“Naxçıvanda 90-a yaxın kənd və qəsəbə içməli su ilə təmin ediləcək” - Malik Rzayev

“Ötən il Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən həyata keçirilən mühüm layihələrdən biri məhz Şahbuz rayonunda yerləşən "Qanlıgöl" sututarının su buraxıcı qülləsinin əsaslı təmiridir. Dəniz səviyyəsindən 2424 metr yüksəklikdə yerləşən, Naxçıvanın görkəmli tarixi şəxsiyyəti olan Kəlbalı xan Kəngərlinin himayəsi ilə 1864-cü ildə inşa edilmiş bu sututar bölgənin həm içməli, həm də suvarma suyunun təminatında önəmli paya sahibdir. Bu hövzə həm 350 hektar sahənin suvarılmasında, həm də içməli su kapitajlarının qidalanmasında mühüm rol oynayır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev deyib.

O qeyd edib ki, uzun müddət "Qanlıgöl" sututarının  su buraxıcı qülləsində təmir-bərpa işlərinin aparılmaması həmin qüllənin müəyyən hissəsinin yararsız hala düşməsinə səbəb olub ki, bu da müəyyən ərazilərin su təminatında böyük problemlərə yol açıb: 

"Qlobal səviyyədə baş verən proseslər sututarlarına diqqət yetirməyi vacib sayır. Hər il biz yağıntıların azaldığını müşahidə edirik. Bu il də Naxçıvanda su ilə bağlı həyəcan təbili çalınır. Sututarlarımızda suyun azlığı bizə əsas verir ki, "Qanlıgöl" sututarına bənzər layihələri həyata keçirək.  Ümumilikdə 850 min kubmetr tutumu olan sututarının artıq 830 min kubmetri, yəni, təqribən 97 faizi dolub, bu da bölgə üçün mühüm əhəmiyyət kəsb edir".

İdarə rəisi vurğulayıb ki, bu gün "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planında nəzərdə tutulmuş, böhran vəziyyətindən çıxmağa imkan yaradacaq layihələr vardır:

“Bu layihələrdən ən mühümü Araz Su Anbarından Heydər Əliyev Su Anbarına təzyiqli boru xətti ilə suyun çəkilməsidir. 2025-2027-ci illər üçün Təfsilatlı Tədbirlər Planına əsasən ümumilikdə icraçısı olduğumuz alt bəndlər daxil 16 yarımbəndlik tədbirlərin icrası nəzərdə tutulub. Bunlardan artıq 12-nin icrasına başlanılıb. Eyni zamanda 90-a yaxın kənd və qəsəbədə içməli su-kanalizasiya xətlərinin dayanıqlı su mənbələrindən qidalanmasının layihələndirilməsi üçün müqavilə bağlanılıb. Yaxın zamanlarda icrasına başlanacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Boş ərazini zəbt edib "parkinq" etdilər - VİDEO

Boş ərazini zəbt edib "parkinq" etdilər - VİDEO

Azərbaycanın və Malayziyanın qanunvericilik orqanlarının əməkdaşlıq məsələləri MÜZAKİRƏ EDİLDİ - FOTO

Azərbaycanın və Malayziyanın qanunvericilik orqanlarının əməkdaşlıq məsələləri MÜZAKİRƏ EDİLDİ - FOTO

“Qarabağ”ın oyunçusu ÇL-də rəmzi komandaya düşdü - FOTO

“Qarabağ”ın oyunçusu ÇL-də rəmzi komandaya düşdü - FOTO

Ağır yüklər tromboza yol açır - XƏBƏRDARLIQ

Ağır yüklər tromboza yol açır - XƏBƏRDARLIQ

Yunan-Roma güləşçimiz dünya çempionatının FİNALINDA

Yunan-Roma güləşçimiz dünya çempionatının FİNALINDA

Könül anasını efirdə görüb AĞLADI - VİDEO

Könül anasını efirdə görüb AĞLADI - VİDEO

Bu məktəbdə şagirdlər dərsi ayaqüstə öyrənirlər - Oturmağa yer yoxdur - VİDEO

Bu məktəbdə şagirdlər dərsi ayaqüstə öyrənirlər - Oturmağa yer yoxdur - VİDEO

“Milan” millinin üzvünü TRANSFER EDİR

“Milan” millinin üzvünü TRANSFER EDİR

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri GÜNÜDÜR

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri GÜNÜDÜR

Rövşən Rüstəmovdan kütləvi İXTİSAR: Çox sayda insan işdən KƏNARLAŞDIRILIB

Rövşən Rüstəmovdan kütləvi İXTİSAR: Çox sayda insan işdən KƏNARLAŞDIRILIB

Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO

Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Suriyada ABŞ-a hücumlar planlaşdıran terror təşkilatının yüksək vəzifəli üzvü ÖLDÜRÜLDÜ

Suriyada ABŞ-a hücumlar planlaşdıran terror təşkilatının yüksək vəzifəli üzvü ÖLDÜRÜLDÜ

Qənimət Zahid Baş Prokurorluğa ÇAĞIRILDI

Qənimət Zahid Baş Prokurorluğa ÇAĞIRILDI

Zidan Əlcəzair millisini SEÇDİ

Zidan Əlcəzair millisini SEÇDİ

Kosmosda konsert verməkdən İMTİNA ETDİ

Kosmosda konsert verməkdən İMTİNA ETDİ

İstanbul boğazında DƏHŞƏT: Yük gəmisi sərnişin bərəsi ilə toqquşdu, yaralılar var - VİDEO

İstanbul boğazında DƏHŞƏT: Yük gəmisi sərnişin bərəsi ilə toqquşdu, yaralılar var - VİDEO

“Zirə”dən əzmkar qələbə - VİDEO

“Zirə”dən əzmkar qələbə - VİDEO

Sabah meteohəssas insanlar üçün pis gün olacaq - PROQNOZ

Sabah meteohəssas insanlar üçün pis gün olacaq - PROQNOZ

"Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

"Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

Eldəniz Əzizli dünya çempionatının bürünc medalını QAZANDI

Eldəniz Əzizli dünya çempionatının bürünc medalını QAZANDI

Tramp BU TARİXDƏ Ərdoğanla görüşəcək

Tramp BU TARİXDƏ Ərdoğanla görüşəcək

Ucarda eyni ərazidə 2 QƏZA - Xəsarət alanlar var - VİDEO

Ucarda eyni ərazidə 2 QƏZA - Xəsarət alanlar var - VİDEO

“Şəki”də türkiyəli basketbolçu

“Şəki”də türkiyəli basketbolçu

End of content

No more pages to load

RADİO