Nəriman Nərimanov rayonu Faiq Yusifov küçəsinin bir hissəsində yaşayan vətəndaşlar susuzluqdan əziyyət çəkirlər.
Bununla bağlı Bizim.Media-ya müraciət edən sakinlər Faiq Yusifov 2A ünvanında bir həftəyə yaxındır gecələr suyun kəsildiyini bildiriblər.
Dediklərinə görə əvvəllər həmin ərazidə su kəsilməyib.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Bizim.Media-ya bildirilib ki, yaranan fasilə təzyiqlə bağlı olub:
“Hazırda məsələ həll olunub. Xətt öz axımınə rejimlə həyata keçirir. Əvvəlki formada suyun gəlməsi üçün bir az vaxt tələb olunur və yaxın günlərdə bu vəziyyət düzələcək”.
Günay Şahmar, Bizim.Media