İyulun 15-dən bu dəmiryolu kassaları bağlanır – SİYAHI

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) kağızdan istifadənin minimuma endirilməsi, ətraf mühitə mənfi təsirin azaldılması, eləcə də əməliyyat səmərəliliyinin artırılması və daha rahat, növbəsiz bilet alışının təşviqi məqsədilə beynəlxalq təcrübəyə əsaslanaraq rəqəmsallaşma istiqamətində növbəti addım atır.

Bizim.Media xəbər verir ki, bununla əlaqədar olaraq iyulun 15-dən etibarən Bakı və Gəncə vağzalları istisna olmaqla rayonlararası istiqamətlər üzrə vağzal və stansiyalarda kassaların fəaliyyəti mərhələli şəkildə dayandırılacaq.

ADY bilet satışı üzrə əməliyyatları sürətləndirmək üçün “ADY Mobile” tətbiqini və rəsmi veb-saytını (ticket.ady.az) daha da təkmilləşdirib.

Həmçinin saytda inklüzivliyin qorunması məqsədilə “Müyəssərlik” menyusu əlavə edilərək hər kəs üçün əlçatan xidmət təmin edilib.
 

Xidmət keyfiyyətinin yüksəldilməsi nəticəsində son illər bilet alışında mobil tətbiqin və ADY-nin rəsmi saytının payı artıb. Artıq “ADY Mobile” istifadəçilərinin sayı 250 mini ötüb, təkcə son 6 ayda 90 minə yaxın istifadəçi tətbiqi yükləyərək “ADY Mobile”ın geniş imkanlarından yararlanıb. Ötən il rayonlararası istiqamətlərə səfərlərdə 70 faiz sərnişin biletlərini onlayn şəkildə əldə edib. Bu ilin 6 ayında isə bu rəqəm 80 faizə yaxınlaşıb.


Sərnişinlər onlayn bilet satışının 7/24 aktiv olması nəticəsində məkan və zamandan asılı olmayaraq həm özlərinə, həm də ailə üzvləri və yaxınlarına rahat bilet almaqla vaxtlarına maksimum qənaət edirlər.

Qeyd edək ki, Bakı və Gəncə vağzallarında yerləşən kassaları çıxmaq şərtilə, kağız bilet alışının cəmi 8 faizi rayonlarda yerləşən kassalarla həyata keçirilir. Qazax, Ləki və Ucar stansiyaları, Göynük, Qorağan, Əliabad və Göyəm dayanacaqları istifadəyə verildikdən sonra bu istiqamətlər üzrə bilet satışı onlayn təşkil edilir. Həmçinin 2023-cü il iyulun 1-dən etibarən kağız istifadəsinin azaldılması məqsədilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlara kağız biletlərin satışı dayandırılıb. Bu marşrut üzrə qatarlarda gediş bank kartı, “ADY Mobile” tətbiqi və ADY kartı ilə təmassız və rahat şəkildə həyata keçirilir.

Sərnişin və yük daşımalarında kağızsız əməliyyatların tətbiqi ADY-nin prioritetlərindən biridir və artıq bu istiqamətdə real nəticələr əldə olunmaqdadır.

2023-cü ildə BMT-nin Qlobal Sazişinə qoşulan ADY BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq ətraf mühitin qorunmasına və iqlim dəyişikliyinə qarşı mübarizəyə xüsusi önəm verir.
 

Son illər ərzində istifadəyə verilən “ADY Mobile” tətbiqi, “ADY Smart”, elektron portal, habelə yüklərin elektron qaimə ilə yola salınması kimi rəqəmsal həllər əməliyyatların sadələşdirilməsi ilə yanaşı, kağızdan istifadənin minimuma endirilməsinə yönəlib. Paralel olaraq, hərəkətin təhlükəsizliyi istiqamətində daxili prosedurların tam rəqəmsallaşması həyata keçirilib.


Kağız biletlərin istifadəsinin azalması həm də Azərbaycanın kağızsız əməliyyatlara, rəqəmsal iqtisadiyyata keçidinin real göstəricisidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ”ın oyunçusu ÇL-də rəmzi komandaya düşdü - FOTO

“Qarabağ”ın oyunçusu ÇL-də rəmzi komandaya düşdü - FOTO

Ağır yüklər tromboza yol açır - XƏBƏRDARLIQ

Ağır yüklər tromboza yol açır - XƏBƏRDARLIQ

Yunan-Roma güləşçimiz dünya çempionatının FİNALINDA

Yunan-Roma güləşçimiz dünya çempionatının FİNALINDA

Könül anasını efirdə görüb AĞLADI - VİDEO

Könül anasını efirdə görüb AĞLADI - VİDEO

Bu məktəbdə şagirdlər dərsi ayaqüstə öyrənirlər - Oturmağa yer yoxdur - VİDEO

Bu məktəbdə şagirdlər dərsi ayaqüstə öyrənirlər - Oturmağa yer yoxdur - VİDEO

“Milan” millinin üzvünü TRANSFER EDİR

“Milan” millinin üzvünü TRANSFER EDİR

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri GÜNÜDÜR

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri GÜNÜDÜR

Rövşən Rüstəmovdan kütləvi İXTİSAR: Çox sayda insan işdən KƏNARLAŞDIRILIB

Rövşən Rüstəmovdan kütləvi İXTİSAR: Çox sayda insan işdən KƏNARLAŞDIRILIB

Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO

Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Suriyada ABŞ-a hücumlar planlaşdıran terror təşkilatının yüksək vəzifəli üzvü ÖLDÜRÜLDÜ

Suriyada ABŞ-a hücumlar planlaşdıran terror təşkilatının yüksək vəzifəli üzvü ÖLDÜRÜLDÜ

Qənimət Zahid Baş Prokurorluğa ÇAĞIRILDI

Qənimət Zahid Baş Prokurorluğa ÇAĞIRILDI

Zidan Əlcəzair millisini SEÇDİ

Zidan Əlcəzair millisini SEÇDİ

Kosmosda konsert verməkdən İMTİNA ETDİ

Kosmosda konsert verməkdən İMTİNA ETDİ

İstanbul boğazında DƏHŞƏT: Yük gəmisi sərnişin bərəsi ilə toqquşdu, yaralılar var - VİDEO

İstanbul boğazında DƏHŞƏT: Yük gəmisi sərnişin bərəsi ilə toqquşdu, yaralılar var - VİDEO

“Zirə”dən əzmkar qələbə - VİDEO

“Zirə”dən əzmkar qələbə - VİDEO

Sabah meteohəssas insanlar üçün pis gün olacaq - PROQNOZ

Sabah meteohəssas insanlar üçün pis gün olacaq - PROQNOZ

"Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

"Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

Eldəniz Əzizli dünya çempionatının bürünc medalını QAZANDI

Eldəniz Əzizli dünya çempionatının bürünc medalını QAZANDI

Tramp BU TARİXDƏ Ərdoğanla görüşəcək

Tramp BU TARİXDƏ Ərdoğanla görüşəcək

Ucarda eyni ərazidə 2 QƏZA - Xəsarət alanlar var - VİDEO

Ucarda eyni ərazidə 2 QƏZA - Xəsarət alanlar var - VİDEO

“Şəki”də türkiyəli basketbolçu

“Şəki”də türkiyəli basketbolçu

Zaqatalada qeyri-sabit hava fəsad TÖRƏTDİ - Ağaca ildırım düşdü - FOTO

Zaqatalada qeyri-sabit hava fəsad TÖRƏTDİ - Ağaca ildırım düşdü - FOTO

Peskov: “Putin Ukraynadakı münaqişənin həllinə hələ də hazırdır”

Peskov: “Putin Ukraynadakı münaqişənin həllinə hələ də hazırdır”

End of content

No more pages to load

RADİO