DTX-dən ƏMƏLİYYAT – "Vaqner"də döyüşmüş iki azərbaycanlı həbs edildi

Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə 1991-ci il təvəllüdlü Əliyev Ramil Ramiz oğlu və 1974-cü il təvəllüdlü Həsənov İsmayıl Buludxan oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

Bizim.Media-nın məlumatına görə, iş materiallarından məlum olur ki, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək ələ keçirilmiş və istintaqa təqdim olunmuş həmin şəxslər tərəfindən xaricdə və Azərbaycanda müxtəlif cinayət əməlləri törədilib.

Belə ki, onlar xarici ölkə ərazisində qəsdən adam öldürmə, şəxsiyyət əleyhinə digər ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunaraq həmin ölkənin cəzaçəkmə müəssisələrində olduqları zaman “Vaqner” silahlı birləşməsinin rəhbəri olmuş Y.Priqojin tərəfindən şəxsən seçilərək cəzaların icrasından yayındırılıb və razılaşdırılmış vəsait müqabilində müxtəlif hərbi əməliyyatlara cəlb ediliblər.

Onlar müxtəlif ölkələrin ərazilərində odlu silahlardan və partlayıcı vasitələrdən istifadə etməklə təlim və döyüş əməliyyatlarında iştirak etmiş, digər Azərbaycan vətəndaşlarının da ölkə hüdudlarından kənarda belə əməllərə təhrik edilməsi istiqamətində fəaliyyət göstəriblər.

Hazırda cinayət işi üzrə Ramil Əliyev və İsmayıl Həsənovun, eyni zamanda Azərbaycan və digər xarici ölkə vətəndaşlarına qarşı digər cinayət əməlləri ilə bağlı araşdırmalar aparılır.

Məhkəmə baxışının nəticələrinə əsasən Ramil Əliyev və İsmayıl Həsənov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda söküləcəyi deyilən məşhur bazarın direktoru DANIŞDI

Bakıda söküləcəyi deyilən məşhur bazarın direktoru DANIŞDI

“Kərə yağı” adı ilə yediyimiz zəhər

“Kərə yağı” adı ilə yediyimiz zəhər

“Formula 2”də qəza – VİDEO

“Formula 2”də qəza – VİDEO

Zelenski: “Nə Koreya, nə də Finlandiya ssenarisinə razıyıq”

Zelenski: “Nə Koreya, nə də Finlandiya ssenarisinə razıyıq”

Boşanmanın tarixi bu gündən BAŞLAYIR – Keçmişdə necə boşanırdılar?

Boşanmanın tarixi bu gündən BAŞLAYIR – Keçmişdə necə boşanırdılar?

Günəş tutulması bürclərə necə təsir edəcək?

Günəş tutulması bürclərə necə təsir edəcək?

Formula 1: “McLaren”in pilotu üçüncü sərbəst yürüşün qalibi oldu

Formula 1: “McLaren”in pilotu üçüncü sərbəst yürüşün qalibi oldu

İlham Əliyev və Kaqamenin nahar əsnasında geniş tərkibdə GÖRÜŞÜ

İlham Əliyev və Kaqamenin nahar əsnasında geniş tərkibdə GÖRÜŞÜ

Nəsrin Cavadzadə “Formula 1”də - VİDEO

Nəsrin Cavadzadə “Formula 1”də - VİDEO

Rusiyanın əksər bölgələrində internet KƏSİLDİ – HÜCUM TƏHLÜKƏSİ

Rusiyanın əksər bölgələrində internet KƏSİLDİ – HÜCUM TƏHLÜKƏSİ

Şəmistan Nəzirli tədbir zamanı qəfil vəfat edib

Şəmistan Nəzirli tədbir zamanı qəfil vəfat edib

Bakıdakı məşhur bazar söküləcək

Bakıdakı məşhur bazar söküləcək

Könül Kərimovanın qayınanası doğma xalası imiş - VİDEO

Könül Kərimovanın qayınanası doğma xalası imiş - VİDEO

Adnan Əhmədzadə haqda qərar verildi - Cinayət işini DTX aparır

Adnan Əhmədzadə haqda qərar verildi - Cinayət işini DTX aparır

Ordubad dağları ağ örpəyə büründü – VİDEO

Ordubad dağları ağ örpəyə büründü – VİDEO

Həmin obraz ona verildi - Foto

Həmin obraz ona verildi - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər – FOTO

Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər – FOTO

İlham Zəkiyev FİNALDA

İlham Zəkiyev FİNALDA

ABŞ-dan Avropaya növbəti ZƏRBƏ

ABŞ-dan Avropaya növbəti ZƏRBƏ

Əsrimizin BƏLASI – Son beş ildə narkomaniya diaqnozu qoyulanların DƏHŞƏTLİ STATİSTİKASI - İNFOQRAFİKA

Əsrimizin BƏLASI – Son beş ildə narkomaniya diaqnozu qoyulanların DƏHŞƏTLİ STATİSTİKASI - İNFOQRAFİKA

Məşhur cütlük niyə tez-tez bu şəhərə gedir? – Pərəstişkarları maraq içində - FOTO

Məşhur cütlük niyə tez-tez bu şəhərə gedir? – Pərəstişkarları maraq içində - FOTO

Sırğa ilə yatanlara PİS XƏBƏR – Qulağınız mikrob yuvasına çevrilə bilər

Sırğa ilə yatanlara PİS XƏBƏR – Qulağınız mikrob yuvasına çevrilə bilər

38 ildir fəaliyyət göstərən müəllim: Sertifikasiya biliklərimi zənginləşdirdi

38 ildir fəaliyyət göstərən müəllim: Sertifikasiya biliklərimi zənginləşdirdi

Bu rayonda evlər təmir olunacaq – 3,4 milyon manat AYRILDI

Bu rayonda evlər təmir olunacaq – 3,4 milyon manat AYRILDI

End of content

No more pages to load

RADİO