“Onunla bərabər cəbhənin hər bir yerini qarış-qarış gəzdim...” Raquf Orucovun həyat yoldaşı

“Həmişə dəfələrlə vurğulamışam ki, məni bir şəhid ailəsi kimi avtomobildən çox, mənə və övladıma verdiyiniz mənəvi dəyər maraqlandırır”

Moderator.az-xəbər verir ki, bunu aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Əlizadə bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin Qarabağ müharibəsi iştirakçıları və əlilləri ilə görüşü zamanı deyib. S.Əlizadə bildirib ki, bu gün şəhid ailələrinin daha çox mənəvi dəstəyə ehtiyacı var:

“İnanın ki, həyat yoldaşım 26 il xidmət etdi, həm də Qarabağ qazisidir, anası şəhid oldu. Eyni zamanda hərbi xidmətdə ömrünün sonuna kimi sərhəd komandiri oldu. Onunla bərabər sizin döyüşdüyünüz o torpaqları qarış-qarış gəzdim. Ən nəhayətində həyat yoldaşım polkovnik-leytenand Raquf Orucov şəhid oldu və eyni zamanda öhdəmdə iki uşaq qaldı. Bir şəhid həyat yoldaşı kimi danışmaq istəyirəm. Bizim təşkilatımız yeni yaranıb və aprel döyüşlərində şəhid olan hərbçilərimizin ailələrinin və qazilərin ətrafında cəmləşib. Biz çəkə biləcəyimiz yükü götürməyə çalışmışıq. Həmişə dəfələrlə vurğulamışam ki, məni bir şəhid ailəsi kimi avtomobildən çox, mənə və övladıma verdiyiniz mənəvi dəyər maraqlandırır.xa0

Bir anaya baş çəkmək çətin bir şey deyil. Elə şəhid ailələrimiz var ki, gözünün ağı-qarası bir övladını şəhid verib. Biz bunu etməklə dövlətin də yükünü azalda bilərik. Təkcə aprel döyüşlərində 50-yə yaxın uşaq atasız qalıb. Biz bu tədbirləri həyata keçiririk. Amma qoy, şəhid əmanəti olan övladlarımız yaddan çıxmasın. Dövlətimiz hələ müharibəni bitirməyib, davam edir. Yeni şəhidlərimiz olacaq və bunu qəbul edəcəyik, amma necə, millət olaraq buna hazırıqmı? Gedənlərin yükü qalanların boynundadı. Hamımız vətən üçün hazır olmalıyıq. Bizim övladlarımız bütöv bir Azərbaycanda yaşamağa layiqdir. Şəhid və qazi ailəsi ölkənin baş tacı olmalıdır. Biz bunun mənəvi yükünü daşımağı bacarmalıyıq. Elə etməliyik ki, şəhid övladları cəmiyyətdən təcrid olunmasın, atalarının arxasınca gedən olsun. Həyat yoldaşım Raquf Orucov Milli Qəhrəman Şirin Mirzəyevin əsgəri olub. Ş.Mirzəyev Raqufu necə yetişdirdisə, Raquf da özündən sonrakıları o cür yetişdirməlidir”.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dilarə Səlimdən vəzifəsindən azad edilməsi ilə bağlı AÇIQLAMA

Dilarə Səlimdən vəzifəsindən azad edilməsi ilə bağlı AÇIQLAMA

Şahmatçılarımız İtaliyada qızıl medal qazandılar - FOTO

Şahmatçılarımız İtaliyada qızıl medal qazandılar - FOTO

Hörmüz boğazından keçid pullu ola bilər- “Bloomberg”

Hörmüz boğazından keçid pullu ola bilər- “Bloomberg”

Tramp Avropanı 100 faizlik rüsumla HƏDƏLƏDİ

Tramp Avropanı 100 faizlik rüsumla HƏDƏLƏDİ

Hərbi təlimlərin keçirilmə səbəbi nədir ? - AÇIQLAMA

Hərbi təlimlərin keçirilmə səbəbi nədir ? - AÇIQLAMA

İllər sonra bir araya gəldilər - FOTOLAR

İllər sonra bir araya gəldilər - FOTOLAR

Hərbi xidmət müddəti azaldılacaq? – Rəsmi açıqlama

Hərbi xidmət müddəti azaldılacaq? – Rəsmi açıqlama

Vadji “Turan Tovuz”da qaldı

Vadji “Turan Tovuz”da qaldı

Kadır İnanırın videosu viral oldu - VİDEO

Kadır İnanırın videosu viral oldu - VİDEO

İsa Həbibbəylinin nadir əlyazma ilə davranışı gündəm oldu - VİDEO

İsa Həbibbəylinin nadir əlyazma ilə davranışı gündəm oldu - VİDEO

Füzulinin qəzəlini elə gözəl oxudu ki... - VİDEO

Füzulinin qəzəlini elə gözəl oxudu ki... - VİDEO

Silahlı Qüvvələr Günü ölkədə və xaricdə belə qeyd edildi – FOTO/VİDEO

Silahlı Qüvvələr Günü ölkədə və xaricdə belə qeyd edildi – FOTO/VİDEO

"Suraxanı bazarı" SÖKÜLÜR

"Suraxanı bazarı" SÖKÜLÜR

“Neftçi” Vernidubla müqaviləni uzatdı

“Neftçi” Vernidubla müqaviləni uzatdı

Gürcüstan parlamentinin iclasında DAVA: Deputatlar əlbəyaxa oldular - VİDEO

Gürcüstan parlamentinin iclasında DAVA: Deputatlar əlbəyaxa oldular - VİDEO

Tramp İranı atəşkəsi pozmaqda ittiham etdi - FOTO

Tramp İranı atəşkəsi pozmaqda ittiham etdi - FOTO

Səfirimiz Qazaxıstanın "Dostık" ordeni ilə təltif olundu

Səfirimiz Qazaxıstanın "Dostık" ordeni ilə təltif olundu

Türkiyədə fişəng fabrikində partlayış: Ölən və yaralanan var - VİDEO

Türkiyədə fişəng fabrikində partlayış: Ölən və yaralanan var - VİDEO

“Neftçi”nin aparıcı oyunçusu komandadan ayrıldı

“Neftçi”nin aparıcı oyunçusu komandadan ayrıldı

Müəllimlərin nəzərinə: Növbəti ildən sertifikasiyadan azad oluna bilərsiniz

Müəllimlərin nəzərinə: Növbəti ildən sertifikasiyadan azad oluna bilərsiniz

Dilarə Səlim vəzifəsindən AZAD EDİLDİ

Dilarə Səlim vəzifəsindən AZAD EDİLDİ

“Araz Naxçıvan”ın yeni prezidenti bəlli oldu

“Araz Naxçıvan”ın yeni prezidenti bəlli oldu

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti AÇIQLANDI

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti AÇIQLANDI

Kadir İnanır VƏFAT ETDİ

Kadir İnanır VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO