peskov: “Putin Ukraynadakı münaqişənin həllinə hələ də hazırdır”

Peskov: “Putin Ukraynadakı münaqişənin həllinə hələ də hazırdır”

Nazilə SÖZ ATDI: “Gecə 3-də camaatın ərinə niyə zəng edirsən?” - VİDEO

Nazilə SÖZ ATDI: “Gecə 3-də camaatın ərinə niyə zəng edirsən?” - VİDEO

Zelenski Hərbi Ombudsman Ofisinin yaradılması barədə fərman İMZALADI - FOTO

Zelenski Hərbi Ombudsman Ofisinin yaradılması barədə fərman İMZALADI - FOTO

Bananın bilmədiyimiz FAYDALARI - Belə olanları yeməyin!

Bananın bilmədiyimiz FAYDALARI - Belə olanları yeməyin!

Birinci Liqada ikinci tura yekun vuruldu - VİDEO

Birinci Liqada ikinci tura yekun vuruldu - VİDEO

Kəlbəcərə DOLU YAĞDI

Kəlbəcərə DOLU YAĞDI

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıya gəldi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıya gəldi

"Formula 1" pilotları qutab bişirdi - VİDEO

"Formula 1" pilotları qutab bişirdi - VİDEO

Fələstin BMT Baş Assambleyasının 80-ci sessiyasında İŞTİRAK EDƏCƏK

Fələstin BMT Baş Assambleyasının 80-ci sessiyasında İŞTİRAK EDƏCƏK

“Karvan” “İmişli”yə uduzdu - VİDEO

“Karvan” “İmişli”yə uduzdu - VİDEO

“Pul almışam, yaxşı eləmişəm” deyən direktor İŞDƏN ÇIXARILDI - VİDEO

“Pul almışam, yaxşı eləmişəm” deyən direktor İŞDƏN ÇIXARILDI - VİDEO

Pensiyalardan əlavə bu şəxslərə ÖDƏNİŞLƏR EDİLƏCƏK - VİDEO

Pensiyalardan əlavə bu şəxslərə ÖDƏNİŞLƏR EDİLƏCƏK - VİDEO

“Formula-1”də sevgi formulu - MARAQLI GÖRÜNTÜLƏR

“Formula-1”də sevgi formulu - MARAQLI GÖRÜNTÜLƏR

Ruanda Prezidenti ölkəmizə rəsmi SƏFƏRƏ GƏLDİ

Ruanda Prezidenti ölkəmizə rəsmi SƏFƏRƏ GƏLDİ

Gənclər niyə evlənmək istəmir? – VİDEOSORĞU

Gənclər niyə evlənmək istəmir? – VİDEOSORĞU

Daha bir Azərbaycan klubu Çempionlar Liqasının 1/4 FİNALINDA

Daha bir Azərbaycan klubu Çempionlar Liqasının 1/4 FİNALINDA

"Relax"da YOXLAMA: Maliyyə sanksiyası tətbiq edildi

"Relax"da YOXLAMA: Maliyyə sanksiyası tətbiq edildi

Ərdoğan: “Qüdsü tərk etməyəcəyik, bütün dinlərin hüquqlarını qorumağa davam edəcəyik” – VİDEO

Ərdoğan: “Qüdsü tərk etməyəcəyik, bütün dinlərin hüquqlarını qorumağa davam edəcəyik” – VİDEO

End of content

No more pages to load

RADİO