Orta məktəblərimizdə Çin dilinin tədrisi: Səmərəli olacaqmı?

Elm və təhsil naziri Emin Əmrullayevin VIII ADA Beynəlxalq Təhsil Konfransında Azərbaycan məktəblərində Çin dilinin tədrisi ilə bağlı səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub. Nazir bildirib ki, hansısa müəllim xarici dil tədris etməsi üçün başqa ölkədən dəvət olunursa, lazımi əmək haqqı ilə təmin edilməlidir. Bu mənada, dili tədris edən kadrlar özümüzdə yetişməlidir.

Orta məktəblərimizdə Çin dilinin tədrisi ilə bağlı sosial platformalarda da müxtəlif rəylər yayılır.

"Çin dünya siyasətində aparıcı mövqeyə malikdir, bu qərar məqsədəuyğundur"; "Bu qədər Çin dili bilən müəllimi haradan tapacağıq?"; "Hələ öz dilimizi düzgün tədris edək, sonra Çin dilinə keçərik"; "Məktəbdə tədris olunsa, həm də aşağı siniflərdən tədrisə başlasa nə gözəl!"; "Çin dili beynəlxalq dil deyil, bu dili öyrənən onu ancaq Çinə gedərkən danışacaq, əsas ingilis və rus dilləridir" və s.

Təbii ki, nazirin fikirləri təşəbbüs və ideya olaraq cəlbedicidir. Bəs həyata keçirilməsi necə? Kadr hazırlığı, dərs vəsaitlərinin hazırlanması üçün nə qədər vaxt lazımdır? Orta və ümumtəhsil məktəbləri səviyyəsində Çin dili tədris edən müəllimlərimiz varmı?

Bizim.Media "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

İxtisaslı müəllim hazırlığına ehtiyac var

Qəbələ rayonu Vəndam qəsəbəsi E.Bəşirov adına 3 saylı tam orta məktəbin müəllimi Fəridə Ağayeva hesab edir ki, məktəblərdə Çin dilinin tədrisi ideyası müasir dövrün çağırışlarına cavab verən, gələcəyə yönəlmiş strateji təşəbbüsdür: "Çin dili bu gün sadəcə bir dil deyil - bu, texnologiya, elm, ticarət və beynəlxalq əlaqələr dilidir. Azərbaycanda bu dilin məktəb təhsilinə daxil edilməsi, xüsusilə bölgələrdə yaşayan şagirdlər üçün yeni imkanların açılması deməkdir. Məsələn, kənddə yaşayan bir şagirdin Çin dilini öyrənməsi, onun yalnız dil biliklərini deyil, eyni zamanda özgüvənini, gələcək arzularını və hətta ailəsinin təhsilə yanaşmasını da müsbət yöndə dəyişə bilər. Xüsusən, uşaqların son illər Çin, Koreya kimi ölkələrin mədəniyyətlərinə böyük maraq göstərdiklərini də nəzərə alsaq, bu, uşaqlar üçün də sevindirici bir nüans olar.

Məktəb və şəxsi maraq dünyalarının üst-üstə düşməsi onların dərsə olan motivasiyasını da yüksəldər". F.Ağayeva hesab edir ki, bu təşəbbüsün uğurla həyata keçməsi üçün ilk növbədə, ixtisaslı müəllim hazırlığı təmin olunmalıdır: "Çin dili spesifik struktur və fərqli mədəni kontekst daşıdığı üçün onun tədrisində yalnız dil biliklərinə deyil, eyni zamanda pedaqoji metodikalara da xüsusi önəm verilməlidir. Müəllimlərin distant təlimlər, beynəlxalq təcrübə mübadilələri və müasir resurslarla təmin olunması bu istiqamətdə vacib addımlardandır". Müəllimin fikrincə, Çin dilinin məktəblərdə tədrisi yalnız böyük şəhərlərlə məhdudlaşmamalı, regionlarda - xüsusilə kənd yerlərində də paralel olaraq tətbiq olunmalıdır: "Təhsil bərabər imkanlar üzərində qurulmalıdır və hər bir uşaq - istər şəhərdə, istərsə də kənddə yaşasın, bu imkanlardan faydalana bilməlidir. Son dövrlərin təcrübəsi göstərir ki, kənd yerində yaşayan uşaqlar xarici dilləri öyrənməkdə maraqlıdırlar. Lakin Çin dili struktur hesabı ilə daha çətin olduğu üçün məktəblərdə keçirilməsi şagirdlərimiz üçün əlçatanlığı artırar. Nəticə etibarilə, Elm və Təhsil Nazirliyinin belə bir təşəbbüsü gündəmə gətirməsi, təkcə dil öyrətmək deyil, əslində gələcəyə sərmayə qoymaqdır".

"Çin dili çox spesifik fonetika və yazı sisteminə malikdir"

Salyan rayon Dayıkənd kənd A.Nağıyev adına tam orta məktəbin ingilis dili müəllimi Nuranə Xanmədovanın fikrincə, qloballaşma prosesləri və ölkəmizin beynəlxalq əlaqələrinin genişləndirilməsi müxtəlif xarici dillərin öyrənilməsinə olan marağı artırır: "Çin dilinin orta məktəblərdə tədrisinə effektiv şəkildə başlamaq üçün ilk və ən vacib addımlardan biri bu dili sərbəst bilən kadrların təhsilə cəlb olunmasıdır. Çin dili çox spesifik fonetika və yazı sisteminə malikdir. Prosesə ölkəmizdə Çin dilini akademik dərəcədə əldə etmiş, Çində təhsil almış, bu potensialı özündə əks etdirən şəxslər cəlb edilməlidir".

Müəllimlərimiz buna hazırdırlarmı?

"Hazırda ölkədə əsas xarici dil kimi ingilis və rus dilləri tədris olunur. Bununla paralel olaraq alman, fransız, italyan və ərəb dilləri də keçirilir. Sovet dönəmində də belə olub", - deyə təhsil məsələləri üzrə ekspert İlham Əhmədov bildirir: "Hər hansı bir dilin dünyada yayılması o dili daşıyan ölkənin dünya üzrə hegemonluğu ilə bağlıdır. Çin bu gün dünyada iqtisadi, siyasi, hərbi və s. sahələrdə qlobal bir qüvvədir. Azərbaycanla da iqtisadi, siyasi əlaqələri get-gedə güclənir.

Bu baxımdan, Çin dilinin tədrisi bizim üçün fransız və ya italyan dilinin öyrənilməsindən daha önəmlidir. Yəni bizim bazarda aparıcı xarici dil ingilis, rus və Çin dili olacaq. Bu mənada ola bilsin ki, reallaşsın. Sadəcə, bizim müəllimlərimiz buna hazırdırmı? Biz rus və ingilis dilini uzun illərdir tədris edirik, amma tədrisi yüksək səviyyədə deyil. Əgər bu dili də belə tədris edəcəyiksə, heç başlamağa dəyməz". Ekspertin fikrincə, bu dil yeni olduğuna görə hələ müəllim, dərslik hazırlığı, metodika və s. məsələlərlə bağlı 10-15 il böyük problemlər olacaq: "Bu mənada bu dilin tədrisinin səmərə verəcəyinə inanmıram. Digər tərəfdən, indi texnologiyalar o qədər inkişaf edib ki, dili hər hansı cihazlar vasitəsilə də öyrənmək mümkündür. Çinin özündə hazırda elmi dil kimi ingilis dilindən istifadə olunur. Fikrimcə, "Çin dilini necə öyrədək?" sualındansa "riyaziyyatı, ana dilini, informatikanı necə öyrədək?" sualına cavab tapmaq lazımdır. Uşaqların gələcəyi fundamental elmlərdən asılıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Boş ərazini zəbt edib "parkinq" etdilər - VİDEO

Boş ərazini zəbt edib "parkinq" etdilər - VİDEO

Azərbaycanın və Malayziyanın qanunvericilik orqanlarının əməkdaşlıq məsələləri MÜZAKİRƏ EDİLDİ - FOTO

Azərbaycanın və Malayziyanın qanunvericilik orqanlarının əməkdaşlıq məsələləri MÜZAKİRƏ EDİLDİ - FOTO

“Qarabağ”ın oyunçusu ÇL-də rəmzi komandaya düşdü - FOTO

“Qarabağ”ın oyunçusu ÇL-də rəmzi komandaya düşdü - FOTO

Ağır yüklər tromboza yol açır - XƏBƏRDARLIQ

Ağır yüklər tromboza yol açır - XƏBƏRDARLIQ

Yunan-Roma güləşçimiz dünya çempionatının FİNALINDA

Yunan-Roma güləşçimiz dünya çempionatının FİNALINDA

Könül anasını efirdə görüb AĞLADI - VİDEO

Könül anasını efirdə görüb AĞLADI - VİDEO

Bu məktəbdə şagirdlər dərsi ayaqüstə öyrənirlər - Oturmağa yer yoxdur - VİDEO

Bu məktəbdə şagirdlər dərsi ayaqüstə öyrənirlər - Oturmağa yer yoxdur - VİDEO

“Milan” millinin üzvünü TRANSFER EDİR

“Milan” millinin üzvünü TRANSFER EDİR

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri GÜNÜDÜR

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri GÜNÜDÜR

Rövşən Rüstəmovdan kütləvi İXTİSAR: Çox sayda insan işdən KƏNARLAŞDIRILIB

Rövşən Rüstəmovdan kütləvi İXTİSAR: Çox sayda insan işdən KƏNARLAŞDIRILIB

Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO

Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Suriyada ABŞ-a hücumlar planlaşdıran terror təşkilatının yüksək vəzifəli üzvü ÖLDÜRÜLDÜ

Suriyada ABŞ-a hücumlar planlaşdıran terror təşkilatının yüksək vəzifəli üzvü ÖLDÜRÜLDÜ

Qənimət Zahid Baş Prokurorluğa ÇAĞIRILDI

Qənimət Zahid Baş Prokurorluğa ÇAĞIRILDI

Zidan Əlcəzair millisini SEÇDİ

Zidan Əlcəzair millisini SEÇDİ

Kosmosda konsert verməkdən İMTİNA ETDİ

Kosmosda konsert verməkdən İMTİNA ETDİ

İstanbul boğazında DƏHŞƏT: Yük gəmisi sərnişin bərəsi ilə toqquşdu, yaralılar var - VİDEO

İstanbul boğazında DƏHŞƏT: Yük gəmisi sərnişin bərəsi ilə toqquşdu, yaralılar var - VİDEO

“Zirə”dən əzmkar qələbə - VİDEO

“Zirə”dən əzmkar qələbə - VİDEO

Sabah meteohəssas insanlar üçün pis gün olacaq - PROQNOZ

Sabah meteohəssas insanlar üçün pis gün olacaq - PROQNOZ

"Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

"Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

Eldəniz Əzizli dünya çempionatının bürünc medalını QAZANDI

Eldəniz Əzizli dünya çempionatının bürünc medalını QAZANDI

Tramp BU TARİXDƏ Ərdoğanla görüşəcək

Tramp BU TARİXDƏ Ərdoğanla görüşəcək

Ucarda eyni ərazidə 2 QƏZA - Xəsarət alanlar var - VİDEO

Ucarda eyni ərazidə 2 QƏZA - Xəsarət alanlar var - VİDEO

“Şəki”də türkiyəli basketbolçu

“Şəki”də türkiyəli basketbolçu

End of content

No more pages to load

RADİO