“Məzun oldum, amma onsuz...” – Şəhid Anar Novruzovun qızı atasının arzusunu gerçəkləşdirdi – FOTO

Beş il öncə Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə bir döyüş  - Tovuz döyüşləri də qızıl hərflərlə yazıldı. 2020-ci ilin iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatı nəticəsində  Azərbaycanın vətənsevər oğulları general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynalov, gizir Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuş Elçin Mustafazadən, çavuş Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olublar.

Amma atasız...

Tovuz döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olan mayor Anar Novruzovun qızı Firuzə Novruzova ilə həmsöhbət olduq.

O, Bizim.Media-ya müsahibəsində atası ilə olan son yazışmasından danışıb və xatirələrini ürək yanğısı ilə bölüşüb.

Şəhidimizin  ən böyük arzusu qızının yaxşı oxuyub tələbə adını qazanması olub. Bəli, Firuzə atasının arzusunu yerinə yetirərək Xəzər Universitetinin  Hümanitar, təhsil və Sosial elimlər fakultəsinin “Tarix müəllimliyi” ixtisasına  qəbul olub və il həmin universitetin məzunu olur. Amma atasız….

“Bu gün atam  mayor Anar Novruzovun  şəhid olmasından beş il keçir. Həyatımın ən önəmli mərhələsini keçdim – artıq məzunam. Atamın ən böyük arzusu, məni  və qardaşımı savadlı, vicdanlı ən əsası bu dövlət üçün layiqli  bir gənc görmək idi . Onun arzuları adətən həmişə mənimlə bağlı olub.


Mənim üçün onun yoxluğunu qəbul etmək çox çətindir. Çünki  təkcə atamı yox, mənə yol göstərə biləcək bir müəllimi itirmişəm. Atamdan sonra sanki kor idim. Çünki hər işimdə mənə düzgün yolu o göstərədi. Bu gün təəssüflər olsun ki, onun yerini doldura biləcək heç bir şey yoxdur. Hələ  də  onun yoxluğunu qəbul edə bilmirəm . Çünki  onun varlığını hər addımımda duyuram. Bilirəm ki, haradasa məni izləyir, qoruyur və susaraq mənimlə fəxr edir. Mən də eyni zamanda  ona layiq bir övlad olmağa çalışıram”.

Atam sağ olsaydı, məni belə görmək istəyərdi...

Firuzə tələbə ikən heç vaxt atasının adından sui-istifadə etmədiyini , bunu əsas tutaraq  özünü digər tələbə yoldaşlarından fərqləndirmədiyini deyib:

“Əslində, olduğum vəziyyəti kiməsə hiss etdirməyi sevmirəm. Heç kimə deməsəm də, bəzən elə insanlar olurdu ki, kim olduğumu bilirdilər. Onun qızı olduğum üçün həmişə özümü gizlətməyə üstünlük vermişəm. Atam da xaraktercə sakit, iç dünyasını gizlədən bir insan idi. Bəlkə də bu xarakter ona olan bənzərliyimdən irəli gəlir. İstəmirdim ki, insanlar mənə fərqli yanaşsınlar. Onun adı ilə yox, öz adımla irəliləməyə çalışmışam. Çünki o da məhz belə olmağımı istəyərdi.


Heç bir müəllimimə və başqa insanlara bunu bildirməmişəm. Çalışmışam ki, atama görə mənə güzəşt etməsinlər. Öz ayaqlarım üzərində  özüm dayanmağa çalışmışam. Bilirəm ki, atam da sağ olsaydı, məni belə görmək istəyərdi. Bilirsiniz ki, atam səngər zabiti olub. O, hər zaman vətənini, torpağını ailəsindən və övladlarından üstün tutub. Bu səbəbdən də çəkdiyi heç bir əziyyəti dilə gətirməyib. O, şəhid olduqdan sonra biz onun nələr çəkdiyini cəbhə dostlarından, əsgərlərindən və zabit yoldaşlarından eşitmişik”- deyə qızı dilə gətirib.

Qəhrəman şəhidimizin qızı, atasının yoxluğunu hiss etmək üçün xüsusi bir anın və yaxud günün olması vacib olmadığını qeyd etdi. Evlərində  hər zaman bir nəfəsin çatışmazlığını göz yaşları ilə vurğuladı. Eyni zamanda hər xoş günlərində  şəhidimizin  yoxluğunu  gözlə görünməsə də, ürəklə hiss olunduğunu dedi:

Onun üçün xoşbəxt olmaq istəyirəm...


“Kaş ki, atam yaşasaydı… Kaş ki bu gün yanımızda olsaydı. Həyat çox zaman ədalətsiz olur. Bəzən düşünürəm, bəlkə də o sağ olsaydı, həyatımızda bir çox şeylər daha yaxşı olardı. Hər dəfə sevincli günlərimdə ilk onu düşünürəm. Çünki bu günlər, bu xoşbəxtliklər onun haqqı idi.

Mən hər zaman xoşbəxt olmağa çalışıram — onun üçün. Çünki bilirəm o, məni belə görmək istəyərdi. Amma onu itirdikdən sonra, mən artıq sadəcə özüm üçün deyil, eyni zamanda onun qəhrəman adı üçün yaşamağa başladım”.

Onu da qeyd edək ki, Anar Novruzovun şəhid olmamışdan  bir neçə saat öncə son yazışması qızı Firuzə ilə olub və o, yazışasında qızına dərslərini yaxşı oxumağı tapşırıb.


Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ”ın oyunçusu ÇL-də rəmzi komandaya düşdü - FOTO

“Qarabağ”ın oyunçusu ÇL-də rəmzi komandaya düşdü - FOTO

Ağır yüklər tromboza yol açır - XƏBƏRDARLIQ

Ağır yüklər tromboza yol açır - XƏBƏRDARLIQ

Yunan-Roma güləşçimiz dünya çempionatının FİNALINDA

Yunan-Roma güləşçimiz dünya çempionatının FİNALINDA

Könül anasını efirdə görüb AĞLADI - VİDEO

Könül anasını efirdə görüb AĞLADI - VİDEO

Bu məktəbdə şagirdlər dərsi ayaqüstə öyrənirlər - Oturmağa yer yoxdur - VİDEO

Bu məktəbdə şagirdlər dərsi ayaqüstə öyrənirlər - Oturmağa yer yoxdur - VİDEO

“Milan” millinin üzvünü TRANSFER EDİR

“Milan” millinin üzvünü TRANSFER EDİR

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri GÜNÜDÜR

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri GÜNÜDÜR

Rövşən Rüstəmovdan kütləvi İXTİSAR: Çox sayda insan işdən KƏNARLAŞDIRILIB

Rövşən Rüstəmovdan kütləvi İXTİSAR: Çox sayda insan işdən KƏNARLAŞDIRILIB

Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO

Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Suriyada ABŞ-a hücumlar planlaşdıran terror təşkilatının yüksək vəzifəli üzvü ÖLDÜRÜLDÜ

Suriyada ABŞ-a hücumlar planlaşdıran terror təşkilatının yüksək vəzifəli üzvü ÖLDÜRÜLDÜ

Qənimət Zahid Baş Prokurorluğa ÇAĞIRILDI

Qənimət Zahid Baş Prokurorluğa ÇAĞIRILDI

Zidan Əlcəzair millisini SEÇDİ

Zidan Əlcəzair millisini SEÇDİ

Kosmosda konsert verməkdən İMTİNA ETDİ

Kosmosda konsert verməkdən İMTİNA ETDİ

İstanbul boğazında DƏHŞƏT: Yük gəmisi sərnişin bərəsi ilə toqquşdu, yaralılar var - VİDEO

İstanbul boğazında DƏHŞƏT: Yük gəmisi sərnişin bərəsi ilə toqquşdu, yaralılar var - VİDEO

“Zirə”dən əzmkar qələbə - VİDEO

“Zirə”dən əzmkar qələbə - VİDEO

Sabah meteohəssas insanlar üçün pis gün olacaq - PROQNOZ

Sabah meteohəssas insanlar üçün pis gün olacaq - PROQNOZ

"Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

"Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

Eldəniz Əzizli dünya çempionatının bürünc medalını QAZANDI

Eldəniz Əzizli dünya çempionatının bürünc medalını QAZANDI

Tramp BU TARİXDƏ Ərdoğanla görüşəcək

Tramp BU TARİXDƏ Ərdoğanla görüşəcək

Ucarda eyni ərazidə 2 QƏZA - Xəsarət alanlar var - VİDEO

Ucarda eyni ərazidə 2 QƏZA - Xəsarət alanlar var - VİDEO

“Şəki”də türkiyəli basketbolçu

“Şəki”də türkiyəli basketbolçu

Zaqatalada qeyri-sabit hava fəsad TÖRƏTDİ - Ağaca ildırım düşdü - FOTO

Zaqatalada qeyri-sabit hava fəsad TÖRƏTDİ - Ağaca ildırım düşdü - FOTO

Peskov: “Putin Ukraynadakı münaqişənin həllinə hələ də hazırdır”

Peskov: “Putin Ukraynadakı münaqişənin həllinə hələ də hazırdır”

End of content

No more pages to load

RADİO