Dünən İmişli rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Bizim.Media xəbər verir ki, saat 12 radələrində Hacıalmuradlı kəndinin ərazisində 1992-ci il təvəllüdlü Emil Cəlal oğlu Musayev su kanalında boğularaq ölüb.
Belə ki, qıcolma səbəbindən kanala yıxılan gənc sudan çıxa bilməyərək vəfat edib.
Faktla bağlı araşdırma aparılır. (qafqazinfo.az)
Bizim.Media