Azərbaycanda bir universitet təhsil haqqını ARTIRDI

Ali təhsil müəssisələrinə ixtisas seçimi prosesi yaxınlaşdıqca, həm məzunları, həm də onların valideynlərini düşündürən mühüm məsələlərdən biri də təhsil haqlarıdır. Ödənişli plan yerləri üzrə təhsil haqlarının məbləğinin dəyişməsi bəzi tələbələrin təhsil planlarına, maliyyə imkanlarına və gələcək perspektivlərinə də birbaşa təsir edir.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Mətbuat Xidmətindən "Azərbaycan müəllimi"nə bildirilib ki, 2025/2026-cı tədris ili üzrə BDU-da təhsil haqları ilə bağlı hər hansı əhəmiyyətli dəyişiklik nəzərdə tutulmayıb:
 

"Bu qərar ali təhsilin maliyyə baxımından əlçatanlığının təmin edilməsi, eləcə də tələbələrin və onların ailələrinin sosial-iqtisadi vəziyyətinin nəzərə alınması məqsədilə qəbul edilib. Eyni zamanda, qeyd edirik ki, hazırda BDU-ya qəbul olan tələbələrin orta hesabla 70 faizi dövlət sifarişi əsasında təhsil alır.


Ödənişli əsaslarla qəbul edilən tələbələr isə təhsil haqqının ödənişində çevik mexanizmlərdən yararlana bilirlər. Belə ki, onlar qəbul zamanı təhsil haqqının 50 faizini ödəməklə qeydiyyatdan keçə, qalan məbləğin ödənişini isə semestr imtahanları dövründə tamamlaya bilərlər".

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2025/2026-cı tədris ili üçün təhsil haqlarında heç bir dəyişiklik edilməyib. Lakin universitet bu il magistratura səviyyəsində yeni ixtisas və ixtisaslaşmalarla tədris sahəsini genişləndirib.

ADNSU ilk dəfə olaraq aşağıdakı 4 ixtisas və 8 ixtisaslaşma üzrə magistr hazırlığına başlayacaq:

- "Biznesin təşkili və idarə edilməsi" (MBA) - (Azərbaycan dilində) (ixtisas)

* "İnsan resurslarının idarə olunması" (ixtisaslaşma)

* "Marketinq" (ixtisaslaşma)

* "Ümumi idarəetmə" (ixtisaslaşma)

* "İnformasiya texnologiyalarının idarə edilməsi" (ixtisaslaşma)

* "Əməliyyatların idarə edilməsi" (ixtisaslaşma)

- "İnformasiya təhlükəsizliyi" (ixtisas)

* "Kibertəhlükəsizlik" (ixtisaslaşma)

- "Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi" (ixtisas)

* "Nəqliyyat logistikası" (ixtisaslaşma)

- "Sənaye mühəndisliyi" (ixtisas)

* "Texnologiya və əməliyyatların idarə edilməsi" (ixtisaslaşma)
 

Bundan başqa, bu il universitet bakalavriat səviyyəsində ilk dəfə ingilis dilində "Data analitikası" ixtisası üzrə tələbə qəbulu həyata keçirəcək. Bu yeniliklər ADNSU-nun təhsil spektrini genişləndirərək tələbələrə daha çox seçim imkanı yaradır.


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) isə bakalavriat və magistratura səviyyələrində təhsil haqları artıb. Burada bakalavriat və magistratura səviyyələrində bütün ixtisaslar üzrə təhsil haqqı 2300 manatdan 2400 manata, MBA proqramlarında isə 2500 manatdan 2700 manata qalxıb.
Azərbaycan Texniki Universitetində (AzTU) isə 2025/2026-cı tədris ili üçün təhsil haqlarında dəyişiklik yoxdur, əvvəlki ildəki məbləğ olduğu kimi saxlanılıb.

Ümumilikdə 2025/2026-cı tədris ili üçün ölkəmizin aparıcı universitetlərində təhsil haqlarında böyük bir artım müşahidə edilmir.

Bu xüsusilə tələbələrin təhsil xərclərinin artmasının qarşısını almaq və ali təhsilin əlçatanlığını təmin etmək məqsədini güdür. Lakin bəzi universitetlərdə təhsil haqlarında artım baş verib ki, bu da tələbələrin planlarını düzgün qurması üçün diqqətə almalı olduğu mühüm nüanslardan biridir. Yeni ixtisas və proqramların açılması isə tələbələr üçün gələcək karyeralarına əlavə imkanlar yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu məktəbdə şagirdlər dərsi ayaqüstə öyrənirlər - Oturmağa yer yoxdur - VİDEO

Bu məktəbdə şagirdlər dərsi ayaqüstə öyrənirlər - Oturmağa yer yoxdur - VİDEO

“Milan” millinin üzvünü TRANSFER EDİR

“Milan” millinin üzvünü TRANSFER EDİR

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri GÜNÜDÜR

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri GÜNÜDÜR

Rövşən Rüstəmovdan kütləvi İXTİSAR: Çox sayda insan işdən KƏNARLAŞDIRILIB

Rövşən Rüstəmovdan kütləvi İXTİSAR: Çox sayda insan işdən KƏNARLAŞDIRILIB

Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO

Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Suriyada ABŞ-a hücumlar planlaşdıran terror təşkilatının yüksək vəzifəli üzvü ÖLDÜRÜLDÜ

Suriyada ABŞ-a hücumlar planlaşdıran terror təşkilatının yüksək vəzifəli üzvü ÖLDÜRÜLDÜ

Qənimət Zahid Baş Prokurorluğa ÇAĞIRILDI

Qənimət Zahid Baş Prokurorluğa ÇAĞIRILDI

Zidan Əlcəzair millisini SEÇDİ

Zidan Əlcəzair millisini SEÇDİ

Kosmosda konsert verməkdən İMTİNA ETDİ

Kosmosda konsert verməkdən İMTİNA ETDİ

İstanbul boğazında DƏHŞƏT: Yük gəmisi sərnişin bərəsi ilə toqquşdu, yaralılar var - VİDEO

İstanbul boğazında DƏHŞƏT: Yük gəmisi sərnişin bərəsi ilə toqquşdu, yaralılar var - VİDEO

“Zirə”dən əzmkar qələbə - VİDEO

“Zirə”dən əzmkar qələbə - VİDEO

Sabah meteohəssas insanlar üçün pis gün olacaq - PROQNOZ

Sabah meteohəssas insanlar üçün pis gün olacaq - PROQNOZ

"Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

"Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

Eldəniz Əzizli dünya çempionatının bürünc medalını QAZANDI

Eldəniz Əzizli dünya çempionatının bürünc medalını QAZANDI

Tramp BU TARİXDƏ Ərdoğanla görüşəcək

Tramp BU TARİXDƏ Ərdoğanla görüşəcək

Ucarda eyni ərazidə 2 QƏZA - Xəsarət alanlar var - VİDEO

Ucarda eyni ərazidə 2 QƏZA - Xəsarət alanlar var - VİDEO

“Şəki”də türkiyəli basketbolçu

“Şəki”də türkiyəli basketbolçu

Zaqatalada qeyri-sabit hava fəsad TÖRƏTDİ - Ağaca ildırım düşdü - FOTO

Zaqatalada qeyri-sabit hava fəsad TÖRƏTDİ - Ağaca ildırım düşdü - FOTO

Peskov: “Putin Ukraynadakı münaqişənin həllinə hələ də hazırdır”

Peskov: “Putin Ukraynadakı münaqişənin həllinə hələ də hazırdır”

Nazilə SÖZ ATDI: “Gecə 3-də camaatın ərinə niyə zəng edirsən?” - VİDEO

Nazilə SÖZ ATDI: “Gecə 3-də camaatın ərinə niyə zəng edirsən?” - VİDEO

Zelenski Hərbi Ombudsman Ofisinin yaradılması barədə fərman İMZALADI - FOTO

Zelenski Hərbi Ombudsman Ofisinin yaradılması barədə fərman İMZALADI - FOTO

Bananın bilmədiyimiz FAYDALARI - Belə olanları yeməyin!

Bananın bilmədiyimiz FAYDALARI - Belə olanları yeməyin!

Birinci Liqada ikinci tura yekun vuruldu - VİDEO

Birinci Liqada ikinci tura yekun vuruldu - VİDEO

End of content

No more pages to load

RADİO