Düşmənin qorxulu yuxusuna çevrilən Aprel şəhidi: "Murov Qartalı"nın doğum günüdür - FOTO

"Raqufla 1991-ci ilin Mayında “Nasosnu”da tanış olduq. Əsgər gedirdik. Həmyerli olmağımıza baxmayaraq, ilk tanışlığımız oradan başladı. Sonra təyyarə ilə Özbəkistana uçduq. Hərbi xidməti Özbəkistanda keçirdik. 10 ay birlikdə xidmət elədik. Ancaq on ay sonra Qarabağda yaranan problemləri eşidib Azərbaycana dönmək istədiyimizi bildirdik. İcazə vermədilər. Hərbi xidmətdən isə yarımçıq qaçmaq istəmirdik. Təsadüfən biz azərbaycanlı zabit, kapitan Natiq Əhmədovla tanış olduq. Onun apardığı danışıqlardan sonra bizə on günlük məzuniyyət verdilər ki, “gedin ölkənizə, onsuz da sovet dağılır, komissarlığınıza müraciət edin, sizi uyğun bildikləri yerə göndərsinlər”. Belə də oldu. Mən Şuşanın müdafiəsini edən bölmələrə, Natiq Əhmədovla Raquf isə Ağdamda qaldılar. Natiq rəhmətlik Allahverdi Bağırovun 845 saylı batalyonunun qərargah rəisi idi. Raquf da onun bölməsində döyüşürdü".

Haqqında söhbət açacağımız xalq qəhrəmanı, şəhid polkovnik-leytenant Raquf Orucovun bu gün doğum günüdür. O Raquf ki, adı əfsanələrə imza olub, düşmənin kin-küdurət, qəzəb dağına çevrilib. Silahlı qüvvələrinin bir çox bölmələrində müxtəlif vəzifələrdə şərəflə xidmət edib. Sivil həyatda isə dosta, yoldaşa özünəməxsus sədaqət və vəfa ehtiva edib.

Bizim.Media qəhrəmanın ən yaxın dostlarından olan Şakir İsmayılovla həmsöhbət olub.

Şakir də Raquf kimi qanlı-qadalı səngərlər görüb. İtkinin nə olduğunu yaxşı anlayır. Ancaq Raqufun itkisi, onunla bağlı xatirələr səngər adamını göz yaşlarına qərq edir:

"Şuşa ermənilər tərəfindən işğal olunduqdan sonra mən də Ağdama Raqufgilin yanına gəldim.

O, məndən əvvəl yaralanmışdı. Birinci Qarabağ müharibəsində xeyli döyüş yolu keçdik. Birlikdə hərbi məktəbə yollanıb ali hərbi təhsil almağa başladıq. Mən təhsilimi yarımçıq qoysam da, o, zabit olmağı bacardı".

Fotoda Şakir İsmayılov



Şakir İsmayılov deyir ki, Ağdam şəhərinin işğal edilməsi çox ağır təsir edib: “Mən məktəbdən cəbhəyə döndüm. Raquf isə qisas yanğısı ilə yaşadı. Həm anası Raya xanımın ermənilər tərəfindən qətlə yetirilməsi, həm də torpaqların işğal altına düşməsi onu bir dəqiqə də olsun dinc qoymurdu. Hər gün özünü döyüşə hazırlayırdı. Hər gün qisas gününü gözləyirdi. Xidmət etdiyi bölmələrdə şəxsi heyəti qarşısında çıxışları işğalda olan torpaqlar, əsir götürülmüş qız-gəlinlərin qisasından bəhs edirdi. Ağdamda yerləşən n saylı hərbi hissədə öz doğum gününü, hətta bütün əlamətdar günlərini ön xəttə olan əsgərləri ilə keçirirdi. Biz heç vaxt onun gözlərindəki nisgilin yox olmasına nail ola bilmədik. “Komandir, doğum gününü qeyd edək”, deyəndə, “doğum günümü Qarabağda qeyd edəcəm. Onda həmin gün mənə halal olacaq” deyirdi".

Raquf Orucov silahlı qüvvələrdə "Murov Qartalı" ləqəbini çətin kəşfiyyat əməliyyatlarından birinin uğurla bitməsindən sonra qazanmışdı. O, Kəlbəcər istiqamətində düşmənin alay komandirinin oğlunu girov götürüb, çətin hava şəraiti nəticəsində azaraq düşmən əlinə keçən əsgərlərlə dəyişib. Beləliklə ona "Murov Qartalı" kod adı verilib.

Sonuncu döyüşü isə 2016-cı ilin Aprel döyüşlərində, Talış istiqamətində baş tutub. O, Talış kəndi ətrafında yerləşən yüksəkliklərin azad edilməsi uyğunda gedən döyüşlərdə şəhid olub.

Şakir İsmayılov bildirib ki, onun şəhidlik xəbərini digər dostları Yasən Əhmədovdan (İkinci Vətən müharibəsində şəhid olub) alıb: "Yasən rəhmətlik zəng edib dedi ki, qardaşımızı şəhid etdilər. Onun nəşini əvvəlcə Gəncəyə aparmışdılar. Lakin sonra, Sumqayıtda dəfn edilməsi uyğun görüldü. Onun dəfnində Sumqayıtda insan izdihamı yaşandı. Hərkəs bayrağa sarılıb gəlmişdi. O, əsl qəhrəman idi. Elə qəhraman kimi torpağa tapşırıldı. Kaşki bu günləri görəydi. Mən əminəm ki, o doğma yurdda hər ad gününü böyük təntənə ilə - səngər yoldaşlarının ətrafında qeyd edəcəkdi. Yaxın dostu kimi onunla fəxr edirəm".

Məzarı Sumqayıtda, ruhu Ağdamda olan qəhrəmanın növbəti doğum günüdür. Bəli, həmsöhbətimiz də qeyd etdiyi kimi əgər sağ olsaydı, doğma Kolanı elində təntənəli doğum günləri qeyd olunardı. Raquf Orucov canı qədər sevdiyi Vətənə öz sevgisini sübut edərək, Vətən adam oldu.











Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə Rusiya qırıcısını vurdu, biz isə... - Litvalı nazir

Türkiyə Rusiya qırıcısını vurdu, biz isə... - Litvalı nazir

Uzunömürlülüyün sirri arıqlıqda yox, köklükdə imiş - Yeni araşdırma

Uzunömürlülüyün sirri arıqlıqda yox, köklükdə imiş - Yeni araşdırma

"Kasıb oğlan məni daşıya bilməz"

"Kasıb oğlan məni daşıya bilməz"

Azərbaycanda kommunal ödənişlərə sığorta haqqı da əlavə OLUNACAQ?

Azərbaycanda kommunal ödənişlərə sığorta haqqı da əlavə OLUNACAQ?

Bu müəllimlər 6000 manatdan çox maaş alacaqlar

Bu müəllimlər 6000 manatdan çox maaş alacaqlar

Xaçmazda DƏHŞƏT – 37 yaşlı həmkəndlisini qətlə yetirdi – ÖZƏL

Xaçmazda DƏHŞƏT – 37 yaşlı həmkəndlisini qətlə yetirdi – ÖZƏL

Güclü külək əsəcək, leysan yağacaq – GÜNÜN HAVASI

Güclü külək əsəcək, leysan yağacaq – GÜNÜN HAVASI

Pensiya, müavinət və təqaüd alanları SEVİNDİRƏCƏK XƏBƏR

Pensiya, müavinət və təqaüd alanları SEVİNDİRƏCƏK XƏBƏR

İlk dəfə Avrokuboklara qatılan klubumuzun hədəfi NƏDİR? – Baş məşqçidən AÇIQLAMA

İlk dəfə Avrokuboklara qatılan klubumuzun hədəfi NƏDİR? – Baş məşqçidən AÇIQLAMA

La Liqanın prezidenti İngiltərə Premyer Liqasını TƏNQİD ETDİ

La Liqanın prezidenti İngiltərə Premyer Liqasını TƏNQİD ETDİ

Boş ərazini zəbt edib "parkinq" etdilər - VİDEO

Boş ərazini zəbt edib "parkinq" etdilər - VİDEO

Azərbaycanın və Malayziyanın qanunvericilik orqanlarının əməkdaşlıq məsələləri MÜZAKİRƏ EDİLDİ - FOTO

Azərbaycanın və Malayziyanın qanunvericilik orqanlarının əməkdaşlıq məsələləri MÜZAKİRƏ EDİLDİ - FOTO

“Qarabağ”ın oyunçusu ÇL-də rəmzi komandaya düşdü - FOTO

“Qarabağ”ın oyunçusu ÇL-də rəmzi komandaya düşdü - FOTO

Ağır yüklər tromboza yol açır - XƏBƏRDARLIQ

Ağır yüklər tromboza yol açır - XƏBƏRDARLIQ

Yunan-Roma güləşçimiz dünya çempionatının FİNALINDA

Yunan-Roma güləşçimiz dünya çempionatının FİNALINDA

Könül anasını efirdə görüb AĞLADI - VİDEO

Könül anasını efirdə görüb AĞLADI - VİDEO

Bu məktəbdə şagirdlər dərsi ayaqüstə öyrənirlər - Oturmağa yer yoxdur - VİDEO

Bu məktəbdə şagirdlər dərsi ayaqüstə öyrənirlər - Oturmağa yer yoxdur - VİDEO

“Milan” millinin üzvünü TRANSFER EDİR

“Milan” millinin üzvünü TRANSFER EDİR

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri GÜNÜDÜR

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri GÜNÜDÜR

Rövşən Rüstəmovdan kütləvi İXTİSAR: Çox sayda insan işdən KƏNARLAŞDIRILIB

Rövşən Rüstəmovdan kütləvi İXTİSAR: Çox sayda insan işdən KƏNARLAŞDIRILIB

Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO

Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Suriyada ABŞ-a hücumlar planlaşdıran terror təşkilatının yüksək vəzifəli üzvü ÖLDÜRÜLDÜ

Suriyada ABŞ-a hücumlar planlaşdıran terror təşkilatının yüksək vəzifəli üzvü ÖLDÜRÜLDÜ

Qənimət Zahid Baş Prokurorluğa ÇAĞIRILDI

Qənimət Zahid Baş Prokurorluğa ÇAĞIRILDI

End of content

No more pages to load

RADİO