DTX əməliyyat keçirdi: Nihad Hacıyev həbs edilib

Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə təqsirləndirilən Azərbaycan Respublikası vətəndaşı Hacıyev Nihad Əhməd oğlu barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media xəbər verir ki, “darknet” tipli internet resursunun yaradılması və idarə edilməsi, orada fərdi məlumatların, qanunla paylaşılması qadağan olunan sair məlumatların satışı ilə məşğul olan Nihad Hacıyev DTX-nin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər zamanı ifşa edilmiş kibercinayətkar qrupun üzvlərindən biri kimi həbs olunub.

Belə ki, o, əlaqəsində olan digər şəxslərlə birgə “xeberoxu.az” və digər informasiya portallarına kiberhücumlar təşkil edib, qeyd olunan saytın idarəetməsini ələ keçirərək xəbərlərin məzmununu dəyişdirmiş, “Çarxla Qazan.apk”, “Paypal.apk” və s. adlı, tərkibində zərərli kodlar olan mobil tətbiqləri insanların mobil telefonlarına yükləməklə onların şəxsi məlumatlarını qanunsuz ələ keçirib.

Nihad Hacıyev, həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən bir sıra şirkətlərin və qurumların (“İrşad Electronics”, “Baku Electronics”, “Xalq Bank” və s.) rəsmi internet səhifələrinə bənzər “domen”lər əldə edib saxta saytlar yaradaraq, onları həqiqi internet səhifələri kimi sosial şəbəkələrdə təqdim edib, endirim kampaniyaları adı altında istifadəçilərin fərdi məlumatlarını kütləvi ələ keçirib.
 

Diqqət çəkən məqam ondan ibarətdir ki, dəstə üzvləri, həmçinin digər insanlara və şirkətlərə məxsus istənilən mobil nömrəni təqlid edərək aldadıcı zəng etmək imkanı verən “Call Spoofing” kiberhücum alətlərini istifadə etməklə zənglər edib, şirkətlərin adından insanlara saxta sms-lər göndərərək onları aldatmağa nail olub, belə onlayn xidmətlərin satışını da təşkil ediblər.


Məhkəmə Nihad Hacıyevin barəsində həbs müddətini ilkin olaraq 3 ay müddətinə müəyyən edib. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Boş ərazini zəbt edib "parkinq" etdilər - VİDEO

Boş ərazini zəbt edib "parkinq" etdilər - VİDEO

Azərbaycanın və Malayziyanın qanunvericilik orqanlarının əməkdaşlıq məsələləri MÜZAKİRƏ EDİLDİ - FOTO

Azərbaycanın və Malayziyanın qanunvericilik orqanlarının əməkdaşlıq məsələləri MÜZAKİRƏ EDİLDİ - FOTO

“Qarabağ”ın oyunçusu ÇL-də rəmzi komandaya düşdü - FOTO

“Qarabağ”ın oyunçusu ÇL-də rəmzi komandaya düşdü - FOTO

Ağır yüklər tromboza yol açır - XƏBƏRDARLIQ

Ağır yüklər tromboza yol açır - XƏBƏRDARLIQ

Yunan-Roma güləşçimiz dünya çempionatının FİNALINDA

Yunan-Roma güləşçimiz dünya çempionatının FİNALINDA

Könül anasını efirdə görüb AĞLADI - VİDEO

Könül anasını efirdə görüb AĞLADI - VİDEO

Bu məktəbdə şagirdlər dərsi ayaqüstə öyrənirlər - Oturmağa yer yoxdur - VİDEO

Bu məktəbdə şagirdlər dərsi ayaqüstə öyrənirlər - Oturmağa yer yoxdur - VİDEO

“Milan” millinin üzvünü TRANSFER EDİR

“Milan” millinin üzvünü TRANSFER EDİR

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri GÜNÜDÜR

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri GÜNÜDÜR

Rövşən Rüstəmovdan kütləvi İXTİSAR: Çox sayda insan işdən KƏNARLAŞDIRILIB

Rövşən Rüstəmovdan kütləvi İXTİSAR: Çox sayda insan işdən KƏNARLAŞDIRILIB

Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO

Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Suriyada ABŞ-a hücumlar planlaşdıran terror təşkilatının yüksək vəzifəli üzvü ÖLDÜRÜLDÜ

Suriyada ABŞ-a hücumlar planlaşdıran terror təşkilatının yüksək vəzifəli üzvü ÖLDÜRÜLDÜ

Qənimət Zahid Baş Prokurorluğa ÇAĞIRILDI

Qənimət Zahid Baş Prokurorluğa ÇAĞIRILDI

Zidan Əlcəzair millisini SEÇDİ

Zidan Əlcəzair millisini SEÇDİ

Kosmosda konsert verməkdən İMTİNA ETDİ

Kosmosda konsert verməkdən İMTİNA ETDİ

İstanbul boğazında DƏHŞƏT: Yük gəmisi sərnişin bərəsi ilə toqquşdu, yaralılar var - VİDEO

İstanbul boğazında DƏHŞƏT: Yük gəmisi sərnişin bərəsi ilə toqquşdu, yaralılar var - VİDEO

“Zirə”dən əzmkar qələbə - VİDEO

“Zirə”dən əzmkar qələbə - VİDEO

Sabah meteohəssas insanlar üçün pis gün olacaq - PROQNOZ

Sabah meteohəssas insanlar üçün pis gün olacaq - PROQNOZ

"Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

"Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

Eldəniz Əzizli dünya çempionatının bürünc medalını QAZANDI

Eldəniz Əzizli dünya çempionatının bürünc medalını QAZANDI

Tramp BU TARİXDƏ Ərdoğanla görüşəcək

Tramp BU TARİXDƏ Ərdoğanla görüşəcək

Ucarda eyni ərazidə 2 QƏZA - Xəsarət alanlar var - VİDEO

Ucarda eyni ərazidə 2 QƏZA - Xəsarət alanlar var - VİDEO

“Şəki”də türkiyəli basketbolçu

“Şəki”də türkiyəli basketbolçu

End of content

No more pages to load

RADİO