Evliliklərin uzunömürlü olması üçün YENİ QAYDA - Hər beş ildən bir pul veriləcək

Rusiyada son günlərdə maraqlı bir təşəbbüs gündəmə gəlib – hər 5 ildən bir evli cütlüklərə maddi mükafat verilə bilər. Məqsəd ailə institutunu qorumaq, evliliklərin ömrünü uzatmaq və boşanma hallarını azaltmaqdır.

Azərbaycan yaxın illərə qədər müsəlman-şərq ölkəsi olaraq möhkəm, uzunömürlü nikahları olan ölkələr sırasında idi, amma son zamanlarda dağılan ailələr, soyuyan münasibətlər artıq heç kimə təəccüblü görünmür.   

Belə olduğu halda bənzər bir model Azərbaycanda da tətbiq edilə bilərmi?

Xüsusilə gənc ailələr evliliyin ilk illərində ciddi maliyyə sıxıntıları ilə üzləşir və bu, ailədaxili münaqişələri artırır. Belə bir şəraitdə, dövlətin evli cütlüklərə müəyyən müddətlərdə maliyyə dəstəyi göstərməsi, ailələrin sabitliyinə töhfə verə bilər.

Mövzuyla əlaqədar Bizim.Media-ya danışan millət vəkili Müşfiq Cəfərovun sözlərinə görə, əslində araşdırmalar göstərir ki, sosial problemlər boşanma səbəblərindən 8 və  9-cu yerdə qərarlaşır.

Son beş ildə boşanmaların əsas səbəbi sosial şəbəkələrdir

“Tam olaraq demək olmaz ki, boşananların əksəriyyəti maddi səbəblərə görə boşanır. Əvvəllər insanların sosial durumu daha çətin idi. Amma nəzər salsaq görərik ki, ayrılan ailələrin sayı daha az idi. İndi insanlar daha asan şəkildə arzularını reallaşdırsalar da, mənəvi dəyərlər o qədər arxa plana keçib ki, rahatlıqla ailələr dağılır. Mən deyərdim ki, son beş ildə cütlüklərin ayrılmağının əsas səbəbi sosial şəbəkələrdir”.
 

Deputat deyir ki, əgər nikahın uzunömürlülüyünü təşviq etmək üçün evliliyin hər 5 ilinə pul mükafatı vermək təşəbbüsü reallaşsa belə bu saxta nigahların sayını artıracaq. İnsanlar sırf dövlət dəstəyini əldə etmək üçün nigaha daxil olacaqlar:


“Amma düşünürəm ki, ailə dəyərlərini qorumaq üçün dövlət tərəfindən ciddi addımlar atılmalıdır. Xüsusilə məktəblərdə ailə institutu barədə geniş maarifləndirici tədbirlər təşkil olunmalıdır. İnanmıram ki, rusiyalı deputatların  nikahın uzunömürlülüyünü təşviq etmək üçün evliliyin hər 5 ilinə pul mükafatı vermək təklifi özünü doğrultsun. Əgər ailələrin uzunömürlüyü üçün dövlət tərəfindən nəsə tədbir görüləcəksə, bu hər şeydən əvvəl gənclərə yaxşı təhsil imkanlarının yaradılması, yeni ailə quranlara ev və iş üçün köməkliklər olmalıdır”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ”ın oyunçusu ÇL-də rəmzi komandaya düşdü - FOTO

“Qarabağ”ın oyunçusu ÇL-də rəmzi komandaya düşdü - FOTO

Ağır yüklər tromboza yol açır - XƏBƏRDARLIQ

Ağır yüklər tromboza yol açır - XƏBƏRDARLIQ

Yunan-Roma güləşçimiz dünya çempionatının FİNALINDA

Yunan-Roma güləşçimiz dünya çempionatının FİNALINDA

Könül anasını efirdə görüb AĞLADI - VİDEO

Könül anasını efirdə görüb AĞLADI - VİDEO

Bu məktəbdə şagirdlər dərsi ayaqüstə öyrənirlər - Oturmağa yer yoxdur - VİDEO

Bu məktəbdə şagirdlər dərsi ayaqüstə öyrənirlər - Oturmağa yer yoxdur - VİDEO

“Milan” millinin üzvünü TRANSFER EDİR

“Milan” millinin üzvünü TRANSFER EDİR

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri GÜNÜDÜR

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri GÜNÜDÜR

Rövşən Rüstəmovdan kütləvi İXTİSAR: Çox sayda insan işdən KƏNARLAŞDIRILIB

Rövşən Rüstəmovdan kütləvi İXTİSAR: Çox sayda insan işdən KƏNARLAŞDIRILIB

Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO

Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Suriyada ABŞ-a hücumlar planlaşdıran terror təşkilatının yüksək vəzifəli üzvü ÖLDÜRÜLDÜ

Suriyada ABŞ-a hücumlar planlaşdıran terror təşkilatının yüksək vəzifəli üzvü ÖLDÜRÜLDÜ

Qənimət Zahid Baş Prokurorluğa ÇAĞIRILDI

Qənimət Zahid Baş Prokurorluğa ÇAĞIRILDI

Zidan Əlcəzair millisini SEÇDİ

Zidan Əlcəzair millisini SEÇDİ

Kosmosda konsert verməkdən İMTİNA ETDİ

Kosmosda konsert verməkdən İMTİNA ETDİ

İstanbul boğazında DƏHŞƏT: Yük gəmisi sərnişin bərəsi ilə toqquşdu, yaralılar var - VİDEO

İstanbul boğazında DƏHŞƏT: Yük gəmisi sərnişin bərəsi ilə toqquşdu, yaralılar var - VİDEO

“Zirə”dən əzmkar qələbə - VİDEO

“Zirə”dən əzmkar qələbə - VİDEO

Sabah meteohəssas insanlar üçün pis gün olacaq - PROQNOZ

Sabah meteohəssas insanlar üçün pis gün olacaq - PROQNOZ

"Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

"Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

Eldəniz Əzizli dünya çempionatının bürünc medalını QAZANDI

Eldəniz Əzizli dünya çempionatının bürünc medalını QAZANDI

Tramp BU TARİXDƏ Ərdoğanla görüşəcək

Tramp BU TARİXDƏ Ərdoğanla görüşəcək

Ucarda eyni ərazidə 2 QƏZA - Xəsarət alanlar var - VİDEO

Ucarda eyni ərazidə 2 QƏZA - Xəsarət alanlar var - VİDEO

“Şəki”də türkiyəli basketbolçu

“Şəki”də türkiyəli basketbolçu

Zaqatalada qeyri-sabit hava fəsad TÖRƏTDİ - Ağaca ildırım düşdü - FOTO

Zaqatalada qeyri-sabit hava fəsad TÖRƏTDİ - Ağaca ildırım düşdü - FOTO

Peskov: “Putin Ukraynadakı münaqişənin həllinə hələ də hazırdır”

Peskov: “Putin Ukraynadakı münaqişənin həllinə hələ də hazırdır”

End of content

No more pages to load

RADİO